Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl
    Xəbərlər BİLİK FONDUNUN ƏMƏKDAŞLARI RAYONUMUZDA SƏFƏRDƏ OLUBLAR üçün şərhlər bağlıdır

    Изображение 270(1)Qonaqları əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayaraq, onlara rayonda görülən işlər barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin rayonda mütəmadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.
    Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayonun təhsil, mədəniyyət obyektlərində, yeni tikilmiş şahmat məktəbində, Tərtər Cümə məscidində olub, ermənilərin Qarabağa köçməsinin 150 illiyi münasibəti ilə inşa etdikləri “Marağa-150” abidəsinin qalıqlarına baxış keçirib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan Oktay Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb, hərbi hissəyə kitablar hədiyyə ediblər.

    Teqlər:

  • 28İyl
    Xəbərlər TARİX-DİYARŞÜNASLIQ MUZEYİ TİKİLİR üçün şərhlər bağlıdır

    02Bu günlərdə Tərtər şəhərindəki Heydər Əliyev prospektində tarix-diyarşünaslıq muzeyi binasının tikintisinə başlanmışdır. Binanın umumi sahəsi 1200 kvmetr olmaqla zirzəmili və ikimərtəbəli nəzərdə tutulmuşdur. Hazırda obyektin bünövrəsi qazılmış, beton işləri görülmüş, binaya lazım olan inşaat materiallarının bir hissəsi gətirilmişdir.
    Şəhərin mərkzindəki Yeni Azərbaycan Partiyasının, yaraşıqlı şahmat məktəbinin binaları ilə bir sırada ucaldılacaq tarix-diyarşünaslıq muzeyi binasının tikintisi şəhərimizin gözəlliyini daha da artıracaqdır. Ilk günlərdən başlayaraq inşaat işləri sürətlə davam etdirilir. Yeni obyektin tikintisinə xeyli işçi qüvvəsi və texnika cəlb olunmuşdur.

    Teqlər:

  • 28İyl
    Xəbərlər YENİ KÖRPÜ SALINIR üçün şərhlər bağlıdır

    04Tərtərdə tikinti-quruculuq, abadlıq işləri davam edir. Hər yenilik rayonumuzun gözəlliyini daha da artırır. Belə yeniliklərdən biri də Sarıcalı kəndi ilə Zolgörən kəndi istiqamətində Tərtər çayının üstündə inşasına yeni başlanmış mühüm strateji əhəmiyyətli körpünün tikintisidir.
    Körpünün sifarişçi təşkilatı “Azəravtoyol” ASC, podratcı təşkilat isə “Körpü-Bina-Tikinti” MMC-dir.
    Körpünün uzunluğu 112 metr, eni 12 metr olmaqla 4 tağlıdır.

    Mirzə Nəsir

    Teqlər:

  • 18İyl
    Xəbərlər ŞƏHİD ŞAHLAR ALLAHVERDİYEVİN BARELYEFİNİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    DSC_1448 (Копировать)sehidin baralryfi acŞahlar Allahverdiyev doğulduğu kəndi, onun insanlarını çox sevirdi. Ölümündən 22 il ötsə də, qədirbilən xalqımız igid döyüşçünü unutmayıb. Bu günlərdə Şahların doğma kəndi olan Sarovda, onun adı verilmiş kənd həkim məntəqəsinin həyətində qəhrəmanın barelyefinin açılışı oldu. Bu münasibətlə keçirilən tədbirə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Şahlar Allahverdiyevin doğmaları və döyüş dostları toplaşmışdılar.
    Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, keçmiş döyüşçülər Pənah Məmmədov, Şəkidən Xəlil Maqsudov və Aydın Paşayev, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin atası Mənsim və qardaşı Niyaz Allahverdiyevlər qəhrəmanın keçdiyi döyüş yolundan qürur hissi ilə söhbət açdılar.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov öz çıxışında bildirdi ki, şəhidlik elə bir zirvədir ki, bu zirvəyə yalnız seçilmişlər ucalırlar. Ölkəmizdə şəhid ailələri dövlətin daimi qayğısı ilə əhatə olunublar. Bu gün Sarov kəndində Şahlar Allahverdiyevin barelyefinin açılışı bunun bariz nümunəsidir.
    Sonra rayon rəhbəri və şəhidin atası barelyefin üzərindən örtüyü götürdülər. Qəlblərdə yaşayan qəhrəman yenidən doğma kəndinə döndü, ancaq vətən daşı kimi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18İyl
    Xəbərlər DÖVLƏT MÜŞAVİRİ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 125dovlet musaviri terterdeBu günlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Kamal Abdullayev və rayon rəhbəri Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
    Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbay-can, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışmış, dövlətdin münasibətlərindən söhbət açmışdır.
    Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Xəbərlər SAROV KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ–QƏBUL üçün şərhlər bağlıdır

