Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    CIRIQ ŞALVARLA MODA?

    Məlum məsələdir ki, təmiz, səliqəli, dəblə geyinmək mədəniyyət göstəricisidir. Gənclərimiz geyim seçərkən müasir modaya daha çox üstünlük verirlər. Bu, basa düşüləndir. Amma təəssüf ki, bəzən ifrata varır, moda xatirinə özlərini gülünc görkəmə salırlar. Düzdür, zamanla bərabər zövqlər də dəyişir, dəb də. Bununla belə, paytaxtımızda, elə rayonlarda da tez-tez rastlaşdığımız bir “mənzərə” məni çox narahat edir: hər dəfə süzülmüş, cırıq şalvarlı gəncləri görəndə acı təəssüf hissi keçirirəm. Axı niyə belə olmalıdır? Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir–müasirlik əlamətidir. Məgər Avropanı yamsılamaq, təqlid eləmək bizim borcumuzdur? Elədirsə, gəlin Avropadan yaxşı şeyləri götürək–mütərəqqi texnologiyaları, elmin son nailiyyətlərini mənimsəyək. Yoxsa cırıq şalvarla müasir olduğumuzu göstərməyə çalışmayaq. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər ƏLLƏRİN YARATDIĞI NAĞILLAR üçün şərhlər bağlıdır

    Изображение 251Bu gün sizə əlləri ilə nağıllar aləmi yaradan, öz maraqlı əl işləri ilə insanları düşündürən bacarıqlı bir qızdan söhbət açacağam.
    Bu qız Tərtər şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvü Aişə Qorçuyevadır. Aişə 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Lap kiçik yaşlarından onun əl işlərinə böyük marağı olub və bu maraq da Aişəni bizim mərkəzə gətirib.
    “Bacarıqlı əllər” dərnəyinin rəhbəri Ruhiyyə Kamalova söyləyir ki, Aişə öz bacarığı, tərbiyəsi və nümunəvi davranışı ilə seçilir. Onun hazırladığı maraqlı, səliqəli əl işlərindən olan “Azərbaycanın milli atributları”, “Qış nağılı”, “Buta” bunları seyr edənlərin marağına səbəb olur. Rayon sərgilərində Aişə yaxından iştirak edir. Mərkəzin fəal şagirdlərindən olan Aişənin bir neçə fəxri fərmanı da var.
    Biz də istedadlı şagirdimizə işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

    Ülviyyə Qəmbərova,
    rayon uşaq yaradıcılıq mərkəzinin direktoru

    Teqlər:

  • 27Fev
    Digər MƏKRLİ MƏQSƏDLƏR ÜÇÜN TÖRƏDİLƏN FACİƏ üçün şərhlər bağlıdır

    1Amansızlığa görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxaq sülhə qarşı törədilmiş ən qəddar və amansız cinayətdir. Xocalı qırğınına qədər Qarabağda baş verən bütün olaylar bu qətliamın məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə qoymur.
    O qanlı fevral gecəsində 63 uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, səkkiz ailə tamamilə məhv edildi, 1265 nəfər əsir,150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmaq qədər alçaq mənəviyyata və xəstə təfəkkürə malik ermənilər bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən SOYQIRIM aktına imza atdılar… Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər MİNNƏTDARLIQ MƏKTUBU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti aparatında xoş münasibətə görə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, İcra Hakimiyyətinin bütün əməkdaşlarına və “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifə, redaktor müavini Svetlana Bağırovaya, fotomüxbir, ilk əmək fəaliyyətimə başladığım vaxt 5 saylı məktəbdə şagirdim olmuş Kənan Hüseynzadəyə göstərdikləri diqqətə görə minnətdaram! Bütün tərtərliləri salamlayıram! Fəxr edirəm ki, Qəhrəman Tərtərin bir zərrəsiyəm!

    Mehriban Abdullayeva,
    Moskva şəhəri

    Teqlər:

  • 24Fev
    Digər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Foto BBMM-də Xocalı 25Foto BBMM-də Xocalı 25-4Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Daha ətraflı »

  • 10Fev

    Digər üçün şərhlər bağlıdır

    fb İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 10Fev
    Digər III DÖVLƏT PROQRAMININ İCRASININ ÜÇÜNCÜ İLİNİN YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANS: REGİONAL İNKİŞAFDA YENİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    UĞURLARIN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR

    006Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan XIV konfransda Prezident İlham Əliyev bildirmişdir ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, xüsusilə bölgələrdə aparılan işlər öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür. Prezident demişdir: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir… Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.
    Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə I Dövlət Proqramının qəbul edilməsi xalqımızın həyatında tarixi hadisə idi. Məhz bu proqram çərçivəsində bölgələrdə infrastruktur layihələrin icrasına başlanıldı, geniş quruculuq-abadlıq işləri görüldü, regionlarımızın siması gözəlləşdi. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər QARABAĞA “BÖYÜK QAYIDIŞ” COCUQ MƏRCANLIDAN BAŞLAYIR üçün şərhlər bağlıdır

    010001Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı Tərtər rayonunun sakinləri tərəfindən də ruh yüksəkliyi ilə qarşılanıb. Illər uzunu düşməlnə üz-üzə yaşayan insanlar inanırlar ki, bu gün erməni tapdağı altında olan bütün torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

    Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə yaşamaq mümkün deyildi. Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq əks hücumla min hektarlarla ərazini işğaldan azad etdi. Həmin əməliyyatlar zamanı ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər ULU ÖNDƏRİN ARZULADIĞI KİMİ FORMALAŞMA üçün şərhlər bağlıdır

    m samire 273Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il fevralın 2-də Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi, 1997-ci ildən isə onun sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.
    2 fevral–Gənclər Günü ilə əlaqədar Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla görüşüb söhbət etdik.
    –Gənclər siyasəti dedikdə biz nə düşünməliyik?
    –Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dedikdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizin siyasi-iqtisadi yüksəlişində, elmin, səhiyyə və mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın və multikulturalizmin genişləndirilməsində, bir sözlə, bütün istiqamətlərdə intellektual potensialın gücləndirilməsində Azərbaycan gəncliyinin rolu başa düşülməlidir. Bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin inki-şafına təkan verir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər UŞAQLARIMIZA NƏYİ AŞILAYIRIQ üçün şərhlər bağlıdır

    Bizə yazırlar

    DSC_1799Без названияSon illər şəhərimiz çox gözəlləşib. Yaşıllıqların sayı artıb.
    Bəs biz bu gözəl şəhərin sakinləri olaraq onun gözəlliyi üçün nəsə edirikmi? Təəssüf ki, yox. Əksinə, 1-2 gün küçələr təmizlənməsə, zibil əlindən tərpənmək olmaz. Ətrafa ən çox atılan isə siqaret qutularıdır.
    Bu hərəkətlərimizlə uşaqlara hansı nümunəni göstəririk? Buna görədir ki, bəzən şəhər parkına əylənməyə gələn uşaqlar əllərindəki konfet kağızlarını, su qablarını hara gəldi tullayır, bununla da təbiətin gözəlliyinə nə qədər ziyan vurduqları barədə düşünmürlər.
    Amma düşünmək lazımdır. Özü də böyüklü kiçikli. Çünki bu, öz xeyrimizədir.

    Səbuhi Kərimov,
    şəhər sakini

    Teqlər: