Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Digər Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır

    YENİ İL BAYRAMININ TARİXİNDƏN

    Yeni il Bayramı — dün-yanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır
    Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram et-mək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Daha ətraflı »

  • 29Dek
    Digər YENİ İL YOLKASI üçün şərhlər bağlıdır

    Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçinmək olar. Bəs Yeni il bayramında yolka bə-zəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
    Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

  • 29Dek
    Digər TƏRTƏRLİ VALEH ADIGÖZƏLBƏYOV üçün şərhlər bağlıdır

    Mən onunla ilk dəfə 2003-cü ildə Rusiyanın Xantı – Mansiysk şəhərində görüşmüşəm. Hələ Sovetlər birliyi dövründə, Nijnevartovsk şəhərində yaşadığım zamanlar məşğul olduğum azərbaycançılığın təbliği işini Bakıya qayıtdıqdan sonra genişləndirir, Rusiyaya gedir, bu ölkəni şəhər-şəhər, kənd-kənd gəzir, ziyalı həmvətənlərimiz, onların nəhəng ölkənin müxtəlif bölgələrində bir-birinin ardınca yaratdığı diaspor təşkilatlarının fəaliyyəti, fəalları, uğurları, perspektivləri haqqında araşdırmalar apa-rır, məlumatlar toplayır və kitablar yazmağı davam etdirirdim. Və bir dəfə, on altı il bundan əvvəl, yolumu onun yaşadığı, fəaliyyət göstərdiyi Xantı – Mansiysk Milli Mahalının mərkəzi olan bu şəhərəXantı-Man-siyskə yönəltdim. Burda məni orta boydan bir qədər hündür, gülərüz, qaragöz, qaraqaş bir həmyerlimiz qarşıladı. Olduqca mehriban, doğma münasibətlə işimi təşkil etdi, burda bir neçə gün çalışmaq üçün normal şərait yaratdı, rəhbərlik etdiyi diaspor təşkilatına dair sənədlər təqdim etdi, məni fəallarla görüşdürdü. Xoş bir təbəssümlə, mənim hörmətli qonağımsan dedi. Mənzilində bir otaq göstərib: “Buyur, istirahət elə, neçə gün istəsən işlə, məlumatlarını topla” sözlərini dilə gətirən soydaşımızın timsalında qonaqpərvərlik, vətənkeşlik gördüm. Sonrakı günlər onu müşahidə etdikcə anladım ki, o, insanlarla səmimi davranan bir ziyalı təfəkkürlü, əsl azərbaycanlıdır–yaxşılarla fəxr edir, özünü düz aparmayanlara doğru yol göstərir, camaatsa öz növbəsində onun məsləhətləri, möv-qeyi ilə razılaşır.
    Xantı–Mansiyskdə rast gəldiyim qiymətli insani dəyərlərin sahibi isə Valeh İsgəndər oğlu Adıgözəlbəyovdur. O, 23 may 1963-cü ildə Mirbəşir (Tərtər) şəhərində dünyaya göz açıb, həmyaşıdları kimi o da iki il ordu sıralarında xidmət edib. Ehtiyata tərxis olunduqdan sonra taleyi onu Xantı – Mansiysk şəhərinə gətirib. O, əsas fəaliyyəti tikinti ilə bağlı olan mütəxəssis kimi burdakı müəssisə-lərdən birində işə düzəlib, vəzifə pillələrilə irəliləməyə başlayıb, Tümen Dövlət Memarlıq–Tikinti Akade-miyasını uğurla başa vurub və “Xantımansiyskqeofizi-ka”da usta, iş icraçısı, sahə rəisi vəzifələrində bacarığı-nı bütün varlığı ilə göstərə bilib. Xüsusilə “Şapşa-Xan-tı-Mansiysk” avtomobil yo-lunun çəkilməsində böyük uğurlara nail olub. 1989-cu ildə “Rabotnik” adlı kooperativ təşkilatının rəhbəri kimi, şəhərdə evlərin tikilməsi və təmiri işlərini həyata keçirib, başqa müəssisələrə də, o cümlədən, Tikinti Təmir İdarəsinə, sonralar Mənzil Kommunal İdarəsinə rəhbərlik edib. Çalışdığı vəzifələrdə əhalinin, tabeçiliyində olan adamların etimadını qazanıb. Ona görə də 2006-cı ildə Xantı – Mansiysk Şə-hər Dumasına deputatlığa namizədliyi də irəli sürül-müşdü. Düzdür, haqsızlıq edildi, bunu seçicilər də bil-dilər… Amma, hamıya bəlli idi ki, Valeh müəllim deputat olmağa layiq insandır. Lakin, nə etmək olar, ikili standartlar hər yerdə özünü göstərir, ona görə də belə hadisələr baş verir, bəzən layiqlilər yox, digərləri de-putat olurlar… Maliyyə və-ziyyəti azacıq yaxşılaşan ki-mi, qohum-əqrəbaya, dost-tanışa kömək əlini uzadıb, yaşadığı şəhərdə uşaq xəs-təxanasının təmirinə, digər vacib sahələrə də maliyyə vəsaiti ayırıb, Tərtər şəhə-rində məscidin təmiri üçün də yardım etməyi unutma-yıb, Valeh müəllim. Daha ətraflı »

