Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy
    Xəbərlər KÜÇƏLƏRƏ ŞƏHİD ADLARI VERİLDİ üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğulla-rının adlarının əbədiləşdirilməsi məqsədilə Zəfər Günü ərəfəsində rayon mərkəzindəki beş küçəyə qəhrəmanlarımızın adları verilib.
    Həmin küçələr artıq bu gündən etibarən Azərbay-canın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun, Vətən Mü-haribəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əli-yevin, Azərbaycan Bayrağı ordenli Aslan Hüseynovun və Ruslan Şahbazovun adlarını daşıyır.
    Tərtərdə şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.

  • 12Noy
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ali Baş Komandan İl-ham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını söyləyib. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd edib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz Daha ətraflı »

  • 12Noy
    Xəbərlər ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİ üçün şərhlər bağlıdır

    Rayonumuzda şəhidlərin anım günlərinin qeyd olunması milli adətlərimizə və şəhidlərin ruhuna bəslənilən hörmətin əlamətidir. Bu mərasimlərdə rayon rəhbərliyinin və digər rayon təşkilatların nümayəndələrinin iştirakı təmin olunur, şəhid ailələrinin qayğıları və problemləri öyrənilir.
    Bu günlərdə Vətən müharibəsi şəhidlərindən Mehdiyev Yasən Alim oğlunun, Əliyev Anar Vaqif oğlunun, Qasımov Azər Yaqub oğlunun, Hüseynzadə Elgiz İbrahim oğlunun, Məmmədov Səbuhi Zahid oğlunun və mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun anım günləri keçirilmişdir.

  • 12Noy
    Xəbərlər ŞƏHİDLƏR ABİDƏSİNİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş Mamırlı və Poladlı kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.
    Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəyən ziyandan, müharibədən sonra aparılan tikinti-quruculuq və təmir-bərpa işlərindən danışıb. Tədbirdə Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Elşən və Xaliq Abbasovların atası Asif Abbasov, şəhid Pərviz Orucovun anası Dilruba Orucova, şəhid Mirşəmsi Babazadənin atası Elşad Babazadə, şəhid Fizuli Qəhrəmanovun bacısı Havva İbrahimova və digərləri çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla Daha ətraflı »

  • 12Noy
    Xəbərlər XATİRƏ BULAĞI üçün şərhlər bağlıdır

    Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin I ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Daha ətraflı »

  • 29Okt
    Xəbərlər AZƏRBAYCANDA AKKREDİTASİYA OLUNMUŞ DİPLOMATİK KORPUSUN NÜMAYƏNDƏLƏRİ TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİBLƏR üçün şərhlər bağlıdır

    Diplomatik korpusun nümayəndələri səfər zamanı əvvəlcə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində və Suqovuşan qəsəbəsində olmuş, oradan Tərtər şəhərinə və Şıxarx qəsəbəsinə gəlmişlər.

     

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərin işğaldan azad edilmiş Talış kəndində diplomatik korpusun nümayəndələrinə və jurnalistlərə ərazilərimizdə görüləcək işlərlə bağlı açıqlama verir.

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov: “Dövlətimizin başçısı səfər zamanı Talış və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır”.
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

       

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi-nistrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev və Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndində. Diplomatik korpusun nümayəndələri Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udin kilsəsinə baxdılar Tərtər rayonuna səfərə gəlmiş qonaqlar erməni işğalından azad olunmuş Talış kəndində salınmış Bayraq Meydanında xatirə şəkli çəkdirdilər
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

       

    Diplomatik korpusun nümayəndələri Suqovuşan gölünə baxırlar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İkinci Qarabağ müharibəsi zamanı rayona dəymuiş ziyan barədə qonaqlara məlumat verir. Nümayəndə heyyəti İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonuna atılan raketlərin qalıqları ilə tanış oldular.
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

     

     

     

     

    Diplomatik korpusun nümayəndələri “Marağa-150” abidəsinin qalıqları ilə tanış olur, abidənin tarixi ilə bağlı məlumatları nəzərdən keçirirlər. Nümayəndə heyyətinin üzvləri Tərtər rayonunun Şıxarx qəsəbəsində xatirə olaraq şam ağacları əkiblər. Qonaqlar Tərtərdə Sahib İsmayılovun “Smerc” raketi ilə dağıdılmış və dövlət tərəfindən yeni tikilmiş  evlərinə baxdılar.
  • 29Okt
    Xəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ üçün şərhlər bağlıdır

    Tərtərdə Vətən müharibəsi şəhidləri Məmmədov Mehdi Elçin oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Şəmilov Azər Elyas oğlunun, Əlizadə Elşən Faiq oğlunun, Quluzadə Elmin Şəmsi oğlunun, Mənsimli İntiqam Rövşən oğlunun, İsaxlı Anar Rəsul oğlunun, İsmayıllı şamil Kamil oğlunun, Məhərrəmli Fuad Habil oğlunun, Məmmədli Sənan Səlim oğlunun Məmmədov Elşən Dağıstan oğlunun, mülki şəhidlər Orucov Pərviz Novruz oğlunun, Əmirov İsgəndər Yelmar oğlunun, Rüstəmov Vasif Bahadur oğlunun, Zamanov Şakir Xasay oğlunun, Quliyev Anar Tofiq oğlunun, Axundov Ədalət Zahid oğlunun il mərasimləri keçirilib.
    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Mərasimlərdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.