Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev
    Digər Xocalı soyqırımı–tarixin qara ləkəsi üçün şərhlər bağlıdır

    XOCALI FACİƏSİNDƏN 26 İL KEÇİR

    1308428334_993221_41_9361992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən silahlı nəzarətə götürülüb.
    Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib.
    Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
    Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
    İnsanlığa qarşı bu cinayətləri törədənlərdən hələ də bir nəfər belə saxlanılmayıb. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər ŞƏHİD XOCALI üçün şərhlər bağlıdır

    4bk17d515469a42y1g_800C450Bir vaxtlar doğma yurdum Azərbaycanın dilbər guşəsi olan Qarabağda Xocalı adlı bir məkan var idi. Bu məkanın da zəhmətkeş, qurub-yaradan, vətənpərvər sakinləri var idi. Ancaq əfsuslar… Əfsuslar olsun ki, bu yurdun sakinlərinin alın yazısı qara imiş!…
    Odlar yurdu Azərbaycanım əlverişli mövqeyə, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Elə bu səbəbdəndir ki, doğma yurdum olan Azərbaycan tarixən qonşu dövlətlərin gözündə “yağlı tikə” kimi görünüb. Xüsusilə ilə də acgöz və qəddar ermənilərin gözləri zaman-zaman bizim torpaqlarımızda olub. Dünyanın hər yerinə səpələnmiş bu yurdsuzyuvasız millət həmişə onun-bunun süfrəsində yemiş, qarnını doyurmuş, sonra isə kəsdiyi duz-çörəyi tapdalamışdır. Bu millətin xisləti budur. Bu xislət özünü bir daha Xocalı faciəsində göstərdi.
    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xəyanətkar ermənilər və rusların 366-cı motoatıcı alayı Azərbaycanın dilbər guşələrindən biri olan Xocalıya hücum etdilər. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər XOCALI QAN İÇİNDƏ üçün şərhlər bağlıdır

    новый-2Dünya qara rәngә boyanmışdı o gecә. Baş-başa dayanan ulduzlar da yoxa çıxmışdı. Gecәnin zülmәt baxışlarından gizlәnәn ay da görünmәz olmuşdu.
    Әlif Xocalı tәyyarә limanının dispetçer mәntәqәsindә oturmuşdu. Sәһәrdәn qanı qara idi–һeç cür Bakı ilә әlaqә yarada bilmirdi. Ümidini Ağdama bağlamışdı. Kömәk gözləyirdi. Vertolyot meydançasına nәzәr saldı. Ürәyi sıxıldı. Uşaqlarını, ailәsini xatırladı. Elә qəribsədi ki, әlacı olsaydı özünü onlara yetirәrdi.
    Ratsiya ilә Ağdamı çağırdı. Cavab gәlmәdi. Dilxor olub qol saatına baxdı. Yeddiyә işlәyirdi. Qarlı dağlara, bir dә ermәni kәndlərindәn keçən yollara nәzәr yetirdi. Öz-özünә dillәndi:
    –Qadınları, uşaqları, qocaları çıxartmış olsaydıq…
    Soyuq tәr basdı Әlifi.
    –İnsafsızlar vaxtında kömәk etmәdilәr. Bәs, bu camaatın taleјi necә olacaq?
    Bir xoş xәbәr eşitmәk niyyәti ilə Xocalı icra һakimiyyәtiin başçısı Elman müәllimә zәng etdi:
    –Bakı ilә әlaqә yarada bilmirәm. Ağdam da cavab vermir. Sәһәrdәn otaqdan çıxmamışam. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər CANLI ŞAHİDİN KÖVRƏK XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    13 - 1“Xocalı faciəsindən 26 il ötsə də, hər dəfə fevral ayı gələndə sanki o dəhşəti, müdhiş gecəni, qırğınları yenidən yaşayırıq” –deyən Xocalı sakini Yaqub Zamanovla söhbət edirik. Deyir ki, xeyli müddət idi ermənilər rus qoşun birləşmələri ilə birlikdə Xocalı kəndini müharisədə saxlayırdılar. 1992-ci ilin 25-dən 26-a keçən fevral gecəsi sanki hər şeyə son qoydu. Əllərində heç bir silah olmayan kənd sakinləri çarəsiz qalmışdılar. Qəflətən hücum başlayanda sanki insanların üstünə güllə, mərmi yox, dolu yağırdı.
    Həmin gecə həm də bərk qar yağmış, şaxta düşmüşdü. O anda insanların gözünə heç nə görünmürdü. Nə ev-eşik, nə var-dövlət. Dinc əhali canlarını götürüb qaçmağı qənimət bilirdilər. Ayağı yer tutan kənddən qaçıb meşəyə üz tuturdu. Hər kəs çalışırdı ki, kafirlərin əlinə keçməsin. Onlarsa rast gəldikləri xocalıları güllələyir, başını kəsir, qadınlara, uşaqlara min-bir əzab-əziyyət verirdilər. Sən demə, kəndlə meşə arasındakı kolluqlarda puşqu qurub, əllərinə keçənləri öldürür, girov götürürdülər. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər Erməni vəhşiliyinin nəticələri üçün şərhlər bağlıdır

    ƏLİLLƏRİMİZ

    ŞƏHİD RUHLARI RAHAT OLACAQ

    DSC_7642Bərdari Nizami Fərhad oğlu. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1968-ci ildə Tərtər rayonunda anadan olub. 1976-1986-cı illərdə Səhlabad kənd tam orta məktəbini bitirib. Təhsilini başa vurandan sonra 1987-89-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçib. Hələ o illərdə Nizaminin çevikliyi, qoçaqlığı komandirlərinin diqqətindən yayınmayıb. Nümunəvi qulluğuna görə valideynlərinə dəfələrlə təşəkkür məktubları gəlib.
    Məlum hadisələr baş verəndə, mənfur qonşularımızın bizə qarşı torpaq iddiası, insanlarımıza verdikləri əzab-əziyyətlər hər bir vətən oğlu kimi Nizami Bərdarini də ciddi narahat elədi. Odur ki, 1992-ci ildə könüllü olaraq milli ordumuzun tərkibinə yazılıb, torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində döyüşlərdə vuruşdu, həmin il iyun ayının 12-də sol ayağından ağır qəlpə yarası aldı. Bir müddət hərbi qospitalda müalicə olunandan sonra yenidən cəbhəyə döndü. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər MÜHARİBƏ VETERANLARININ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    56566565532jpg555555555jpgElbrus Sadıqov                                                                        Mahmud Mehdiyev          Məlumdur ki, rayonumuz düşənlə 48 kilometrlik təmas xəttində yerləşir. İllərdir insanlarımız mənfur düşmənin hiyləsindən əziyyət çəkir. Böyüklərimiz əkin-biçin aparanda, uşaqlarımız çöl-bayırda oynayarkən dördgöz olurlar. Sanki hansısa bir tərəfdən güllə atılacağını, ya da qəfləti mərmi qəlpəsinin qurbanına çevriləcəklərini düşünürlər. 1988-ci ildən yönü bəri mərd oğullarımız torpaqlarımızın toxunulmazlığı uğrunda ölüm-dirim savaşına qalxaraq bir qarışını belə erməniyə verməyiblər. Şəhid veriblər, sağalmaz yaralar alıblar, amma candan əziz sevdikləri Tərtər torpağını qoruyublar. Bu gün yüzlərlə qazilərimiz var ki, bədənlərində savaşlar zamanı aldıqları yaraların izlərini daşıyırlar. Keçdikləri döyüş yollarının xatirələrini unuda bilmirlər. Hər an torpaqlarımızın azad olunması üçün hazır olduqlarından ürəklə söz açırlar. Onlar Qarabağ Müharibəsi əlili və ya veteranıdırlar. Elbrus Sadıqov və Mahmud Mehdiyev də Qarabağ Müharibəsi veteranlarıdır. Ürəkləri ağrılı-acılı xatirələrlə doludur. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər Gənclər Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    KOLLEKTİVİMİZİN ƏN KİÇİYİ

    DSC_7646İki il əvvəl redaksiyamızda kompüterçi işləmək üçün 3 nəfər müraciət etmişdi. Adəti üzrə hər üçünə sınaq müddəti verildi ki, qəzet proqramını öyrənsinlər. Təcrübəli kompüterçilər öz peşələrini həvəslə onlara öyrətməyə başladılar. Müraciət edənlərdən bir nəfəri–Aysel hər bir incəlikləri tez mənimsəməyə çalışdı. O, orta məktəb partası arxasından yenicə ayrılmışdı. Şəhər 5 saylı tam orta məktəbini bitirmişdi. Bu gün dövrümüz kompüter əsri olduğu üçün Aysel seçimində yanılmamışdı. Çox az bir zamanda lazım olan proqramları mənimsəyərək, kompüterçi işinə qəbul edildi. Onunla birlikdə gələnlərdən fərqləndi, tez bir zamanda qəzet səhifələrini lazım olan səviyyədə qurmağı bacardı.
    Ayselin kollektivimizə daxil olduğu iki il ərzində, o, öz işi, səmimiyyəti ilə hamının sevimlisi olub. Redaksiyadakı digər işlərin görülməsində də yaxından köməklik göstərir. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər TƏBRİK üçün şərhlər bağlıdır

    Şəlalə Əli qızı Əhmədova oğlu Zöhrabı, nəvələri İlkini, Turanı və Nuranı ad günləri münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür, bəxtəvərlik və səadət arzulayır.

    Teqlər:

  • 31Yan

    Digər üçün şərhlər bağlıdır

    b6c997e99be6db9f0c47404ed9cb4fc8Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 31Yan
    Digər 2018-Cİ İL “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ”DİR üçün şərhlər bağlıdır

    MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA

    405370089Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
    Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
    Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. 1918-ci il may ayının 28-də Tiflisdə altı maddəlik “İstiqlaliyyət Bəyannaməsi” elan edildi. Daha ətraflı »

    Teqlər: