Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen
    Digər “VƏTƏN ELİN EVİ, DAYAĞIDIR” üçün şərhlər bağlıdır

    Torpağın, ana-bacıların, dövlətin keşiyində dayananların qəlbində yurd sevgisi vardır. Vətənin müstəqilliyi dünyada hər şeydən əzizdir. Ümummilli lider Heydər Əliyev deyib: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
    Qarabağ savaşında rəşadət göstərən döyüşçülərdən biri də Müslüm Cümşüd oğlu Səlimovdur. O, 1965-ci ilin iyul ayının 30-da Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Rusiyanın Varonji vilayətində hərbi xidmət keçib. 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib və hərbi tapşırığı yerinə yetirərkən Ağdərədə yaralanıb. Müslüm Səlimov keçdiyi döyüş yolundan danışarkən bildirdi ki, hər zaman vətən yolunda şəhid olmağa hazır olub və indi də hazırdır. Çünki Azərbaycan torpağının hər bir qarışı müqəddəsdir. Odlar yurduna olan sevgi hələ kiçik yaşlarından valideynlər, sonra isə məktəbdə müəllimlər tərəfindən ona öyrədilib. Daha ətraflı »

  • 06Sen
    Digər MEHRİBAN ƏLİYEVA: “ÖLKƏYƏ VƏ İNSANLARA XİDMƏT EDİRƏMSƏ BU, MƏNİM ÜÇÜN ƏN YÜKSƏK MÜKAFATDIR” üçün şərhlər bağlıdır

    Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş edib.
    Mehriban Əliyevanın Trendə göndərdiyi məktubu alpaninfo.com oxuculara təqdim edir.

    –Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
    Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb. Daha ətraflı »

  • 06Sen
    Digər İSTİRAHƏT VAXTLARINDA üçün şərhlər bağlıdır

    ATALAR SÖZLƏRİ

    Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
    Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər.
    Cəsarətin bitdiyi yerdə əsarət başlayır.
    Biçmək üçün əkmək lazımdır.
    İki fikir bir fikirdən daha yaxşıdır.
    Əvvəl öyrən, sonra düşün.
    Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır.
    Ən yaxşısını düşün, ən pisinə hazır ol. Daha ətraflı »

  • 06Sen
    Digər MÜDRİK KƏLAMLAR üçün şərhlər bağlıdır

    Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. (Konfutsi)
    Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla. (Sokrat)
    Bir ailə ilə bir dövləti idarə etmək arasında elə böyük bir fərq yoxdur. (Monten)
    Başqalarının izi ilə gedən iz qoya bilməz. (Con İ.Brannon)
    Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır. (Yavuz Sultan Səlim)
    Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. (Monten)
    Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur. (Hz.Əli)
    Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir. (Franklin Ruzvelt)
    Əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağı-mızdır. (H.Berqson)
    Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz. (Fridrix Helderin)
    Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır. (Dorote Deluzi)
    Nəfsinə hakim olan dünyaya hakim olar. (Volter) Daha ətraflı »

  • 06Sen
    Digər AFORİZMLƏR üçün şərhlər bağlıdır

    Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə həyat deyilir.
    Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
    Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
    Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
    Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
    Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
    Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
    Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
    Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
    Həyatın ən çətin sualları – ağılın düşündüyü, amma ürəyin cavablandıra bilmədiyi suallardır.
    Yalançı olmaq üçün yaddaş lazımdır.
    Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir. Daha ətraflı »

  • 06Sen
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.
    Çirkli qar təmiz qardan tez əriyir.
    Arıların 5 gözü olur.
    Dünyada hər 2 dəqiqədən bir zəlzələ baş verir.
    Normal insanın yuxuya getməsi üçün orta hesabla 7 dəqiqə vaxt tələb olunur.
    İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.
    Dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirə bilir.
    Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Daha ətraflı »

  • 06Sen
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    Siz açıq gözlərlə asqıra bilmirsiniz.
    Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
    Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
    Bədəndə dil ən güclü əzələdir.
    Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
    Əgər 3 səhifə kitab oxumuşsuzsa, deməli, gözləriniz 1 kilometr yolu qət edib.
    Mədədə o qədər turşu olur ki, onun köməkliyi ilə dəmir mismar hazırlamaq olar.
    Əgər siz üzünüzü təraş etməsəz, onda 9 metrə qədər saqqal uzanacaq.
    Siz təxminən gün ərzində 23 min nəfəs alırsız.
    İnsan beyni qocaldıqca daha yüngül olur.
    İnsan orta hesabla yuxusunu cəmi 7 dəqiqəyə alır.
    Qaraciyər 18 – 20 saatın arasında alkoqolu parçalayır.
    Bildiyiniz kimi 4 qan qrupu yoxdu, 29 qrup var. Onlardan ən nadiri Bombey yarımqrupuna aiddir — ona Yaponiyada ailələr qrupunda rast gəlinir. Daha ətraflı »

  • 06Sen
    Digər BEYNİMİZİN SAĞLAMLIĞI ÜÇÜN üçün şərhlər bağlıdır

    Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
    Ümumilikdə bu qidaların qəbulu beyni sağlam vəziyyətdə saxlamağa kömək edir.
    Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:
    – Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır. Daha ətraflı »

  • 06Sen
    Digər DƏLİXANADA üçün şərhlər bağlıdır

    Bir dəli gəlib dostlarına danışır:
    – Dünən taksi şoferinə atdım
    Necə?
    – Pulu verdim, amma minmədim.

    * * *

    Bir gün bir dəli çıxır söyüd ağacına.
    Dostu deyir: – Hara çıxırsan?
    – Armud yeməyə.
    Dostu deyir:
    Axı, bu söyüd ağacıdır.
    – Nə olsun. Armud cibimdədi.

    * * * Daha ətraflı »

  • 06Sen
    Digər LƏTİFƏLƏR üçün şərhlər bağlıdır

    Uşaqları polis bölməsinə ekskursiyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!”
    Məmmədqulu soruşur:–“Bunları axtarırsız?”
    Polis işçisi:
    – Bəli
    Məmmədqulu:
    – Bəs şəkillərini çəkəndə niyə tutmadız?

    *     *     *

    Bir gün yol polisi birini saxlayıb deyir.
    – Qardaş, xəttin üstündən keçmisən.
    Kişi qayıdıb deyir:
    – Nə edim, qaldırım altından keçim?

    *      *     *

    Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar. Daha ətraflı »