Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Xəbərlər İcra başçısı rayonun Qaraağacı kəndindən olan qazi Rauf Nuriyevin ailəsində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Qaraağacı kəndində qazi Rauf Nuriyevin ailəsində olub, onların problemləri ilə ma-raqlanıb.
    III qrup Vətən müharibəsi əlili mayor Nuriyev Rauf Məmməd oğlu 17 il müddətdən artıq hərbi xidmətdə olub.
    O, Vətən müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Sücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Qazi və atası Məmməd Nuriyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyl
    Xəbərlər TƏRTƏRDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Heydər Əliyev Fondu şəhid ailələrinə sovqatlar göndərib

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı günlərində Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.
    Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində yaşayn 64 nəfər Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qurban bayramı münasibətilə təbrikini, eləcə də Fond tərəfindən göndərilmiş bayram sovqatlarını onlara çatdırıblar.
    Şəhid ailələri onlara göstərilən davamlı diqqət və dövlət qayğısına görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna öz dərin təşəkkürlərini ifadə ediblər.

     

  • 20İyl
    Xəbərlər Rayon rəhbəri Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyolu qəbul edib üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol və Azərbaycan Türk gənclərinin dostluq cəmiyyətinin sədri Seyhan Hakanı qəbul edib.
    İcra başçısı qonaqları Qurban Bayramı münasibəti ilə təbrik edərək Türkiyə –Azərbaycan dostluğundan, onlar arasındakı iqtisadi əlaqələrdən söhbət açaraq, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını dilə gətirib. O, 44 gün davam edən Vətən müharibəsində də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
    Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol Türkiyə–Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb. Türkiyədə və Avropada yaşayan türk gənclərinin hər zaman Azərbaycan dövlətinin, gənclərinin və ordusunun yanında olduğunu qeyd edib.
    Görüş zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı qonaqlara rayon icra haki-miyyəti tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edib, sonra onlarla xatirə şəkilləri çəkdirib.

     

  • 20İyl
    Xəbərlər Heç bir ailə diqqətdən kənarda qalmayıb üçün şərhlər bağlıdır

    Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olundu.
    Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi, 84 ünvanında yerləşən kəsim məntəqəsində bütün gigiyenik qaydalara və dini ənənələrə əməl edilərək, qurban duaları oxunub, qurbanlar kəsilib. Şəhid ailələrinə, qazilərə, Çernobıl əlillərinə, ağsaqqallara, tənha kimsəsizlərə, aztəminatlı ailələrə və hərbi hissələrə qurban payları göndərilib. Ehtiyacı olan heç bir ailə diqqətdən kənarda qalmayıb, bayram günlərində onların hər birinin süfrəsində bayram payı olub.
    Tərtər sakinləri onlara göstərilən diqqət və qayğıya görə razı qaldıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyl
    Xəbərlər İctimai təşkilatlar şəhid ailələrinə dəstək göstərirlər üçün şərhlər bağlıdır

    Şəhid ailələri və qazilər dövlət tərəfindən hərtərəfli himayə olunurlar, bu istiqamətdə ictimai təşkilatlar da ailələrə dəstək göstərirlər.
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müqəddəs Qurban bayramı münasibəti ilə 60 şəhid ailəsinə ərzaq sovqatı göndərilib. Göndərilən bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və İƏD üzrə nümayəndələr tərəfindən şəhid ailələrinə çatdırılıb.

     

  • 20İyl
    Xəbərlər Ruslan Şahbazovun ad günündə abidəsinin açılışı olub üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Mərasim iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
    Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Şahbazov Ruslanın qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətini qeyd edib.
    Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Şahbazov Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər QAZİLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə süfrə arxasında əlilliyi təsdiq olunmuş qaziləri qəbul edib, onların müraciətlərini dinləyiblər. Qazilər əlilliyin təyin olunmasında süni surətdə yaradılan maneələr, minik avtomobili, yaşayış evi və həyətyanı sahə ilə, ailə üzvlərinin işlə təmin olunması, icarələrinə torpaq verilməsi, qaçış aparatı ilə təminat, qazilərə tibbi xidmət göstərmək üçün xəstəxana tərəfindən ayrıca ambulansın ayrılması və s. məsələlərlə bağlı müraciət ediblər. Edilən müraciətlər diqqətlə dinlənilib, bəzi məsələlər yerində həll edilib, rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunmayan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edilib. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Mənəvi borcun təzahürü üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial və mənəvi dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır. Şəhid ailələrinə ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğı yüksək mənəvi borcun bir təzahürüdür. Göstərilən nümunədən Tərtər rayonunun yerli dövlət qurumları da bəhrələnərək şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşırlar. Yerli dövlət qurumlarının nümayəndələri tez-tez şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərini yerində həll edir, ailələrə maddi və mənəvi dəstək göstərir, şəhidlərin məzarlarını ziyarət edir, önünə gül-çiçək dəstələri düzürlər.
    Bu günlərdə İcra hakimiyyətinin təşəbbüsü ilə daha bir yeniliyə imza atılıb. Rayondan olan şəhidlərin doğum və anım günlərində mərkəzi meydanda yerləşən monitorda onların qısa, lakin mənalı ömür yolları barədə videoçarxlar nümayiş etdirilir. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Polis işçilərinin peşə bayramı günü qeyd edildi üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, öz çıxışında Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan polisi Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, ot, taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən pambığın becərilməsi, barama tədarükünün yekunlaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatı məsələləri müzakirə olunub. Həmçinin vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha ətraflı »