    DSC_1476 (Копировать)sarovda seyyar qabulRayonumuzda sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun bir səbəbi də rayon icra hakimiyyəti başçısının kəndlərdə keçirdiyi səyyar görüş–qəbullardır. Belə görüşlər zamanı sakinlərin bir çox problemləri elə yerindəcə həllini tapır.
    Bu günlərdə belə tədbirlərdən biri Sarov kəndində keçirilib. Səmimi və açıq söhbət şəklində keçən görüşdə sakinlərdən Əbülfəz Kərimov, Mehman Səfərov, Rəhbər Şirinov, Məhbubə Əhmədova və başqaları yay aylarında sahələrin suvarılmasında üzləşdikləri su qıtlığından, işıq dirəklərinin köhnə olduğundan bəhs ediblər. Tədbirə gələnlər eyni zamanda son illərdə kənddə görülən işlərə görə, xüsusən də evlərə mavi yanacağın verilməsi, yolların abadlaşdırılması, əkinçiliyin və heyvandarlığın inkişafına dövlət dəstəyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
    Sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sonda aidiyyati idarə və müəssisə rəhbərlərinə lazımı tapşırıqlar verib.

    Teqlər:

  • 18İyl
    Xəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_0518xarici jurnalistler terterdeİyulun 2-də xarici jurnalistlər –Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olmuşlar.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
    Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb.
    Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində erməni artillerliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N. saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.

    Teqlər:

  • 18İyl
    Xəbərlər GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Изображение 151Esger yola salmaBu günlərdə rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.
    Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
    Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və Hüquq Mühafizə Veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ RAYON ƏRAZİSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR üçün şərhlər bağlıdır

    DSC_5903 (2)DSC_9944Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilmişdir.
    Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbirlərdə əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşlar.
    Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışdir. Bildirilmişdir ki, ordu quruculuğu sahəsin-də dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü or-dusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər MƏTBUAT İŞÇİLƏRİNİN SEMİNARI üçün şərhlər bağlıdır

    images-cms-image-000421950Bu günlərdə Avropa Şurası və Azərbaycan Mətbuat Şurası birlikdə “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət” mövzusunda seminar kecirmişlər.
    Tədbirdə müstəqil ekspert Ələsgər Məmmədli “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları”, “Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Müşviq Ələsgərli” Media və şəxsi həyata hörmət”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, “Mingəçevir İşıqları” qəzetinin redaktoru Fərman Nəbiyev “Azərbaycanda regional qəzetlər və onlayn me-dia” mövzularında seminar iştirakçılarını ətraflı məlumatlandırmışlar.
    Diskussiya şəraitində davam edən seminarda Yevlax şəhərində çıxan “Kür”qəzetinin şöbə müdiri Ramiz Həmidov, “Mingəcevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva, “Zaman” qəzetinin əməkdaşı Esmira Hidayətova, “Space” televiziya kanalının bölgə müxbiri Zakir Muradov, “Mingəcevir” qəzetinin müxbiri İlahə İsmayılova və başqaları yaxından iştirak etmişlər.
    Tədbirdə Müşviq Ələsgərli ilə birlikdə Avropa Şurası və Avropa İttifaqının birgə layihəsinin rəhbəri Pərvanə Bayramova iştirak etmişdir.

    “Yeni Tərtər”

    Teqlər: