Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan
    Digər Beynəlxalq riyakarlığın növbəti təzahürü üçün şərhlər bağlıdır

    Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı beynəlxalq riyakarlığın təzahürüdür. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

    Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.

    Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

    AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.

    Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Daha ətraflı »

  • 19Yan
    Digər 20 Yanvar faciəsi: milli azadlıq hərəkatının zirvəsi üçün şərhlər bağlıdır

    Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

    “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

    Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Daha ətraflı »

  • 18Yan
    Digər Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib üçün şərhlər bağlıdır

    Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib.
    Qonaqları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Qədim tarixə malik Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən danışıb. Əsrlər boyu Azərbaycan və türk xalqlarının həmişə bir-birinə dəstək olduğunu, sıx əməkdaşlıq etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını dilə gətirib. Sonra rayon rəhbəri qonaqlara rayon haqqında ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.
    Dinc əhali 16 mülki şəhid verib, 63 nəfəri isə yaralanıb. Erməni vandalları tərəfindən şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər mülki şəxs həlak olub. Dövlət rəsmilərinin dediyi kimi, “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub. Daha ətraflı »

  • 18Yan
    Digər 7 fevral Prezident seçkiləri günüdür! üçün şərhlər bağlıdır

    Məntəqə seçkilərə hazırdır

    20 saylı Qaraağacı seçki məntəqəsi Qaraağacı kənd tam orta məktəbinin binasında yerləşir.
    Seçkilərin keçirilməsi üçün hazırlıq işləri başa çatıb.
    Məntəqənin sədri Rəşad Qarayev bildirdi ki, burada seçimi siyahılarının dəqiqləşdirilməsi aparılıb, seçici kabinələri quraşdırılıb, ərazidə təbliğat lövhələri yerləşdirilib. Seçkiqabağı təşviqat işlərinin aparılması üçün şərait yaradılıb.

  • 18Yan
    Digər Düzgün seçim etməliyik üçün şərhlər bağlıdır

    Qarşıdan 7 fevral – Prezident seçkiləri günü gəlir. Bir ziyalı, eyni zamanda şəhid bacısı kimi mən qərarımı növbədənkənar seçkilərin keçirilməsi barədə xəbər verildiyi ilk gündən müəyyən etmişəm.
    Hesab edirəm ki, vətəndaşlarımzın əksəriyyəti də mənim kimi düşünür. Biz 30 ildən artıq bir müddətdə səmamızı bürüyən qara buludları dağıdan, öz siyasətilə ölkəmizdə sülhü və əmin-amanlığı bərqərar edən möhtərəm Prezidentimizə, cənab İlham Əliyevə səs verəcəyik.
    “Mən hər bir vətəndaşın Prezidentiyəm”, – deyən cənab İlham Əliyev öz fəaliyyəti ilə hər gün bunu təsdiq edir. Hər dəfə onu işğaldan azad olunmuş yerlərdə görəndə, burada aparılan abadlıq-quruculuq işlərinin şahidi olanda, ürəyimiz dağa dönür, qürur hissi keçiririk. Ona görə ki, ermənilərin bizə qarşı törətdikləri vandallıq hərəkətlərinin izləri sürətlə aradan qaldırılır, dağıdılmış, viran qoyulmuş kəndlər, şəhərlər müasir qaydada yenidən tikilir.
    Mən görülmüş və gələcəkdə görülən işlərə səs verəcəyəm. Ona görə ki, Prezident seçkilərindən sonra Azərbaycan tarixinin yeni, çox mühüm və əhəmiyyətli bir mərhələsini yaşayacaq.
    Bir şəhid bacısı kimi bildirmək istəyirəm ki, övladlarımız, əzizlərimiz, doğmalarımız bu Vətən, torpaq yolunda şirin canlarından keçiblər. İndi Vətənin gələcək taleyi bizim vətəndaşlıq mövqeyimizdən, birliyimizdən, seçkilərdə fəal iştirakımızdan asılıdır.
    Tərtərlilər hər zaman öz vətənpərvərliklərilə seçiliblər. Düzgün seçim etmək də vətənpərvərliyin nümunəsidir. Əminəm ki, rayonumuzda Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək.

    Ziyafət Rüstəmova,
    şəhər 1 saylı tam orta məktəbin
    direktor müavini

  • 18Yan
    Digər Qanlı Yanvardan 34 il ötür üçün şərhlər bağlıdır

    Tarix nə unudur, nə də unutdurur

    1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakı şəhərinə hücumu nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edil-miş, 744 nəfər yaralanmış, 4 nəfər soydaşımız isə itkin düşmüşdür. Azərbaycan xalqının iradəsini, azadlıq istəyini boğmağa hədəflənmiş Yanvar faciəsi onların düşündüyünün tam əksinə olaraq milli iradəni, xalqımızın qorxmazlığını, azadlığa can atdığını, Azərbaycan xalqının əsrlər boyu nümayiş etdirdiyi mərdliyi, cəsarəti bir daha gözlər önündə sərgilədi.
    Tariximizin xalq, millət üçün ən agır səhifələrindən birinə çevrilən “Qanlı Yanvar” hadisələri Azərbaycanın müsəqilliyinin həqiqətə çevrilməsi naminə qurban gedən insanların haqqının təcəssüm etdirilməsi məqsədilə ədəbiyyatımızda, kinomuzda, musiqimizdə, təsviri incəsənətdə də özünü göstərmisdir. Daha ətraflı »

  • 18Yan
    Digər BU DÜNYADA BİR QONAĞIQ üçün şərhlər bağlıdır

    Hərənin bu dünyada taleyinə yazılan bir ömür payı var. Sevinci ilə, kədəri ilə, insan təbiətindən doğan özəllikləri ilə dolu bir ömür payı. Deyirlər ömür olumla ölüm arasındakı yoldur. Bu ömür yolunu necə yaşamısansa, doğmalarının, əzizlərinin, iş yoldaşlarının, tanış-bilişlərinin, qonşularının yaddaşında eləcə də qalırsan.
    Bir aya yaxındır ki, redaksiya binasından içəri qədəm qoyan iş yoldaşları bir anlıq ayaq saxlayıb, girəcəkdəki otağa nəzər salırlar. Elə bil bu an qapıdan Elfuzə xanım boylanıb “sabahınız xeyir, necəsiniz” deyəcək, güləş üzü ilə hərəylə bir cür hal-əhval tutacaq.
    O, işə hamıdan tez gələrdi. Həmişə səliqə-səhmanlı otağına əl gəzdirər, fəsil çiçəkləri, gülləri ilə bəzərdi. İşinə çox məsuliyyətlə yanaşardı. Hərdən zarafat edərdim ki, səndə əsl məmur xisləti var. Həmişə cavab verərdi ki, insan gərək dəqiq olsun. Nə gözləməyi, nə gözlətməyi sevmirdi. Redaksiyaya dəvət etdiyi, haqqında yazacağı gənclərlə, müharibə iştirakçıları, qazilərlə, şəhid ailə üzvləri ilə söhbətlərində hər xırda nöqtəni belə diqqətindən qaçırmazdı. Götürdüyü faktlar sonradan ürəyini, ruhunu qoyduğu yazılara çevrilirdi. Və onları cildləyib saxlayardı, nə vaxtsa kitab kimi görmək arzusu ilə… Sağlığında qisməti olmayan bir çox arzuları kimi… Daha ətraflı »

  • 12Yan
    Digər Gücümüz cəmiyyətin və xalqın birliyindədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib.

    Dövlət başçısı bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

    Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.

    2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

    1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

    Prezident İlham Əliyev deyib ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. Daha ətraflı »

  • 11Yan
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə millət vəkili Sahib Eyvaz oğlu Alıyev Azərbaycan
    Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ”Şöhrət” ordeni ilə təltif edilib.
    Tərtərlilər adından hörmətli Sahib müəllimi yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edir və yeni ildə yeni uğurlar arzulayırıq!

  • 11Yan
    Digər Gücümüz birliyimizdədir üçün şərhlər bağlıdır

    Qarşıdan 7 fevral – prezident seçkiləri günü gəlir. Bu, ölkəmizin həyatında çox mühüm siyasi kampaniya olmaqla, ölkəmizin gələcəyini müəyyənləşdirən bir hadisədir.
    Əminəm ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, seçki günündə də tərtərlilər birlik və siyasi iradə nümayiş etdirərək, Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər.
    Bu seçkilərin Azərbaycanın tarixində xüsusi əhəmiyyəti olacaq. Çünki 30 illik işğaldan sonra ölkəmizin bütöv ərazisində insanlar səsvermə hüququndan istifadə edəcəklər. Ailəmizin bir neçə üzvü isə ilk dəfə səs verəcək.
    Mən seçkilərdə hər kəsi fəal olmağa çağırıram. Çünki gücümüz birliyimizdədir.

    Aliyə Balakişiyeva,
    şəhər 1 saylı tam orta
    məktəbin müəllimi