Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Dek
    Xəbərlər Tərtərdə körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

    İcra başçısı qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

    Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.

    Bildirilib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələri Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Daha ətraflı »

  • 29Dek
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibəti ilə abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, qəhrəmanın döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla anıblar.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
    Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən 2 gün sonra 24 mart tarixdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.
    Tədbirdə iştirak edənlər şəhid ailələrinə, qazilərə, müharibə ve-teranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 29Dek
    Xəbərlər YAQUB QƏHRƏMANLININ ADI SİNİF OTAĞINA VERİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid İsmayıl Məmmədov adına Tərtər şəhər 2 saylı məktəb-liseydə sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Yaqub Qəhrəmanlının adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

  • 29Dek
    Xəbərlər 2023-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında CƏDVƏL üçün şərhlər bağlıdır
    S/s Soyadı, adı, atasının adı Vəzifəsi Həftənin günləri Saat
    1 2 3 4 5
     

    1

     

    Məmmədov Müstəqim Səyyad oğlu

     

    Rayon icra hakimiyyətinin başçısı

     

    II gün

     

    11: 00-dan başlayaraq

     

    2

     

    Umudov Elvin Natiq oğlu

     

    Başçının birinci müavini

     

    I gün

     

    11: 00-dan başlayaraq

     

    3

     

    Cavadov Abbas Yusif oğlu

     

    Başçının müavini-Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

     

    III gün

     

    11: 00-dan başlayaraq

     

     

    4

     

     

    Əliyev Fizuli Bayram oğlu

     

    RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

     

    IV gün

     

    11: 00-dan başlayaraq

     

    5

     

    Kərimov Tofiq Ənvər oğlu

     

    RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar

     

    V gün

     

    11: 00-dan başlayaraq

    QEYD:    –   Aparatın digər şöbə müdirləri vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.

  • 27Dek
    Xəbərlər 31 Dekabr- Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür. üçün şərhlər bağlıdır

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

    Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Artıq 31 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb. Daha ətraflı »

  • 23Dek
    Xəbərlər Azərbaycan-Serbiya əlaqələrində yeni səhifə açılır. üçün şərhlər bağlıdır

    Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur.

    Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İki ölkə arasında  keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.

    Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.

    Cari ilin dekabrın 21-də ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə dövlətimizin başçısının təkbətək görüş başa çatdıqdan sonra hər iki ölkə rəhbərinin mətbuata bəyanatında səsləndirilən fikirlər də qarşılıqlı münasibətlər və perspektiv fəaliyyətlər barədə aydın təsəvvür yaradıb. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev bəyanatında iki ölkə əməkdaşlığında energetika sektorunun xüsusi yer tutduğunu, son  vaxtlar bu sahənin böyük önəm daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın təbii resurslarının artıq müxtəlif istiqamətlər üzrə, məsələn, Avropa qitəsinə, o cümlədən, Serbiyaya qonşu olan ölkələrə ixrac edildiyini vurğulayıb. Ölkə rəhbəri belə bir əlverişli şəraitin həm zəngin təbii qaz, həm də elektrik enerjisi potensialı sayəsində yarandığını bildirib. Prezident İlham -Əliyev bəyanatında gələn ildən başlayaraq, Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacağına da əminliyini ifadə edib.  Dövlətimizin başçısı onu da  bildirib ki,  “Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”. Daha ətraflı »

  • 23Dek
    Xəbərlər Rayon rəhbərinin Bayandurlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Kəbirli kənd İƏD üzrə nümayəndəliyinin Bayandurlu kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə Daha ətraflı »

  • 23Dek
    Xəbərlər İcra başçısı Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni istifadəyə verilmiş 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

  • 22Dek
    Xəbərlər Tərtərdə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Şuşa ili” çərçivəsində Tərtər rayon Mədəniyyət Mərkəzində bədii fikrin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüqüq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri,  idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır.  Rayon rəhbəri Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.

    2022-ci ilin mart ayında görkəmli şairə, tanınmış ictimai xadim, Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu məqsədlə, Prezident İlham Əliyevin görkəmli şairə bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın  190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “ Tək inci Xan qızı” adlı  tədbir keçirilib. Daha ətraflı »

  • 21Dek
    Xəbərlər  Tərtər Rayon İcra Hakimiyyətində vətəndaş məmnunluğu təmin edilir üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilir.

    Fərdi qaydada baş tutan qəbullarda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır,  vətəndaş məmnunluğu təmin edilir. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.