Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Digər VƏTƏNƏ QURBAN GEDƏN TƏLƏBƏ üçün şərhlər bağlıdır

    1990-cı illərin əvvəllərində xalqımıza–uşaqdan böyüyədək hamıya zərbə vuruldu. Mənfur ermənilərin təcavüzündən çox az ailə oldu ki, salamat qala bildi. Valideynini, övladını, doğmalarını, yaxınlarını itirənlərin sayı gündən-günə artırdı. İldırım kimi şaqqıldayan güllələrin ağzından ölüm kabusu tökülürdü evlərə, ocaqlara, insanların üstünə. Xəstəxanalar, hospitallar yaralılarla dolu idi. Qismətinə ölümdən keçərək yaralanmaq düşənlər şükür edirdilər ki, yaşamağa ümid var. Çox ata-analar övladlarını müharibədən qorumağa çalışırdılar. Lətif Məmmədovun ailəsi də belə idi. Onlar da dörd bacının yeganə qardaşını– Haqverdini müharibənin odalovundan uzaqlaşdırmaq istəyirdilər. Amma alın yazısı deyilən məhvum var ki, ondan heç cür uzaqda qalmaq olmur.
    Haqverdi Məmmədov Buruc kənd tam orta məktəbini müvəffəqiyyətlə biti-rib, 600-dən yuxarı balla Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakultəsinə qəbul olmuşdu. Haqverdinin ali məktəbə qəbul olması hamını sevindirirdi. Özü də sevinirdi. Lakin ürəyində Vətənin dar gündə olmasının dərdini çəkirdi. Hər şeydən öncə Vətənin müdafiəsinə qoşulmasını Daha ətraflı »

  • 18Mar
    Digər Mart ayının tarixi günləri üçün şərhlər bağlıdır

    QIZIL AYPARA GÜNÜ

    Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.
    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir. Bölmədə 30 nəfər könüllülər var və bu könüllülər bütün tədbirlərdə fəal iştirak edirlər. Daha ətraflı »

  • 18Mar
    Digər Milli Teatr Günü üçün şərhlər bağlıdır

    Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur.
    Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.
    1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Daha ətraflı »

  • 18Mar
    Digər Ümumdünya Mülki Müdafiə Günü üçün şərhlər bağlıdır

    Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
    Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır.
    Əhalinin mühafizəsini, fövqəladə hallardan müha-fizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
    Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18-ci illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır. Daha ətraflı »

  • 18Mar
    Digər BEYNƏLXALQ XOŞBƏXTLİK GÜNÜ üçün şərhlər bağlıdır

    “Başqalarına yardım etmək və yaxşı işlər görmək xoşbəxtlik gətirir. Digərlə-rinin xoşbəxtliyinə nail olaraq, biz özümüzünkünü tapırıq” – Platon.Baş Assambleyanın 12 iyul 2012-ci il qətnaməsinə əsasən, 20 mart Beynəlxalq Xoşbəxtlik Günü elan olunub. Təsisçilərin fikrincə, bu bayram xoşbəxtliyin insanlığın əsas məqsədi olduğunu nümayiş etdirməyə yönəlib. Bununla əlaqədar olaraq təsisçilər bütün ölkələri hər bir insanın məişət vəziyyətinin yaxşılaşdırılmasına can atmağa çağırır.
    Bu gün mahiyyəti həyatınızın ən xoşbəxt anlarını yada salmaq, müsbət əhvala köklənmək, pis fikirlərdən uzaq olmaq, gülümsəməkdir. Bu gündə öz əzizlərinizi və doğmalarınızı qucaqlayın və deyin, axı, biz məhz onların sayəsində xoşbəxtik.

  • 18Mar
    Digər Bədən Tərbiyəsi və İdman Günü üçün şərhlər bağlıdır

    Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Hazırda Azərbaycanda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycandakı möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qranprilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

  • 05Mar
    Digər Rayonumuzun tarixində iz qoyan insanlar üçün şərhlər bağlıdır

    HALAL ZƏHMƏTİN PİLLƏLƏRİ

    Çeşid-çeşid insanlar içərisində elələri var ki, onları seçilmişlərdən hesab etmək olar. Belə insanlar ailədə də, cəmiyyətdə də öz yeri, sanbalı olanlar, təmkini, müdrikliyi, idarəetmə bacarığı ilə fərqlənənlərdir. Rayonumuzun tarixində belələri çox olub. Onların hər birinin yaddaşlarda özünəməxsus izi qalıb.
    Taryel Məmmədov da belə şəxslərdən biri idi. Şəxsi keyfiyyətləri, ağır, sanballı hərəkətləri, səmimi görkəmi, insanlarla işləmək bacarığı onu fərqli biri kimi tanıtmışdı. Zəhmli olmasına baxmayaraq, sadə insanıydı Taryel müəllim.
    45-50 il bundan əvvəl rayonumuzun rəhbər vəzifələrdə işləyənlərini yaxşı xatırlayıram. Sanki, onlar bütün cəhətlərində fərqli insanlarıydı. Elə Taryel müəllim də…
    Bu gün belə şəxsiyyətləri xatırlamaq, onların keçdiyi ömür yoluna nəzər salmaq hər birimiz üçün vacibdir və gərəklidir.
    Məmmədov Taryel Hüseyn oğlunun həyat və fəaliyyətini öyrənmək üçün ailəsinə müraciət etdim. Daha ətraflı »

  • 24Fev
    Digər TƏRTƏRƏ QAR YAĞDI… üçün şərhlər bağlıdır

                                                QAR TORPAĞIN BƏRƏKƏTİDİR

    İlin müxtəlif aylarında təzahür edən fəsillərin hər birinin özünəməxsus gözəlliyi vardır. Bu mövsümlərdə təbiət gözəl və fərqli mənzərələr alır. Məhz buna görə deyirlər ki, ən gözəl rəssam təbiətdir.
    Qış gələndə isə yorğun təbiət yuxuya gedir. Bu fəsil yorulub yatmış təbiətin üstünə yorğan çəkmək istəyir. Həmin yorğan çox bəyaz, yumşaq və tər-təmizdir. İlk qar hər bir insanın qəlbinə fərəh, üzünə sevinc gətirir. Səhər tezdən durub hər tərəfin ağappaq olduğunu görürük. Qar dənələri ulduz kimi yavaş-yavaş yerə enir. Ağacların, evlərin üstü qarla örtülür. Təmiz havanı sinə dolusu udursan. Ancaq ayağını qarın üstünə qoyub bu gözəlliyi pozmaq istəmirsən. Ağacların qardan ağırlaşmış budaqları sallanır. Yavaşca toxunan kimi qar topaları adamın üstünə və yerə tökülür.
    İnsanın qəlbi fərəhlə dolur. Qollarımızı açıb təbiətin bu gözəlliyini sinəmizə sıxmaq istəyirik.
    Təsərrüfatla məşğul olan insanlar yazı xoşladığı ki-mi, qış fəslini də ürəkdən sevirlər. Çünki yağan qar özü ilə bol ruzi bərəkət gətirir, firəvanlıq və əmin-amanlıq yaradır.
                                                                                                                Nübar Mehdizadə

  • 24Fev
    Digər Xocalı soyqırımı–tarixin qanlı ləkəsi üçün şərhlər bağlıdır

    QARABAĞIN FƏRYAD ZİRVƏSİ

    Azərbaycanın–Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalı Xankəndi (indiki Stepanakert) şəhərindən 14 km şimal-şərqdə yerləşir.
    1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş mesxeti türkləri də məskunlaşmışdılar. Daha ətraflı »

  • 24Fev
    Digər XOCALIDA NEÇƏ-NEÇƏ ƏSGƏRLƏR TƏRƏFİNDƏN ZORLANAN 12 YAŞLI AZƏRBAYCANLI QIZ üçün şərhlər bağlıdır

    Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.
    Şüurlu bir təkliyin içində özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!
    Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
    Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar!… Daha ətraflı »