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Zakir Bağırov,
    YAP Tərtər Rayon Təşkilatının məsul işçisi

    Məlumdur ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əv-vəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaq-lanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zaman bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Onun yaratdığı Yeni Azərbaycan Partiyası qısa zamanda ölkədə siyasi sabitliyi təmin etdi. İnsanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm irəliləyişə nail olundu. Bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan bir dövlətdir.
    Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu prosesin davam etdirilməsində YAP üzvləri də fəal iştirak edirlər.
    Bütün bu irəliləyişləri rayonumuzun simasında bir daha aydın görmək olar. Doğma Tərtə-rimizdə yüksək səviyyədə aparılan yenidənqur-ma işlərində, sosial-iqtisadi irəliləyişlərdə Tər-tər Rayon YAP üzvləri xüsusi fəallıq nümayiş etdirirlər. Əlbəttə, bu müsbət dəyişikliklər mətbuatda, o cümlədən, “Yeni Tərtər” qəzetində öz əksini tapır, operativ olaraq həm rayon qəzetinin səhifələrində həm də onun internet saytında oxuculara çatdırılır. YAP rayon təşkilatının üzvləri adından qarşıdan gələn Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bizə doğma olan “Yeni Tərtər”çiləri təbrik edir, onların hər birinə ailə səadəti, bol ruzi-bərəkət, firəvan həyat və yaradıcılıq nailiyyətləri arzulayıram!

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Qədir Allahverdiyev, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri

    Mən uzun müddət rayon qəzetində çalışmışam və bu işin çətinliklərinə yax-şı bələdəm. Qəzet əməkdaşı olmaq, həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Oxuculara informasiyanı vaxtında çatdırmaq, onun maraqlılığını təmin etmək, dəqiq və obyektivliyinə nail olmaq jurnalistin əsas peşəsidir. Bu isə rayon yerində elə də asanlıqla başa gəlmir.
    Mən rayon qəzetində işlədiyim vaxtlarda onun özünün mətbəəsi, yəni çap avadanlıqları və xeyli sayda işçisi vardı. İndi isə tamamilə başqa cürdür. Qələm dostum, “Yeni Tərtər” qə-zetinin baş redaktoru Tofiq Yusif mənə danışır ki, qəzetin səhifələri burada kompüterdə yığı-lır, Bakı şəhərinə göndərilir, orada çap olunur, geri qaytarılır və redaksiya tərəfindən oxucula-ra çatdırılır. Bu proseslər elə də yüngül deyil, onun müqabilində isə cəmi-cümlətanı redaksi-yanın 6 nəfər əsas işçisi var ki, onların da 2-si yaradıcı işçidir.
    Demək istəyirəm ki, belə bir vəziyyətdə ra-yon qəzetini çap edib oxuculara çatdırmaq çox böyük zəhmət tələb edir.
    Mən qarşıdan gələn Yeni il və Dünya Azər-baycanlılarının Həmrəyliyi Günü münasibətilə “Yeni Tərtər” qəzetinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara bu ağır və şərəfli işlərində uğurlar diləyirəm.

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Məhiyəddin Kərimov, rayon ağsaqqalı

    Ta qədimdən il təzələnəndə adətdir ki, böyüklər–ağsaqqal, ağbirçək, ziyalılar xeyrdua verər, ilin uğurlu olması üçün xoş sözlər söyləyərlər. Elə bilirəm ki, bu gün rayonun bir ağsaqqal sakini kimi mənim də söz demək haqqım var. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il öz mübarək qədəmlərini yer üzünə qoymaqdadır. Arzu edirəm ki, qarşıdan gələn ilimiz insanlarımıza firavanlıq, xoş günlər gətirsin! Uşaqlarımız nəvazişlə böyüsünlər, qocalarımız qayğı ilə əhatə olunsunlar. İllərdi xalqımız üçün unudulmaz dərd hesab olunan Qarabağ yaramıza əlac tapılsın, ev-eşiyindən el-obasından didərgin düşənlər öz doğma yurd-yuvalarına qayıtsınlar.
    Məlumdur ki, “Yeni Tərtər” qəzeti rayonumu-zun aynası olaraq sakinlərimizin sevimlisinə çevrilib.
    Rayon qəzetini maraqla oxuyuram. Səhifələrində dərc olunmuş məqalələr–siyasi, bədii və publisistik yazılar, rayonumuzda baş verən müsbət dəyişiklikləri əks etdirən material və fotoşəkillər adamda xoş təəssürat yaradır. Əlbəttə, qəzetin belə oxunaqlı dərc olunmasında redaksiya əməkdaşlarının gərgin zəhməti vardır. Yeniilqabağı “Yeni Tərtər”in əməkdaşlarını ürəkdən təbrik edir, onlara cansağlığı, yaradıcılıq uğurları və iti qələm arzulayıram. İstəyirəm ki, şəhər və kəndlərimizin sosial inkişafındakı yeniliklər qəzet səhifələrində həmişə layiqincə öz əksini tapsın.

  • 29Dek
    Digər BAYRAM TƏBRİKLƏRİ üçün şərhlər bağlıdır


    Yaşar Məhərrəmov, Tərtər Rayon Təhsil Şöbəsinin müdiri

    İndiki dövrdə təhsil sistemində islahatların aparılmasına, təlim-tərbiyə səviyyəsinin daha da yüksəldilməsinə, maddi-texniki bazanın müasirləşdirilməsinə, yeni şəraitin yaradılmasına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Bu diqqət Prezident İlham Əliyevin imzaladığı çoxsaylı proqram və sərəncamların həyata keçirilməsində öz əksini tapır. Yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri nəticəsində Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
    Müəllimlərin peşəkarlıq səviyyəsinin, nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlər gənc müəllimlərin bu peşəyə marağını xeyli dərəcədə artırıb. Təhsil müəssisələrində istedadlı uşaqlarla görülən işlərin nəticəsində beynəlxalq və olimpiya yarışlarında uğurlar qazananların sayı ilbəil artır, təmayülləşmənin əhatə dairəsi genişlənir. Ümidvarıq ki, yeni ildə də təhsil sahəsindəki uğurlar daha da çoxalacaq. Bu uğurlar internet saytlarında və mətbuat səhifələrində vaxtaşırı yayımlanaraq xalqa çatdırılır. Bu sahədə “Yeni Tərtər” qəzetinin də rolu təqdirəlayiqdir. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayonumuzun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təhsil işçilərimiz adından səmimiyyətlə təbrik edir, onlara daha maraqlı və sanballı yazılar, bol informasiya arzulayır, hər birinə cansağlığı, mənalı ömür və ailələrinə xoşbəxtlik diləyirəm!
     

     

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Sahib Həsənov, Tərtər Şəhər İƏD üzrə nümayəndə
    “Yeni Tərtər” qəzeti bizim ən yaxın dostumuzdur. O, rayonda gedən bütün proseslərin aynası kimidir. Rəsmi tədbirlərlə yanaşı, aparılan tikinti, quruculuq və abadlıq işləri ekologiyanın və ətraf mühitin mühafizə olunması, həmçinin yaşıllıqların salınması və qorunması, Qarabağ müharibəsinin tarixi kökləri, şəhidlərimiz, əlillərimiz və müharibə veteranlarımız, insanların sosial vəziyyəti, qaçqın və məcburi köçkünlərin həyat tərzi, milli-mənəvi dəyərlərimiz, ağsaqqal, ağbirçək və ziyalılarımız, İslam dini ilə bağlı dəyərli fikirlər, bədii yazılar və sair məsələlər bu qəzetin səhifələrində həmişə ön plana çəkilir. Ona görə də region mətbuatı sırasında “Yeni Tərtər” qəzeti özünəməxsus çəkiyə malikdir və xüsusi sanbalı vardır.
    Bunlarla yanaşı, şəhər İƏD-nin bütün tədbirlərində rayon qəzetinin əməkdaşları iştirak edir və bu tədbirləri öz səhifələrində daim işıqlandırır.
    Mən öz adımdan və rəhbərlik etdiyim kollektivin adından “Yeni Tərtər” qəzetinin bütün işçilərini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı və uğurlar diləyirəm! Qoy 2020-ci il sülh və əmin-amanlıq ili olsun! İşğal altında olan torpaqlarımız tezliklə azad edilsin! Ruzimiz bol, çörəyimiz bərəkətli olsun!
      

     

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    Saleh Ədilov,
    Əskipara kənd
    məscidinin mütəvəllisi
    İslamçılıq dinimizin əsasını təşkil edir. Onun təbliği saf əqidəli, dini dəyərlərimizi yüksək tutan din adamlarının üzərinə düşür. Gündən-günə Allahın yolunu saxlayanlara can atanların sayı çoxalır. Məlumdur ki, ölkəmizdə din azadlığı mövcuddur və dində məcburiyyət yoxdur. Dini etiqadlarin yerinə yetirilməsi, dini əqidənin formalaşması, etdiyinin Allaha xatir edilməsi sahəsində aparılan təbliğat işimizin düzgün qurulmasından irəli gəlir.
    Bu sahədə mətbuatın rolu əvəzedilməzdir. Mən həmişə “Yeni Tərtər” qəzetində öz yazılarımla çıxış edirəm. Bu yazılar əsasən müsəlman aləminin milli-mənəvi dəyərlərinə söykənir, tarixi-dini hadisələrə, dini bayramlara, Allaha yaxın mömin bəndələrə, müqəddəs dini şəxsiyyətlərə həsr olunur. Din adamları belə mövzularda olan yazıları maraqla qarşılayırlar. Bu sahədə mənə şərait yaradan qəzetin baş redaktoru Tofiq Yusifə öz təşəkkürümü bildirirəm. Artıq onun sayəsində qəzetin yaxın dostuna çevrilmişəm, hətta redaksiya heyəti tərəfindən diplomla mükafatlandırılmışam. Bu gün mənim haqqım var ki, qəzetin kollektivini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayam. Yeni 2020-ci il bu qəzetin əməkdaşlarına düşərli olsun!

     

     

  • 29Dek
    Digər İstirahət vaxtlarında üçün şərhlər bağlıdır

    ATALAR SÖZLƏRİ

    Abad məclis aşığından bəllidir.
    Abad kənd tüstüsündən bəlli olar.
    Abbas Abbasdan, Abbas da kor Abbasdan.
    Abbasını bəyənməyən beş şahı çıxardar.
    Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
    Abırsızdan abrını saxla.
    Ac acı aldı, acdan ləlöyün törədi.
    Ac acı dalayar, tox toxu yalayar.
    Ac adam özünü oda vurar.
    Ac adamı qurd yeməz. Daha ətraflı »