Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Xəbərlər TƏRTƏRDƏ QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    DSC_71933 (Копировать)Bu günlərdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə 1100 nəfər könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
    Aksiyada 201 nəfər qan verib. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər XARİCİ DİPLOMATLAR, BEYNƏLXALQ TƏŞKİLATLARIN RƏHBƏRLƏRİ VƏ JURNALİSTLƏR TƏRTƏR RAYONUNA SƏFƏR EDİBLƏR üçün şərhlər bağlıdır

    DSC_7374 (Копировать)15130056094494823332_1000x669Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa-150” abidəsi ilə tanışlıq

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabr ayının ikinci ongünlüyündə Tərtər rayonuna səfərini təşkil edib.
    Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DAİR İŞGÜZAR FORUM üçün şərhlər bağlıdır

    DSC_6898 (Копировать)(1)DSC_6902 (Копировать)Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyə nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda işgüzar forum keçirilib.
    Maarifləndirici forumun keçirilməsində məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.
    Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağırışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    IMG-20171213-WA0002Heydər Əliyevin anım günü ilə əlaqədar rayonumuzdakı Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilib. Şəhər 2 saylı məktəb–liseyin müəllimi Fərqanə Kərimova burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərs keçib. Şəhər 1, 5, 6 saylı tam orta məktəblərinin şagirdlərinin və 1, 3 saylı körpələr evi–uşaq bağçalarının yetirmələrinin ekskursiyaları təşkil olunub.
    Bundan sonra isə Mərkəzdə mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin həyat yoluna həsr olunan “Dəyirmi masa” keçirilib.
    Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova geniş məruzə söyləyib. Ulduzə Qurbanova, Telman Məmmədov, Reyhan İsmayılova Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına göstərdiyi misilsiz qayğıdan danışıblar.
    Sonda “Böyük ömrün anları” filmi nümayiş etdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Dek
    Xəbərlər REDAKSİYADA HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    DSC_6903“Yeni Tərtər” qəzeti redaksiyası YAP ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyeva Ümummilli Liderin keçdiyi ömür yolu və onun fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının nailiyyətlərinin simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Bu gün onun ideyaları, müəyyən etdiyi yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizi inamla irəli aparır.
    Qəzetin baş redaktoru Tofiq Yusif, Baş redaktorun müavini Svetlana Bağırova, müxbir Əvəz Nəsirov öz çıxışlarında qeyd etdilər ki, Heydər Əliyev Azərbaycanın milli şüurunun zirvəsi, ən böyük azərbaycanlıdır. Onun ideyaları əbədi olaraq yaşayacaqdır.
    Onlar həmçinin Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, onun jurnalistlərə göstərdiyi qay-ğıdan danışdılar. Bildirdilər ki, bu gün ölkə mətbuatı demokratik prinsiplər əsasında inkişaf edir, media işçilərinə qayğı və diqqət göstərilir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Dek
    Xəbərlər “HƏRƏYƏ BİR AĞAC ƏKƏK” KAMPANİYASI üçün şərhlər bağlıdır

    DSC_8037 (Копировать)(1)DSC_8009 (Копировать)Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
    “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan YAP rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri iştirak ediblər. Aksiya çərçivəsində rayonun Buruc–Gülabatlı kəndləri ərazisində yerləşən meşə zolağının 3 hektar sahəsində 4 min ədəd ağac əkilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib.
    Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatı ağacəkmə kampaniyası dövründə mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.

    “Yeni Tərtər”

  • 30Noy
    Xəbərlər ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB üçün şərhlər bağlıdır

    DSC_0783 (Копировать)DSC_0762 (Копировать)Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
    Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir Tərtər Hərbi Məhkəməsində davam etdirilib.
    Tədbir iştirakçıları hərbi məhkəmədə dahi rəhbərə həsr olunan guşələrlə, foto-stendlərlə tanış olublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
    Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

    Teqlər:

  • 20Noy
    Xəbərlər TƏRTƏRDƏ KEÇİRİLƏN “BAYRAQ YÜRÜŞÜ”NDƏ İKİ MİNDƏN ÇOX İNSAN İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    0402Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
    Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
    İki min nəfərdən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ YENİ SALINMIŞ QƏSƏBƏDƏ üçün şərhlər bağlıdır

    n1n2Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.
    Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Xəbərlər MONİTORİNQ İNSİDENTSİZ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    m2m1ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
    Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.
    Monitorinq insidentsiz başa çatıb.

     

    Teqlər: