Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan
    Xəbərlər ŞƏHİD VƏ QAZİ ÖVLADLARI ÜÇÜN BAYRAM ŞƏNLİYİ TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazi övladlarının iştirakı ilə 31dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətilə bayram şənliyi keçirilib.
    “Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi Daha ətraflı »

  • 07Yan
    Xəbərlər Seydimlidə bayram tədbiri üçün şərhlər bağlıdır

    Uşaqlar bayram tədbirinə xüsusi hazırlaşmışdılar. Əvvəlcə bağçanın müdiri Hicran Hüseynova uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib, onlara sülh, əmin-amanlıq, firavan həyat arzulayıb. Şaxta baba və Qar qızın şənliyə gəlməsi balacaları çox sevindirib. Onlar yolkanın başına toplaşaraq Şaxta babaya, Qar qıza öyrəndikləri şeirləri, mahnıları oxuyub, onlarla rəqs edərək əylənib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.
    Tədbirdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri uşalqarı bayram münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanda uşaqların vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət göstərilir.
    Bayram şənliyində Seydimli kənd körpələr evi-uşaq bağçasının adını daşıdığı şəhid Əli Vəliyevin yeganə övladı olan Cavidin oğlu Əli Vəliyevin ad günü də qeyd olunub. Şəhid babasının adını daşıyan 5 yaşlı Əli Vəliyevi bağçanın kollektivi ad günü münasibəti ilə təbrik edərək balacalarla birgə onun ad günü tortunu kəsiblər.
    Bayram şənliyi maraqlı və yaddaqalan olub. Tədbirdə xatirə şəkilləri çəkilib.

     

  • 07Yan
    Xəbərlər ŞƏHİD BULAĞININ AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov onların ruhuna dua oxuyub.
    Çıxış edən rayon rəhbəri Müstəqim Məmmədov tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.
    Tədbirdə İntiqam Mənsimlinin şərəfli döyüş yolundan qürur hissi ilə danışılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri İntiqam Mənsimli 1998-ci il iyunun 6-da rayonumuzun Kəngərli kəndində anadan olub. Oktyabrın 16-da Talış istiqamətində Daha ətraflı »

  • 29Dek
    Xəbərlər “AZƏRBAYCAN SON 18 İLDƏ” ADLI KONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri, qazilər, müharibə veteranları və YAP ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
    Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfransı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, məruzə üçün sözü YAP Tərtər Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanova verib.
    Ramiz Şabanov bildirib ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazandıqdan sonra biz nəinki inkişaf etmiş ölkələrə çata bilmişik, hətta bəzi göstəricilər üzrə onlardan irəlidəyik. Daha ətraflı »

  • 29Dek
    Xəbərlər KÜÇƏLƏRDƏ ASFALTLANMA VƏ ABADLIQ İŞLƏRİ APARILIB üçün şərhlər bağlıdır

    Ötən ilin uğurlu işlərindən biri də şəhərimizin küçələrində asfaltlanma və abadlıq işlərinin aparılmasıdır. Belə ki, Əli İsmayılov, Mübariz Kərimov, Qara Qarayev, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov, Asif Hüseynov küçələri, Nizami Gəncəvi küçəsinin 5 nömrəli döngəsi asfaltlanıb. Hazırda Firidun bəy Köçərli küçəsində də asfaltlanma işləri yekunlaşıb.
    Şəhərin Heydər Əliyev prospektində, Teymur Rəhimov, Nizami Gəncəvi, Mübariz Kərimov və Əli İsmayılov küçələrində divarların aqlay və bəzək daşları ilə üzlənməsi işlərinə başlanılıb. Ardıcıl olaraq İmadəddin Nəsimi, Molla Pənah Vaqif və Vasif Hüseynov küçələrində də di-varların aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılacaq.
    Şəhər sakinləri görülən işlərdən razılıq edirlər.

    ”Yeni Tərtər”

  • 28Dek
    Xəbərlər Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər etmişdir. Bu səfər əlamətdar bir günə təsadüf etdi. Çünki 24 dekabr 2021-ci il tarixi ölkə başçısının 60 illiyi idi.

    Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar onu göstərir ki, cənab Prezident hər zaman xalqla birlikdədir. Daha ətraflı »

  • 20Dek
    Xəbərlər RAYON RƏHBƏRİ VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürülməsi, həyətyanı sahə ayrılması, işlə təmin olunma, yeni subartezian quyusunun qazılması, özünüməşğulluq problemləri ilə bağlı müraciət ediblər.
    Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Vətəndaşlar qəbulda əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Dek
    Xəbərlər FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZAKARİ GROS RAYONUMUZA SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Milli Məclisin deputatları Kamal Cəfərov və Soltan Məmmədov işğaldan azad olunmuş Suqovuşan kən-dində aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə rayonumuza səfər ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Suqovuşan kəndində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Qarabağımızın digər işğaldan azad edilmiş guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sürsatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Daha ətraflı »

  • 20Dek
    Xəbərlər ŞƏHƏRİMİZİN DAHA ÜÇ KÜÇƏSİNƏ ŞƏHİDLƏRİN ADLARI VERİLİB üçün şərhlər bağlıdır

    Şəhərimizdəki daha üç küçəyə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən oğullarının adları verilib.
    Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak ediblər. Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən, həbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda Qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyi, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulanıb.
    Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

  • 20Dek
    Xəbərlər HÜSƏNLİ KƏNDİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ İNŞA EDİLƏN ABİDƏNİN VƏ BULAĞIN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Daha ətraflı »