Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar
    Digər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.
    Hazırda Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xü-susi məhlulla dezinfeksiya edilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş monitor vasitəsi ilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır.

  • 30Mar
    Digər, Xəbərlər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »

  • 30Mar
    Digər Hüseynov Maarif Mirməhəmməd oğlu üçün şərhlər bağlıdır

    1958-ci il yanvar ayının 22-də Tərtər şəhərində anadan olub. Şəhər 5 saylı ümumi orta məktəbini bitirib və 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Qarabağ müharibəsi başlanan vaxt Əhaliyə Məişət Xidməti Kombinatında bərbər işləyirdi. Erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək könüllü olaraq 1994-cü ilin mart ayında Milli Ordu sıralarına daxil olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib, cəsurluq və mərdlik göstərib. Snayperçi kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 1994-cü il may ayının 11-də Tərtər rayonunun Qapanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olub.
    Tərtər şəhər qəbristanlığında dəfn olunub

  • 30Mar
    Digər Hüseynov Toğrul Rafiq oğlu üçün şərhlər bağlıdır

    1973-cü il oktyabr ayının 13-də Tərtər şəhərində anadan olub. 1990-cı ildə şəhər 1 №-li tam orta məktəbin 10-cu sinfini bitirib. Sonra Gəncə Energetika Texnikumuna daxil olub. 1992-ci ilin avqust ayında həqiqi hərbi xidmətə çağrılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni faşistlərindən təmizləmək üçün Ağdərə bölgəsində döyüşüb. Bir çox döyüş əməliyyatlarında əsgər yoldaşlarına nümunə olub. Ermənilərin canlı quvvəsinin və hərbi texnikasının siradan çıxarılmasında cəsur bir döyüşçü kimi fəallıq göstərib. Dostları arasında yüksək xətir və hörmətə malik olub. Həmişə cəbhənin ön sıralarında iştirak edib. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Seydimli kənd qəbristanlığında dəfn olunub.

  • 30Mar
    Digər Muradov Əvəz Haqverdi oğlu üçün şərhlər bağlıdır

    1970-ci il dekabr ayının 21-də Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb və 1988-ci ildə Gəncə Baza Texnikumuna daxil olub. 1990-cı ildə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ilin əvvəllərində hərbi xidmətini yarımçıq qoyaraq doğma kəndlərinə qayıdıb. Həmin ilin sonunda könüllü olaraq “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olub. Xidmət etdiyi batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 20də Ağdərə yaxınlığında gedən döyüşdə həlak olub.
    Tərtər rayon Hacıqərvənd kənd qəbristanlığında dəfn olunub.

  • 30Mar
    Digər 31mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    ERMƏNİ QƏDDARLIĞI

    Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. 1918-ci il martın 31-də ermənilər tərəfindən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” Daha ətraflı »

  • 30Mar
    Digər QARADAĞLI FACİƏSİ üçün şərhlər bağlıdır

    1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xo-cavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı sakini “Xocavənd-Xankəndi” yolunun 6 kilometrliyində vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində gərginlik get-gedə artırdı. Hadisələr böyük fəlakətin yaxınlaşma-sından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn avtomaşın atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda Daha ətraflı »

  • 30Mar
    Digər ERMƏNİ VANDALİZMİ üçün şərhlər bağlıdır

  • 18Mar
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    GƏNCLİYƏ ÖRNƏK

    Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun “N” hərbi hissəsində xidmət keçməyə başladı.
    Onda Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə Daha ətraflı »

  • 18Mar
    Digər DÖYÜŞƏN DÖRD QARDAŞDAN BİRİ ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    Vətənin dar günüydü. Heç kim ev-eşiyində rahat otura bilmirdi. Fitnəkar düşmən əlinə fürsət düşən kimi ərazilərimizi iri çaplı silahlarla atəşə tuturdu. Hamı müdafiəyə qalxmışdı. Döyüşə yollananın hər biri–“elə etməliyik ki, mundar erməninin ayağı torpaqlarımıza dəyməsin, onları ərazilərimizdən qovub çıxarmalıyıq, nankorlar həm torpaqlarımızda yaşayıb, çörəyimizi yeyib, suyumuzu içirlər, həm də camaatımıza qənim kəsilirlər”,–deyə düşünürdü. Bütün evlərdən mübarizəyə qoşulanlar vardı. Hətta elə ailələr vardı ki, ata və oğul birlikdə döyüşə yollanırdı. Sarıcalı kəndindən Əliyevlər ailəsi də belələrindən idi. Bir evdən 4 qardaş–Xanlar, Asəf, Mətləb və Bəxtiyar Vətənin müdafiəsinə qoşulmuşdular. Əmiləri Qabil də sonradan 1993-cü il noyabrın 7-dən onlardan geri qalmayıb, əlinə silah götürüb döyüşə yollandı. Bir ailədən beş kişi ermənilərlə mübarizə apardı.
    Vəng uğrunda güclü döyüş gedirdi. Bəxtiyar da döyüşənlər arasında idi. Düşünürdü ki, düşmənin dərsini verib şəhid oğullarımızın, yurd-yuvalarından didərgin düşən insanların heyfini alacaqdır. Lakin pulemyot güllələri onu ayaqlarının ikisindən də yaraladı. Bu yara ilə 5 ay Gəncə şəhər hospitalında müalicə olundu. Hətta tam sağalması üçün Sərdar Həmidov onu İran Respubli-kasına göndərməyi təklif etdi. Lakin Bəxtiyar ya-rımçıq müalicə olunsa da, yenidən hərbi hissəyə qayıtdı və döyüşü davam etdirdi. İndi müharibəyə daha inadla qoşuldu… Daha ətraflı »