Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen
    Digər MƏŞHURLARIN HƏYATINDAN üçün şərhlər bağlıdır

    Adolf Hitler 1938-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilmişdi.

    * * *

    Səddam Hüseynin məxsusi bir Quran kitabı vardı, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.

                                               * * *

    Ölümündən üç ay sonra Çarli Çaplinin cəsədi iki nəfər isveçrəli tərəfindən ailəsindən girov pulu almaq məqsədi ilə qaçırılmışdı. Daha üç ay keçdikdən sonra cinayətkarlar həbs olundu. Eyni hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün qəbirin üstünü betonla örtmüşlər.

                                                 * * *

    Ən uzunmüddətli kral sülaləsi– Yaponiyadır. İmperator Akixito öz ailəsinin 125-ci törəməsidir.

  • 21Avq
    Digər VÜQAR HEYY!… HARDASAN, OĞUL?! üçün şərhlər bağlıdır

    Ata harayı

    Ailəmiz yaxşı yaşayırdı. Qardaşlarımın vaxtsız vəfatı bizi xeyli müddət sarsıtsa da, yaralarımız qismən də olsa qaysaqlamışdı. Şükürlər olsun ki, uşaqları böyümüş, hamısı ali təhsil almışlar. İndi onlar müstəqil yaşaya bilirlər. Ailəli olanlar da var. Uzun müddət atasız qalan bu beş övladın böyüməsində qardaşlarım Məhəmmədlə Maarifin qayğılarından bu gün də bizi tanıyanların hamısı hörmətlə danışır.
    Mart ayının ilk günləri arxada qalmışdı. Hamı böyük həvəslə çərşənbələri qeyd edir, insanlar görüşdükcə Novruzun gəlişi münasibəti ilə bir-birini təbrik edir, xoş arzularını bildirirdilər. Belə xoşbəxt ailələrin biri də biz idik. Ətraf rayonlarda yaşasalar da, çox vaxt çərşənbələrdə, xüsusən də bayram axşamında övladlarımızın hamısı, həmçinin üçü öz ailə üzvüləri ilə bizimlə birlikdə olur, axşamdan xeyli keçənə qədər oturub söhbət edər, olub-keçənlərdən, xatirələrdən danışardıq.
    Sözün düzü, başqa vaxtlarda da uşaqlarımız gəlib-gedərdilər. Ancaq Novruz bayramı axşamlarındakı qələbəlik, hər kəsin söylədiyi fikirlər, yaddaqalan danışıqlar heç vaxt unudulmurdu, gələn ilin Novruz bayramına kimi xatırlanırdı.
    İnanırdıq ki, bu il də əvvəlki illərdəki kimi olacaq. Hamı ailəsi ilə gələcək, qızım Samirə ilə Səbuhinin ailəsi də bizə qoşulacaq. Nəvələrin çox sevdiyi tonqal başındakı sevinc dolu gülüşmələrindən sonra yumurta döyüşəcəklər. Nəvələr heç olmasa 2-3 qonşuya torba atacaqlar. Bu işi ən çox İlqarın oğlu İsmayıl və qızı Rəna sevirdi. Daha ətraflı »

  • 21Avq
    Digər MÜQƏDDƏS SEVGİ üçün şərhlər bağlıdır

    Vətən–gözdür, biz–kiprik–
    Vətənimizin keşiyini çəkirik.
                                                            Məmməd ASLAN

    Bir güllə səsindən vaxtilə təlaşlanan camaatın indi başına od yağırdı, mərmi tökülürdü, yan-yörəsində raketlər partlayırdı, evlər dağılırdı, insanlar ölürdü, lakin qorxmurdular, çəkinmirdilər–artıq bu qan-qadaya öyrəşmişdilər, bu tükürpədici partlayış səslərinə, güllə vıyıltılarına vərdiş etmişdilər. Adi vaxtlarda itdən-pişikdən qorxan adamlar nə erməni quldurlarından, nə onların zirehli texnikalarından, nə də avtomatlarından qorxurdular.
    Tərtərdə böyük də, uşaq da, kişi də, qadın da belə bir mühitdə–ölümlə həyatın arasında yaşayır və döyüşürdülər.
    Çətin günlər adamın canını bərkidir, iradəsini möhkəmləndirir və qorxu hissini azaldır. Tərtərin özü bir alınmaz “Çənlibel” qalasına, tərtərlilər isə Koroğlunun igidlərinə dönmüşdülər. Sayseçmə oğullarımız səngərlərdə düşmənə qarşı ölüm-dirim mübarizəsi aparır, sıravi vətəndaşlarımız isə onlara arxa-dayaq olurdu–səngərdə döyüşən igidlərə yemək aparır, siqaret daşıyır, isti pal-paltar, əlcək paylayırdılar. Döyüşçü–xalq birliyi yaranmışdı.
    O vaxt adları dillər əzbəri olan ərənlərimizdən Vəzir Orucov, Elman Hüseynov, Pənah Məmmədov, Suliddin Yusibov, Ədalət Paşayev, Mehrac Mahmudov, Nizami Heydərov, Fəqan Qurbanov, Çingiz İsmayılov, Sakif Orucov kimi vuruşan oğulların arasında qorxmaz, cəsur, vətənpərvər bir döyüşçü də vardı–Rövşən Məmmədov…
    Son zamanlar sosial şəbəkələrdə bu ada tez-tez rast gəlirdim. Diqqətimi çəkən onun vətənpərvərlik ruhu ilə dolu sözləri idi. Hiss edirdim ki, bu adam Vətənə, Torpağa qırılmaz tellərlə bağlıdır, ürəyi Azərbaycana sevgi ilə doludur. O, özü, qanı, ruhu boyda Vətən torpağıdır! Daha ətraflı »

  • 21Avq
    Digər VƏTƏN KİMİ DİYAR OLMAZ üçün şərhlər bağlıdır

    Azərbaycanın yaxşı təlim keçmiş əsgərləri və güclü texnika ilə təmin olunmuş ordusu var. Xalqımız ölkə rəhbərliyinə arxalanır və hər zaman güvəndə olduğunu hiss edir. Respublikamızda ordu quruculuğu inkişaf edir.
    Torpaqlarımızın müdafiəsində hər zaman tərtərlilər cəsarətlə döyüşüblər.
    Bu günlərdə fədakarlıqla vətəninin keşiyində dayanan bir müsahibim oldu– Məzahir Əlif oğlu Əliyev. O, 1975-ci ilin avqustun 1-də Kəlbəcər rayonunun Kilsəli kəndində zəhmətkeş ailədə anadan olub. 1978-ci ildə ailələri Tərtər rayonuna köçüb. Burada böyüyüb boya-başa çatmasına baxmayaraq, Kəlbəcəri və İstisuyu həmişə xatırlayır. Orta təhsilini Tərtərdə alan Məzahir hal-hazırda rayonumuzun Bayandur kəndində yaşayır. Ailəlidir, 2 övladı var. Şəxsi təsərrüfatı ilə məşğul olur. Təqaüddədir.
    O, vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirdiyindən danışdı:
    –1993-cü ildə Tərtər komissarlığından həqiqi hərbi xidmətə çağırıldım. 18 yaşından 702 nömrəli Füzuli bölgəsində əsgərlikdə oldum. Təcrübəli döyüşçülərlə bir yerdə Vətənə xidmət göstərdim, 1994-cü ilin yanvar ayında Füzuli istiqamətində hücum vaxtı yanıma mərmi düşdü və qantuziya aldım. 1997-ci ildən hərbi hissədən tərxis olundum. II qrup Qarabağ Müharibəsi əliliyəm. Daha ətraflı »

  • 09Avq
    Digər İLHAM ƏLİYEVİN YANINDA SOSİAL-İQTİSADİ SAHƏ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Müşavirədə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
    -İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
    İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır. Daha ətraflı »

  • 09Avq
    Digər ƏHALİNİN SİYAHIYAALINMASI MÜHÜM DÖVLƏT TƏDBİRİDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli 1010 nömrəli Fərmanına əsasən 2019-cu ilin oktyabr ayının 1–10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarı ilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.
    Əhalinin siyahıyaalınma məlumatları cəmiyyətin inkişaf meyillərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistikadır. Məlum olduğu kimi indiki zamanda dayanıqlı inkişafa xüsusi önəm verilir. Ölkənin iqtisadi və sosial həyatının bütün sahələrində insan faktoru aktivləşir. Belə bir dövrdə əhali haqqında məlumatların əsas mənbəyi olaraq siyahıyaalınmanın əhəmiyyəti də artır. Siyahıyaalınma həm ölkənin, həm də onun ayrı-ayrı regionlarının bütün yaşayış məntəqələrinin əhalisi haqqında tam məlumat əldə etməyə imkan verir.
    2019-u il oktyabrın 1–10-da Müstəqil Azərbaycan tarixində üçüncü dəfə keçiriləcək əhalinin siyahıyaalınması dövlət müstəqilliyinin 28-ci ildönümünə təsadüf edir. Geridə qoyduğumuz illərdə əhalinin 9 dəfə siyahıyaalınması baş tutub ki, bunlardan birincisi 1897-ci ildə Çar Rusiyası, digər altısı Sovet İttifaqı, son ikisi də 1999-cu, 2009-cu illərdə müstəqillik dövrünə aiddir. Daha ətraflı »

  • 09Avq
    Digər 2019-cu İLİN 6 AYINDA TƏRTƏR RAYONUNDA 951 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ilin birinci yarısında Tərtər rayonunda 951 yeni iş yerləri açılmışdır ki, onların 483-ü daimi iş yerləridir. Daimi iş yerlərinin 11-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 76-sı mövcud müəssisə və təşkilatlarda, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 368-i isə fiziki şəxslərdə açılmışdır. Bundan başqa digər tədbirlər üzrə ( müxtəlif beynəlxalq və yerli vahidlər, abadlıq işləri) 468 mövsümü iş yerləri açılmışdır. Ümumiyyətlə, son beş ildə Tərtər rayonunda 16247 yeni iş yerləri açılmışdır.

    TƏRTƏR RAYON
    STATİSTİKA İDARƏSİ

  • 09Avq
    Digər ZƏFƏRİN BİR ADDIMLIĞINDA üçün şərhlər bağlıdır

    ERMƏNİ XƏYANƏTKARLIĞI

    Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə İrəvanın 9 min kv. kilometr ərazisi ermənilərə güzəştə gedildi. Bundan sonra özlərinə Ermənistan adlı dövlət yaradan ermənilər daha da şirnikləndi və onların Şərur-Dərələyəz, Göyçə ətrafı ərazilərə, sonra isə Qarabağ torpaqlarına olan iddiaları sonu bitməyən milli ədavətə, milli münaqişəyə səbəb oldu. Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq siyasəti sovet hakimiyyəti qurulduqdan sonra daha məqsədyönlü və planlı şəkildə həyata keçirilməyə başlandı. Sovet imperiyası 1920-ci il 28 apreldə Azərbaycanı işğal edərkən ermənilər Qarabağda “sifarişli qiyam” törətmiş, bunun nəticəsində isə XI Qırmızı Ordu Azərbaycanı asanlıqla işğal edə bilmişdi. Bolşevik Rusiyası isə ermənilərin bu “xidməti” müqabilində Qarabağı Azərbaycandan alıb Ermənistana verməli idi.
    Ermənilərin torpaqlarımızı ələ keçirmək uğrunda mübarizəsi Rusiyanın dəstəyi ilə həmişə acı nəticələr vermişdir.
    Ermənistanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq təşəbbüsləri o zaman Azərbaycanın rəhbəri olan Nəriman Nərimanovun sayəsində qətiyyətlə rədd edilmişdi. Bundan sonra Azərbaycanın tərkibində 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Ermənilər bu torpaqları ələ keçirmək üçün Moskvada dayanmadan işlər aparırdılar. 50-ci illərin sonu, sonra isə 1965-ci ildə Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsi yenidən gücləndi və Qarabağ Komitəsi geniş fəaliyyətə başladı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ermənilərin planlarını puça çıxartdı. Ermənilərin “Daşnakstyun” partiyası bundan sonra daha da düşünülmüş planlar həyata keçirməyə başladı. Nəhayət, istəklərinə nail ola bildilər. 1997-ci il Heydər Əliyev Moskvada Mərkəzi Komitədən uzaqlaşdırıldı. Bu hadisəni eşidən böyük şairimiz Bəxtiyar Vahabzadə belə söyləmişdir: ”Ehvay Moskvadakı qalamız yıxıldı”. Daha ətraflı »

  • 09Avq
    Digər İşğal olunmuş torpaqlarımız üçün şərhlər bağlıdır

    23 AVQUST FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALI GÜNÜDÜR

    FÜZULİ

    Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
    Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Daha ətraflı »

  • 09Avq
    Digər CƏBRAYIL üçün şərhlər bağlıdır

    Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 26 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
    Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb. Daha ətraflı »