Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyn
    Digər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

                                                       DÖVLƏT QAYĞISI TƏRTƏRİ ŞÖHRƏTƏ QOVUŞDURUB

    Tərtər rayonu cəbhə bölgəsidir, düşmənlə 48 kilometr təmas xətti var. Əhali düşmənlə üz-üzə, göz-gözə yaşayır, bütün risklərə baxmayaraq, təsərrüfat işləri ilə məşğul olur, tikinti-abadlıq işləri aparır. Rayonda dövlət-xalq-ordu birliyi çox güclüdür. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi. O zaman düşmən Tərtərin yaşayış məntəqələrini atəşə tutdu, Əskipara kəndinə ağ fosforlu bomba atıldı, evlər dağıldı, mülki şəhidlər verildi. Ancaq tərtərlilər öz doğma yurdlarını tərk etmədilər. Belə bir ağır zamanda Prezident İlham Əliyev ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə düşmənin 200 metrliyində müharibədən daha çox zərər çəkmiş Qapanlı kəndinin sakinləri ilə görüşə gəldi.

    O həyəcanlı günlərdə güvəndiyi, gücünə, qüdrətinə inandığı dövlət başçısını yanında görən tərtərlilərin ürəyi dağa döndü. Hər bir ölkə vətəndaşının Prezidenti olacağını söyləyən İlham Əliyevin verdiyi tarixi vəd isə beləcə şərəflə doğrulurdu. Top mərmilərinin dağıtdığı yaşayış evlərinin vəziyyəti ilə yerində tanış olan, cəbhə bölgəsinin sakinləri ilə unudulmaz səmimi görüşlər keçirən Prezident İlham Əliyev səfərdən dərhal sonra xüsusi sərəncam imzaladı, rayonda dağılmış evlərin bərpası üçün 3 milyon manat vəsait ayırdı.
    Dövlət başçısının qayğısı ilə 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş zərər ən qısa zaman kəsiyində aradan qaldırıldı. Müharibədən zərər çəkmiş şəhər 6 saylı tam və Qazyan kənd ümumi orta məktəblər təmir olundu. Dövlət qayğısı sayəsində Tərtərdə aparılan tikinti, abadlıq, Daha ətraflı »

  • 16İyn
    Digər QURTULUŞ GÜNÜ AZƏRBAYCAN XALQININ TALEYİNDƏ HƏLLEDİCİ VƏ DƏYƏRLİ GÜNDÜR. üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Ulu Öndər Heydər Əliyev olmuşdur.

    XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Daha ətraflı »

  • 10İyn
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV İYUNUN 3-DƏ TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİB üçün şərhlər bağlıdır

    Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

  • 10İyn
    Digər PREZİDENT SƏRƏNCAMLARI üçün şərhlər bağlıdır

                  TƏRTƏRİN XORUZLU KƏNDİNDƏ YENİ ÜMUMTƏHSİL MƏKTƏBİ ÜÇÜN BİNA TİKİLƏCƏK

    Prezident İlham Əliyev iyunun 3-də “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

                                                             TƏRTƏRDƏ 21 SUBARTEZİAN QUYUSU QAZILACAQ

    Prezident İlham Əliyev “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin işməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,47 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
    Sərəncama əsasən, Azadqaraqoyunlu, Bəyimsarov, Borsunlu, Cəmilli, Evoğlu, Ələsgərli, Hacıqərvənd, Xoruzlu, Kəngərli, Köçərli, Kovdadıq, Qaradağlı, Qaynaq, Mamırlı, Soyulan, Təzəkənd kəndlərinin hərəsində 1 ədəd, Çaylı kəndində 2, Şıxarx qəsəbəsində isə 3 ədəd subartezian quyusu qazılacaq.

  • 10İyn
    Digər İLHAM ƏLİYEV TƏRTƏRDƏ DÖVLƏT RƏMZLƏRİ MUZEYİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.
    Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.
    Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.
    Müstəqim Məmmədov: Baş üstə.
    Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər. Daha ətraflı »

  • 10İyn
    Digər İLHAM ƏLİYEV “TƏRTƏR” ELEKTRİK YARIMSTANSİYASININ YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.
    Diqqətə çatdırıldı ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istis-mara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.
    Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasi-təsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansi-yalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq.
    Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı

  • 10İyn
    Digər İLHAM ƏLIİYEV “AZƏRXALÇA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏRTƏR FİLİALININ AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
    Dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsdi.
    “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
    Bildirildi ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
    Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.
    Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib. Daha ətraflı »

  • 10İyn
    Digər İLHAM ƏLİYEV TƏRTƏR OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər İdman Olimpiya Kompleksinin açılışında iştirak edib.
    Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
    Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehman-xana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib. Daha ətraflı »

  • 09İyn
    Digər AVROPA ŞURASI ANTİ-AZƏRBAYCAN MÖVQEDƏDİR–İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərə və tərtərlilərə həmişə yüksək qayğı və diqqət göstərmişdir.

    Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonunun sakinlərini qəhrəman adlandıran ölkə başçısı bu cəbhə bölgəsinə tez-tez səfərlər edir, əhalinin həyat tərzi ilə yaxından tanış olur, vətəndaşların qayğı və istəklərini birbaşa onların özündən eşidir və bir çox məsələləri yerindəcə həll edir.

    2020-ci il iyun ayının 3-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev növbəti dəfə Tərtər rayonuna səfərə gəlib və burada bir sıra yeni obyektlərin açılışında şəxsən iştirak edib.

    Dövlət başçısının Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı qarşısındakı çıxışı çox güclü rezonans yaradıb və bir liderin gücü siyasi iradəsini bir daha ortaya qoyub.

    Prezident öz çıxışında əsas diqqəti Avropa Şurasının anti-Azərbaycan mövqeyinə yönəldib. Qeyd etdi ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Daha ətraflı »

  • 03İyn
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
    Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
    Azərbaycanda uşaqların müdafiə olunması və onla-ra qayğı göstərilməsi isti-qamətində çoxsaylı işlər görülüb. Daha ətraflı »