Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Digər HƏRBÇİ 4 QARDAŞ üçün şərhlər bağlıdır

    IMG-20160617-WA0032Vətən hər kəsin doğulduğu eldən və evdən başlayır! – deyib babalarımız. Bu gün vətənə oğullar böyüdən belə eldən və evdən danışacağıq.
    Bu el cəbhə bölgəsində uşaqdan böyüyə hər kəsin tanıdığı, təmas xəttindən 200 metr məsafədə yerləşən Qapanlıdır. O ev vətənə əsl vətənpərvər oğullar böyüdən Allahverdiyev Şahinin ata ocağıdır.
    Dörd oğul anası olan Tünzalə xanımın ən böyük arzusu övladlarını sağlam, təhsilli, layiqli vətəndaş kimi böyütmək idi. Bu gün ana öz arzusuna çatmışdır. Milli Ordumuzun dörd hərbcisi olan Nicat, Rusif, Anar, Nəriman qardaşlarını təkcə kənd sakinləri deyil, oxuduqları Qapanlı kənd orta məktəbinin müəllim kollektivi və hal-hazırda xidmət göstərdikləri hərbi hissələrin zabit və komandirləri də çox sevirlər. Milli Ordumuzun erməni təxribatına cavab olaraq apardıqları Aprel döyüşlərində onlar vətənə olan sevgilərini silaha sarılaraq, Nicat – xüsusi təyinatlılarda, Rusif ağır artilleriyada – top komandiri kimi. Anar TŞK -da – manqa komandiri kimi, Nəriman isə havadan müdafiə hərbi hissəsində bir daha sübut etdilər.
    Bax, budur vətəndaşlıq borcu və vətənpərvərlik hissi! Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər 2015-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA DEMOQRAFİK VƏZİYYƏT üçün şərhlər bağlıdır

    2016-cı ilin əvvəlinə Tərtər rayonunun əhalisinin sayı 725 nəfər və ya 0,7 faiz artaraq 102 min 493 nəfər olmuşdur. Bu göstəricinin ölkə əhalisinin 1,1 faizini, Yuxarı Qarabağ iqtisadi rayonunun əhalisinin 15,5 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,4 faizi şəhər, 70,6 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,4 faizini kişilər, 50,6 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1022 nəfər qadın düşür.
    Əhalinin yaş strukturu aşağıdakı kimidir. Əhalinin ümumi sayında 0-14 yaşda olanlar 22,5 faiz, 15-64 yaşda olanlar 66,3 faiz, 65 və yuxarı yaşda olanlar isə 11,2 faiz təşkil etmişdir. Əhalinin 26,8 faizini 14-29 yaşda olan gənclər təşkil edir.
    Rayon üzrə əhalinin orta yaşı 31 yaş təşkil edir.
    2015-ci ildə rayonda 1253 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlir. Bu göstərici ölkə üzrə doğulanların 0,8 %-ni, Yuxarı Qarabağ iqtisadi rayon üzrə doğulanların 12,5 %-ni təşkil edir. Doğulanlardan 53,9 faizini oğlanlar, 46,1 faizini isə qızlar təşkil edir. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,4-dən 12,2-ə qədər azalmışdır. Doğulanların 14,0 faizi rəsmi nikahdan kənar doğulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Digər 5 İYUN ÜMUMDÜNYA ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    CİDDİ TƏHLÜKƏ

    DSC_4996 (Копировать)5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İsveçin paytaxtı Stokholm şəhərində 5 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verib.
    Hər il iyunun 5-də respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da iməciliklər təşkil olunur, yaşıllıqlara qulluq edilir, təmizlik-abadlıq işləri görülür.
    Lakin rayonumuzun əhalisi BMT-nin bu qərarının Ermənistan Respublikası tərəfindən pozulmasını, əhalimizə qarşı ekoloji təxribat aparılmasını qətiyyətlə pisləyir. Belə ki, düşmənlər tərəfindən Əskipara kəndinə atılmış fosforlu mərmi, axar sularımızla sahələrimizə axıdılan zəhərli maddələr və digər qadağan olunmuş vasitələrdən istifadə edilməsi bugünümüz və gələcəyimiz üçün ciddi təhlükə yaradır.
    Ekoloji terror dinc əhaliyə qarşı yönəlmiş ən güclü təxribatdır və dünya ictimaiyyəti müharibələr zamanı bu cür vasitələrdən istifadə olunmasını qətiyyətlə pisləyir.

    Teqlər:

  • 01İyn
    Digər Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qurbanı üçün şərhlər bağlıdır

    CƏMİ 16 BAHAR YAŞADI…

    10100Turanə Həsənli 2000-ci ilin gözəl bir bahar günündə –mayın 27-də anadan olmuşdu. Gözünü bu dünyaya açdığı dəqiqələrdən günəşin gur işığını, bir-birindən ətirli yaz çiçəklərini görmüşdü. Ona görə də həyatı, xüsusən də bahar fəslini çox sevirdi. Hər il bağlarındakı ağaclar çiçəkləyəndə, bunların arasında şəkil çəkdirirdi. Elə ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi…
    Turanə rayonumuzun Həsənqaya kəndində böyüyüb boya-başa çatmışdı. Bu kənd düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Ona görə də körpəlikdən o, ana laylası ilə bərabər həm də atəş səsləri eşitmiş və bu şəraitə alışmışdı.
    Aprel ayının əvvəlində cəbhədə vəziyyət gərginləşəndə, ailənin sonbeşiyi olan Turanə qorxu hissi keçirmirdi, əksinə, böyük bir sevinclə Azərbaycan Ordusunun onun heç zaman getmədiyi, ancaq çox sevdiyi dağlara doğru irəliləməsini arzulayırdı.
    16 yaşlı qızdan fərqli olaraq, dünyagörmüş valideynlər kənddə qalmağın təhlükəli olduğunu anlayırdılar, ona görə qız-gəlinləri, uşaqları şəhərdəki qohumlarının evlərinə göndərmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Digər ŞƏHƏRİMİZİ GÖZƏLLƏŞDİRƏNLƏR üçün şərhlər bağlıdır

    Изображение 057Sübh tezdən şəhərə çıxan tərtərlilər ilk növbədə onlarla qarşılaşırlar. İstər yağış və qar yağsın, istər də nankor qonşularımız bizi mərmi atəşinə tutsunlar, fərqi yoxdur, bu insanlar daim iş üstündədirlər.
    Bunlar Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin işçiləridir. Təkcə ötən rüb ərzində bu kollektivin üzvləri küçələrdən, idarə və müəssisələrdən 3838 kubmetr məişət tullantıları daşıyıb zərərsizləşdirmişlər. İdarə tərəfindən rüb ərzində 75 min 501 manat məbləğində kommunal xidmətləri göstərilmişdir.
    Şəhərimizin küçələrinin hər zaman təmiz və səliqəli olması üçün tərtərlilər onlara minnətdardırlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Digər ŞUŞANIN İŞĞALINDAN 24 İL ÖTÜR üçün şərhlər bağlıdır

    BİZ O YERLƏRƏ QAYIDACAĞIQ

    c59fuc59fa_qalasc4b110namiqAzərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdı.
    Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tariximədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə, erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texni-kumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatırı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər ŞƏHİD ANASININ ARZUSU üçün şərhlər bağlıdır

    Bu gün hamı məni bir şəhid anası kimi tanıyır. Oğlum mərd, qorxmaz, qeyrətli bir oğlan– kapitan İnqilab Ağayev idi. Indi mənim qəlbim balamın həsrəti ilə alovlansa da, qürurlanıram ki, oğlum sağlığında olduğu kimi ölümü ilə də valideynlərinə, ailəsinə, övladlarına, ən başlıcası vətəninə başucalığı gətirdi. O, artıq bir ata-ananın deyil, Azərbaycan xalqının övladına çevrilib, Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olub.
    İllərdir ki, əzəli, əbədi torpaqlarımız mənfur düşmənin tapdağında inləyir, hünərvər oğlanlarının yolunu gözləyir. Aprelin əvvəlində ordumuzun Ermənistana həddini göstərməsi bir daha bizim oğullarımızın dəyanətindən xəbər verir. Inanıram ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Vətənimizin ərazi bütöv-lüyünü təmin edəcək və torpaqlarımızın azadlığına nail olacaqdır. O zaman mənim oğlum kimi torpaqlarımız uğ-runda şəhid olmuş yüzlərlə igidlərimizin ruhları rahat uyuyacaqdır.
    Bu inam təkcə bir ananın yox, Azərbaycanın hər bir vətəndaşının qəlbində vardır. Yaxşı bilirik ki, bizim ordumuz 20-25 il əvvəlki ordu deyil. Indi bizim güclü ordumuz və ağıllı, uzaq-görən sərkərdəmiz var. Artıq ölkəmiz başqa sahələrdə qazandığı uğurların siyahısına bir uğurun da qatılması astanasındadır. Bu, bizim Qələbəmiz olacaqdır. Bu hər bir vətəndaşımız kimi, bütün şəhid analarının arzusudur. Inşallah, o günü görəcəyik.

    Sədaqət Ağayeva

    Teqlər:

  • 04May
    Digər OXUCU MƏKTUBLARI üçün şərhlər bağlıdır

    ƏHALİ İLƏ ORDU ARASINDA BİRLİYİN ŞAHİDİ OLDUM

    Изображение 290Mən Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub boya-başa çatmışam. İlk təhsilimi də elə bu kənddə almışam. Azərbaycanın hər bir guşəsi kimi, Tərtər də mənə doğma və əzizdir.
    Aprelin əvvəllərində erməni hərbi birləşmələrinin cəbhədə təxribatlar törətməsi, bunun nəti-cəsində Tərtər rayonuna xeyli ziyan dəyməsi məni də narahat edirdi. Bu günlərdə qəhrəman şəhərimizə gəldim. Düzünü deyim ki, yaşımın çox olmasına baxmayaraq, hələ heç zaman insanlarda bu qədər ruh yüksəkliyi görməmişdim. Bir veteran kimi gənclərlə görüşdüm, əhali ilə söhbət apardım. Rayon əhalisi ilə ordunun birliyinin şahidi oldum. Cəbhədə atəş səsləri eşidilməsinə baxmayaraq, təbiətin bu gözəl fəslində hər kəs evində-eşiyindədir, hamı çalışdığı sahədə üzərinə düşən vəzifəni yerinə yetirmək üçün daha böyük qüvvə ilə çalışır. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Digər EVİMİZ YARARSIZ HALA DÜŞDÜ üçün şərhlər bağlıdır

    Aprel ayının 2-də erməni silahlılarının atəşkəs rejimini pozaraq rayonumuzu top və “qrad” qurğularından atəşə tutması nəticəsində Tərtər şəhərində və eləcə də cəbhə bölgəsinə yaxın olan kəndlərdə 163 ev dağıldı, yararsız hala düşdü. Həmin evlərdən biri də şəhərimizin Həzi Aslanov küşəsindəki bizim yaşadığımız 4 nömrəli evdi. Evimiz birmərtəbəli olmaqla 6 otaqdan ibarət idi. Həmin vaxt, yəni səhər saat 9 və 9.30 radələrində evimizə 3 ədəd top mərmisi düşdü. Evdə üç nəfərik. Oğlum Cavidan ali təhsilini başa vurandan sonra Aqstafa bölgəsində hərbi xidmətdədir. Anamla mən isə gecədən başlayan top səslərinə görə evdən çıxıb həyətdə dayanmışdıq. Evə düşən 3 top mərmisinin zərbəsindən bina 3 tərəfdən darmadağın oldu. Ev əşyaları tamam yararsız hala düşdü. Ev əşyaları bir yana, palpaltarlarımızdan da heç nə ələ gəlmədi. Hamam, əl damı və digər yardımçı xırda binalar da dağıldı. Anam bərk stres keçirdiyinə görə Bakı şəhərinə xəstəxanaya apardıq.
    Elə o vaxdtan da anam Bakıda, mən isə qohum evində yaşayır, işə oradan gedib-gəlirəm.
    Hadisədən sonra rayon icra hakimiyyətinin, Bərpa Agentliyinin, rayon prokurorluğunun, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçiriblər.

    Gülnarə Kərimova,
    Tərtər şəhər sakini.

    Teqlər:

  • 04May
    Digər ABADLIQ RAHATLIQDIR üçün şərhlər bağlıdır

    Изображение 420Ailəmiz Milli Qəhrəman Elman Hüseynovun adını daşıyan küçədəki 8 nömrəli evdə yaşayır. Mən özüm ali təhsilli müəlliməm. 44 il rayonumuzun qocaman təhsil ocaqlarından olan şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Hazırda təqaüddəyəm, qızım Mehriban müəllim məni əvəz edir. O da 1 saylı məktəbdə işləyir.
    Həyətimizin darvazası düz küçəyə-asfalta açılır. Neçə illər idi burada küçə boyu üstü açıq kanalizasiyanın üfunət iyi hamını bezdirmişdi. İndi Allaha şükurlər olsun ki, yeni layihə əsasında şəhərin və ona bitişik 11 kəndin su və kanalizasiya sistemi yenidən qurulur. Rayondakı bu yenilik bizi də ürəkdən sevindirir.
    Evimizdə 3 uşaq böyüyüb. Acıq kanalizasiyanın iyi bir yana, körpə uşaqlarımız ilişib dəfələrlə həmin çirkli kanalizasiyaya düşurdulər. Sevinirik ki, bir də belə hallar təkrarlanmayacaq. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə, rayon rəhbərliyinə, bu işdə zəhməti, əməyi olan insanların hər birinə dərin minnətdarlığımızı bildirirəm.

    Sona Məhərrəmova,
    Tərtər şəhər sakini, təqaüddə olan müəllim

    Teqlər: