Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
    Magistral avtomobil yollarının ətrafında, Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, ulu öndərin adını daşıyan parkda, məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə 1000-dən çox Eldar şamı, 2000 gül və təkgöz kolu, 3000-dən çox müxtəlif növ dekorativ çiçəklər əkilib.
    Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb.

    Teqlər:

  • 18May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşdür. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər Tarix-Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Muzeyin işçisi Aybəniz Şahbazi ümummilli liderin həyatına həsr olunmuş məruzə söyləyib. Rayon ziyalılarından Kifayət Kərimova, Zülfiyyə Əliyeva, Səbuhi Kərimov, Samirə Səfərova, Könül Niftəliyeva tədbirdə çıxış ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər İŞƏGÖTÜRƏNLƏRİN MƏLUMATLANDIRILMASI üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatın nümayəndələri, rayon icra hakimiyyəti aparatının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin və medianın nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açıb və müzakirə edilən mövzu barədə iştirakçılara məlumat verib.
    Sonra mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov “İşsizlikdən sığorta haqqında” Qanunun maddələri, əsas anlayışları, işsizlikdən sığortanın prinsipləri, hüquq və vəzifələri, sığorta haqqının hesablanması barədə danışıb. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər ŞUŞANIN İŞĞALI GÜNÜ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tarix-diyarşünaslıq muzeyində “Şuşasız şuşalılar” adlı tədbir keçirilib. Tədbirdə yeni qəsəbədə yerləşən məktəbin müəllim və şagird kollektivi, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq məruzə edib.
    Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qarabağ savaşının döyüşçüsü Əkbər Mirzəzadə, muzeyin işçisi Aybəniz Şahbazi, Umudlu folklor evinin direktoru Könül Niftalıyeva çıxış ediblər.
    Sonda iştirakçılar muzeyi ziyarət edib və xatirə şəkli çəkdiriblər.

    Teqlər:

  • 08May
    Xəbərlər “AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBİ” LAYİHƏSİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 170 uşaq və yeniyetmə iştirak edib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak ediblər.
    Laçın rayonunun Qorçu kənd tam orta məktəbinin idman müəllimi Babək Orucov, Şıxarx 2 saylı tam orta məktəbin şagirdi Murad Budaqov və Laçın rayonunun Çaylı kənd tam orta məktəbin şagirdi Hikmət Əliyev çıxış ediblər.
    Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08May
    Xəbərlər Redaksiyamızın qonaqları üçün şərhlər bağlıdır

    QƏZETİMİZİN 8-ci REDAKTORU İLƏ YENİDƏN GÖRÜŞ

    1934-cü ildən çap olunan Tərtər rayon qəzetinin indiyədək 11 redaktoru olub. Zöhrab Məmmədov 8-ci redaktor idi. O, 1972-ci ildən 1974-cü ilədək o zaman “Qızıl bayraq” adlanan qəzetimizə redaktorluq edib.
    Rayon qəzetinin 84 illiyi ərəfəsində Zöhrab Məmmədov redaksiyamızın qonağı olub, kollektivlə görüşüb, keçmiş təəssüratlarını danışıb və gənclərə öz tövsiyələrini verib.
    Zöhrab müəllim həmçinin qəzetin baş redaktorunun müavini Svetlana Bağırovanı əmək fəaliyyətinin 50 illiyi və “Ömrün mətbuatda keçən 50 ili” kitabının çapdan çıxması münasibətilə təbrik edib. Redaksiyada keçən səmimi görüşdə Zöhrab Məmmədovla birlikdə qəzetimizin keçmiş əməkdaşı, hazırda rayon icra hakimiyyəti aparatının məsul işçisi Svetlana Əzizova iştirak edib.
    Maraqlı görüşə görə qəzetimizin indiki baş redaktoru Tofiq Yusif 8-ci redaktor Zöhrab Məmmədova öz adından, Svetlana Bağırovanın və kollektivin adından dərin təşəkkür edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08May
    Xəbərlər HÖRMƏTLİ ZİYALI REDAKSİYAMIZDA üçün şərhlər bağlıdır

    Qəzetimizin yaxın dostları arasında məsul vəzifələrdə işləmiş, həmçinin rayonumuzdakı elektromexanika zavodunun uzun müddət direktoru olmuş, hörmətli ziyalı, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə də vardır.
    Bu günlərdə Rauf müəllim redaksiyamızın qonağı olub.
    O, qəzetin kollektivini rayon qəzetinin ilk sayının çapdan çıxmasının 84-cü ildönümü, baş redaktorun müavini Svetlana Bağırovanı isə əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik edib və maraqlı xatirələrini danışıb, Svetlana xanımın yaradıcılığından bəhs edib, onun “Payız yarpağı” adlı etüdünün insanlarda necə dərin təəssürat yaratdığını söyləyib.
    İşıqlı ziyalı, zəngin biliyə və həyat təcrübəsinə malik Rauf Həsənzadə onun şəxsi arxivində saxlanılan qəzetimizin keçmiş nüsxələrini, müxtəlif fotoşəkilləri və digər hədiyyələri təqdim edib. Svetlana xanıma isə ayrıca təbriknamə və maraqlı bir təbiət tablosu bağışlayıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08May
    Xəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
    Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Monitorinq insidentsiz başa çatıb.

    Teqlər:

  • 08May
    Xəbərlər 2018-ci il “Xalq Cümhuriyyəti İli”dir üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

    Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
    Mərasim iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə bahar gülləri düzüb, Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgiyə baxılıb.
    Mərkəzin direktoru Səlimə Yusibova heç zaman unudulmayan tariximizin şanlı səhifələrinə həsr olunmuş məruzə söyləyib.
    Şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Bəxtiyar Səmədov, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov və şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən danışıblar.
    Sonda Sarıcalı kənd tam orta məktəbi şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.

    “Yeni Tərtər”

    Teqlər: