Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr
    Digər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır

    YUXULAR CİN OLUB

    Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
    Məqalə bu sonluqda bitir:
    “Oğul, yaşımın çox olmasına baxma, hər şeyi yaxşı dərk edirəm. Ordumuzun günü-gündən gücləndiyini gördükcə, bir daha əmin oluruq ki, igid əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı mütləq geri qaytaracaqlar. Onda təkcə biz yox, bütün qaçqın və köçkünlərimizin hamısı öz yurd-yuvalarına qayıdacaqlar.” Daha ətraflı »

  • 10Apr
    Digər CƏNNƏT QOXULU ANAM üçün şərhlər bağlıdır

    Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
    Yoxsa da dünyanın ucu-bucağı,
    Hər yerdən istidir ana qucağı.
    Xəstələndikdə şəfalı əlləriylə, sevgi dolu ürəyiylə anamız bizi sağaldır, hər an bizim qayğımıza yenə də anamız qalır.
    Biz dünyaya gəldiyimiz üçün hər birimiz borcluyuq – Göydə Allaha, yerdə valideynlərimizə. Elə bir borc ki, bir ömür ödənməz. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər,
    Analar bəzən bizə hirslənsələr də, onlar həmişə bizim xeyrimizə danışırlar. Ona görə də analarımızı sevməli, hörmət etməliyik. Ana sevgisi dünyada sevgilərin ən gözəlidir. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Bir sıxıntımız olanda, başımızı ana qucağına söykəyib rahatlıq tapırıq. Problemlərimizi analarımızla bölürük. Fikrimizi çəkinmədən ilk anamıza deməliyik. Unutmayaq ki, onlar bizim arxamız, bizi hər kəsdən çox sevən insandırlar. Biz onlara özümüz haqqında hər şeyi danışa bilərik, çünki bizi hər cür pisliklərdən qorumağa çalışan insandır Ana. Daha ətraflı »

  • 08Apr
    Digər BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

    Konfransdan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BDU-nun rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini, Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Sonra Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Konfransda açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan  dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Müstəqim Məmmədov vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib: “Ümummilli Lider Tərtəri “Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyar” adlandırırdı. Hazırda Tərtər rayonuna və tərtərlilərə bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir”. Daha sonra Müstəqim Məmmədov Vətən müharibəsində “döyüşən şəhər” olan Tərtərin düşmənə qarşı mübarizə əzmi, postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər barədə məlumat verib. Daha ətraflı »

  • 01Apr
    Digər Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edib.

            Dövlət başçısı bildirib ki,  Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.

    Qeyd olunub ki,  Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.

    İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

    Prezident İlham Əliyev deyib ki,  Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Daha ətraflı »

  • 31Mar
    Digər Tərtərdə “31 mart Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    31 mart  Azərbaycanlıların Soyqırımı Günü ilə  bağlı Tərtər Rayon İcra Hakimiyyəti  Yeni Azərbaycan Partiyasının  rayon təşkilatı ilə birlikdə  “31 mart Azərbaycanlıların soyqırımı  dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda “dəyirmi masa” keçirilib.

    “Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin, soyqırıma məruz qalmış Azərbaycanlıların və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad ediblər.

    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov  qeyd edib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını qətlə yetirmişlər. Törədilən soyqırımda “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.

    1918-ci ilin mart ayında  Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla soyqırımlar törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skeletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir. Daha ətraflı »

  • 30Mar
    Digər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verdi.
    Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i bir-otaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.
    Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.
    Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.

     

  • 30Mar
    Digər Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm obyektlərinin tikintisi ilə tanışlıq üçün şərhlər bağlıdır

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
    Bildirildi ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahil-boyu park salınır, avtodayanacaq tikilir.
    Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

     

  • 30Mar
    Digər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
    Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xa-nım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.
    Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb. Daha ətraflı »

  • 30Mar
    Digər Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışı üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.
    Dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi.
    Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.
    Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib. Daha ətraflı »

  • 30Mar
    Digər Talış kəndində 30 ildən sonra Novruz şənliyi üçün şərhlər bağlıdır

    ­Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.
    Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
    Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirdə çıxış edərək Talış kəndinin sakinlərini, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, bu bayramın xalqımız, xüsusilə Talış kəndinin sakinləri üçün xüsusi önəmi var. Talış kəndində 30 ildən sonra ilk dəfə Novruz bayramı qeyd olunur.
    Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib. Daha ətraflı »