Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr
    Digər BACARIQLI MAŞİNİST–EKSKAVATORÇU üçün şərhlər bağlıdır

    Изображение 104Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar.  Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
    Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    05555Həyatımızın sevinci Mədinə balamız, bir yaşın mübarək olsun!
    Arzu edirik ki, bu qayğısız bir yaşın müdrik 100 yaşa çatsın. Doğmalarının duası, Allahın mərhəməti səni xoşbəxt balalarımızdan biri etsin. Üzündəki təbəssümün ömrünün bəzəyinə çevrilsin. Nəslimizin-kökümüzün xanım-xatın gözəllərindən olasan, əziz Mədinəmiz. Ən xoş arzularımız daim səninlədir, gül balamız. Səni xoşbəxt yaşa!
    Hörmətlə: Atan Bəxtiyar, anan Gülşən, babaların Surxay və Qəzənfər, nənələrin İradə və Tahirə, dayıların Anar və Heydər, bibilərin Fəridə və Nigar .

    Teqlər:

  • 05Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    50DoFjaNOL8Hörmətli Tofiq müəllim!

    Bakıda yaşayan tərtərli ziyalılar adından sizi doğum gününüz münasibətilə səmimi təbrik edir, həyatda ən böyük nemət olan cansağlığı arzulayırıq.

    Ziyalının, şairin, jurnalistin həyatı daim xalqın gözü qarşısında olur və yazılmış kitabları, şeirləri, məqalələri ilə ölçülür. Bu baxımdan demək olar ki, siz zəngin bir ömür yaşamısınız. Arzu edirik ki, yeni-yeni yaradıcılıq uğurlarınız həyatınızın bu zənginliyini daha da artırsın. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər Kəlbəcərin işğalından 23 il ötdü üçün şərhlər bağlıdır

    ATAMIN ARZULARINI YERİNƏ YETİRƏ BİLMƏDİK…

    kelbecerAtam bu ilin yanvar ayında 82 yaşında dünyasını dəyişdi. Son zamanlar yaman kövrəlmişdi. Elimizdən-obamızdan, doğma ocağımızdan gətirdiyimiz ən qiymətli əşya olan sazını əlinə götürüb, nəvə-nəticələrinə ötən günlərin şirinliyindən danışırdı.
    O deyirdi:
    –Adamın 8 övladı, 23 nəvəsi ola, onlar da kii, arzusunu yerinə yetirə bilməyə.
    Bircə istəyi vardı: Öləndə Kəlbəcər torpağına qovuşmaq. Əfsuslar olsun ki, biz nə atamın, nə də minlərlə onun kimi kəlbəcərlinin arzusunu hələ ki, yerinə yetirə bilmirik.
    Yağı düşmən yurdumuzda at oynadır, yerüstü və yeraltı sərvətlərimizi talan edir, tarixi abidələrimizi dağıdır.
    Atam Qaçay Hüseynov Kəlbəcər rayonunun Laçın kəndində doğulmuşdu. Biz 8 övladın da vətəni həmin kənddir. Ancaq nəvə və nəticələr artıq Kəlbəcəri yalnız xatirələrimizdən tanıyırlar. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Digər IV QLOBAL BAKI FORUMU KEÇİRİLİB üçün şərhlər bağlıdır

    ilham əliyevAzərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
    Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb.
    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
    Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İs-gəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində ke-çirilib.
    Dördüncü Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İki gün davam edən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilmişdir.

    Teqlər:

  • 18Mar
    Digər MEHRİBAN XANIM ƏLİYEVAYA MACARISTANIN ORDENİ TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    qlg504ih4q6p7146hbl4tmnv67mehriban1Macarıstanın Baş naziri Viktor Orba ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordenini təqdim edib.
    O, mərasimdə çıxış edib. Macarıstanın Baş naziri Viktor Orba bildirib ki, bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. Yüksək mükafat macar xalqının Mehriban xanıma olan hörmət və ehtiramını ifadə edir.
    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır. Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub.
    Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir.

    Teqlər:

  • 10Mar
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    İrasim“Yeni Tərtər” qəzetinin kollektivi qəzetimizin yaxın dostu,texnika elmləri doktoru, professor Rasim Axundovu ad günü münasibəti ilə təbrik edir, ona cansağlığı, elmin tərəqqisində yeni-yeni uğurlar, ömrün müdrik çağında xoş ovqat və yüksək əhval-ruhiyyə arzulayır!

     

    Teqlər:

  • 09Mar

    Digər üçün şərhlər bağlıdır

    22f2f58cddbf4e7a28a538ae01f40b85Ümidvaram ki, siz, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 09Mar
    Digər Mehriban Əliyeva “2015-ci ilin adamı”seçildi üçün şərhlər bağlıdır

    600@0Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatı təqdim edilib.
    Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mükafata Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi geniş miqyaslı fəaliyyətə, Azərbaycan və Dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

    Teqlər:

  • 09Mar
    Digər 8 Mart– Beynəlxalq Qadınlar Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun Rayon Qadınlarına TƏBRİKİ üçün şərhlər bağlıdır

    Əziz xanımlar, ana və bacılar!
    Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
    Azərbaycan qadını tarix boyu öz saflığı, müdrikliyi, əxlaqı ilə fərqlənmişdir. O, həmişə mənəvi təbiətinə sadiq qalaraq ucalığını layiqincə qoruyub saxlamış, özünün işgüzarlığı, zərifliyi və ülviliyi ilə adını tarixin səhifələrinə yazmışdır. Nənələrimiz, analarımız əsrlərdən bəri milli-əxlaqi dəyərlərimizi müqəddəs bilmiş, adət və ənənələrimizi yaşadaraq mürəkkəb dövrlərin sınaqlarından keçmişlər. Bu gün Azərbaycan qadını mədəniyyətin, incəsənətin və elmin bütün sahələrində özünün hərtərəfli səviyyəsi və intellektual potensialı ilə nüfuz qazanmışdır. Fərəhləndirici haldır ki, nəsillərin varisliyinin təmin olunmasında gənc xanım və qızlarımız layiqli davamçılardır.
    Məmnuniyyət hissi ilə demək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda respublikamızın qadınları kimi bizim tərtərli qadınların da misilsiz xidmətləri vardır. Daha ətraflı »

    Teqlər: