Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyn
    Digər “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir”  mövzusunda  tədbir keçirilib. Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə onlar Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər. Daha ətraflı »

  • 24İyn
    Digər Tərtər Rayon İcra Hakimiyyəti başçısının Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mustafayev Pərviz Yusif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.

    Təltif olunanlar siyahısında Tərtər Rayon İcra Hakimiyyəti başçısının Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, 22 ildən çox dövlət qulluğu stajına malik Mustafayev Pərviz Yusif oğlunun da adı var.

    Bu münasibətlə Pərviz Mustafayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

     

  • 23İyn
    Digər “Heydər Əliyev İli-2023”: Tərtərdə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

    Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibəti ilə Tərtər  rayonunda  silsilə tədbirlər  keçirilir.

    22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli “ çərçivəsində YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində əslən rayondan olan tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib.

     

     

     

     

    Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli,  YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, akademik Vaqif Abbasov, xalq şairi Vahid Əziz, xalq artisti Teyyub Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və KİV nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 20İyn
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    15 İYUN-MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ

     

     

     

     

     

     

    “Heydər Əliyev İli” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı, politoloqların və ziyalıların iştirakı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Tərtər rayonuna səfərlərini əks etdirən fotostendlərə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Dövlət himninin səsləndiril-məsi ilə başlayıb. Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Daha ətraflı »

  • 20İyn
    Digər BAYRAM KONSERTİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatlarının kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə müğənni Yeganə Mürsəlovanın və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.

     

  • 20İyn
    Digər TƏMİR-BƏRPA İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    İdarəmiz Qarabağ massivində 96.217 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməlidir. Lakin məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarlarının və magistral sağ və sol kanallarının erməni işğalı altına düşməsi nəticəsində Tərtər, Yevlax, Bərdə və Goranboy rayonlarının yalnız 40 min hektar əkin sahəsini Tərtər çayından qidalanan 3 torpaq kanalı (Təley, Xoruzlu və Xanarx) suvarılmasını həyata keçirə bilirdik.
    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfər nəticəsində torpaqlarımızın, o cümlədən Suqovuşan Su Anbarının işğaldan azad edilməsi idarəmizin imkanlarını xeyli artırdı. Bununla əlaqədar kollektivimiz qarşıda duran yeni vəzifələri, xüsusilə bərpa-təmir işlərini yüksək səviyyədə həyata keçirərək, bu gün olduqca aktual olan suvarma işlərində fermerlərimizə yaxından köməklik göstərməyə çalışır. Daha ətraflı »

  • 20İyn
    Digər Bizim istedadlılar üçün şərhlər bağlıdır

    ARZUSU RƏSSAM OLMAQDIR

    Istedad özünü insanın hələ kiçik yaşlarından hiss elətdirir. Kimisi musiqiyə, kimisi rəsm çəkməyə, kimisi də elmin müxtəlif sahələrinə meyilli olur. Minayə Həsənlidə də belə olub. O, hələ 5 yaşı olmayanda əlinə keçən ağ kağız üzərində quş, gül, ev və başqa təbiət şəkillərini öz uşaq təxəyyülü ilə çəkərdi. Ata-anasına çəkdiyi şəkilləri göstərib müsbət rəy eşidəndə sevinərdi. Sevincinin həddi-hüdudu olmazdı. O, indi biraz boy atıb, böyüyüb. Hazırda şəhid Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbinin səkkizinci sinfində oxuyur, dərs əlaçısıdır. Gündəlik məşğuliyyəti isə diqqətini çəkən şəkillər üzərində işləməkdir. Minayə həm də rayonumuzdakı Uşaq Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir. Ya-xınlarda eşitdim ki, o, bir neçə dəfə rəsm müsabiqələrinin qalibi olub. Bu münasibətlə anası Pərvanə xanımla əlaqə saxladım və qızının redaksiyaya gəlməsini xahiş etdim.
    Minayə Həsənli anası Pərvanə xanımla dedikləri vaxt redaksiyada oldular. Qarayanız, suyuşirin bu qızla vurğunu olduğu rəsmlərindən söz açdım. Söhbətimizə hərdən anası da müdaxilə edirdi. Hər ikisi Minayənin çəkdiyi şəkillərin onun üçün önəmli olduğunu bildirdilər. Daha ətraflı »

  • 20İyn
    Digər QURBAN BAYRAMI İNSANLARI MƏNƏN SAFLAŞDIRIR üçün şərhlər bağlıdır

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Biz hər bir ümmət üçün qurbangah (və ya məbəd) müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (yəni, Bismilləh desinlər). Sizin məbudunuz tək olan Allahdır!..(Həcc surəsi, ayə 34).
    “(Ya Peyğəmbər) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı”…(Maidə s. ayə. 27).
    Yuxarıda qeyd olunan ayələrdən də bəlli olur ki, qurban ayininin çox qədim tarixi vardır. Başlanğıcını Hz. Adəmdən (ə) götürən qurbanvermə adəti sonrakı dönəmlərdə bir neçə formada davam edərək çağdaş zamanımıza qədər davam etmiş və etməkdədir. Qurban sözünün lüğəti mənası belədir: mənəvi baxımdan Uca Allahın hüzuruna yaxınlaşmağa səbəb olan əməl.
    Bu ayədə Rəbbimiz qurban əməlinin tərifini belə edir: “Əlbəttə, onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan ancaq sizin təqvanızdır”. (Yəni əməlinizdir). Həcc s. ayə 37.
    Qurban insanı Rəbbinə yaxınlaşdıran bir vasitədir. Bu səbəblə də insanlar çox qədim dövrlərdən bəri illahlarına yaxınlaşmaq üçün qurbanlıq ayini icra edirdilər. Tarixən insanlar iki cür qurban verib: Daha ətraflı »

  • 19İyn
    Digər Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

    Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

    Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.

    Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Daha ətraflı »

  • 17İyn
    Digər Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.

    Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında Heydər Əliyev deyib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

    “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

    Türkiyə Böyük Millət Məclisində çıxışında Ümummilli Liderimiz fəxrlə söyləyib: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında səslənən fikirlər Füzulinin azərbaycanlı olduğunu bir daha təsdiqləyir: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Daha ətraflı »