Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek
    Digər Azərbaycan, Türkiyə və Türkmənistan arasında münasibətlər bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək üçün şərhlər bağlıdır

     Cari ilin 14 dekabr tarixində Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə iştirak edib. Dövlətimizin başçısı Üçtərəfli Zirvə Görüşündə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

    Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

    Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

    2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Daha ətraflı »

  • 13Dek
    Digər Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilir üçün şərhlər bağlıdır

    Tərtər rayon Sabir Zeynalov adına Kəngərli kənd tam orta məktəbində “Övladlarımızı narkotiklərdən qoruyaq” devizi altında marifləndirici tədbir keçirilmişdir.

    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Tədbirdə çıxış edənlər müasir dövrümüzün bəlası olan narkotik vasitələr və onların fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və gənc nəslin nümayəndələrinə pis vərdişlərdən kənar durmağın vacibliyini çatdırıblar.

    Sonda proyektor vasitəsilə tədbir iştirakçılarına maarifləndirici sənədli film nümayiş etdirilib.

     

  • 13Dek
    Digər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaş məmnunluğu təmin edilir üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilir.

    Fərdi qaydada baş tutan qəbullarda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır,  vətəndaş məmnunluğu təmin edilir. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 13Dek
    Digər Tərtərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib üçün şərhlər bağlıdır

    Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri ilə birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

    Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.

    Tədbir iştirakçılarına müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyi bildirilib. Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışılıb. Hazırda onun layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı qeyd edilib.

    44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsində qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Daha ətraflı »

  • 12Dek
    Digər Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi üçün şərhlər bağlıdır
    Ümummilli Lider, Azərbaycan xalqının xilaskarı və fəxri olan Heydər Əliyev 2003-cü ilin 12 dekabr tarixində cismən bizdən ayrılsa da, hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayır.
    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
    Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər resapublikamızın gələcək inkişafı üçün önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır.
    20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

    Daha ətraflı »

  • 10Dek
    Digər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında icra hakimiyyətinin “Heydər Əliyev İli” çərçivəsində hazırladığı Tədbirlər Planı müzakirə olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Tərtər rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2022-ci il tarixdə tədbirlər planı hazırlanmışdır. Daha ətraflı »

  • 09Dek
    Digər 2023- cü il “Heydər Əliyev ili”dir üçün şərhlər bağlıdır

    ULU ÖNDƏRİN ADINA LAYİQ YAŞAYACAĞIQ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd olunması və “Heydər Əliyev ili”nin tədbirlər planının təsdiq etməsi haqqındakı Sərəncamları müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin parlaq həyatının və fəaliyyətinin öyrənilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərə start verib.
    Bu istiqamətdə rayonumuzda da ardıcıl olaraq silsilə tədbirlər görüləcək. Azərbaycan dövlətinin Heydər Əliyevin adı ilə bağlı inkişaf mərhələsi daha dərindən öyrəniləcək, bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlər barədə gənclərə dolğun məlumatlar çatdırılacaq.
    Tərtər kənd təsərrüfatı rayonu olduğu üçün, bu sahənin inkişaf etdirilməsinə Ulu Öndərin verdiyi sanballı töhfələr bir daha öyrəniləcək və təbliğ olunacaq. Onun tərtərlilərin yaddaşında yaşayan qiymətli tövsiyələri, məsləhətləri bir daha xatırlanacaq və yenidən canlanacaq.
    “Heydər Əliyev ili”ndə tərtərlilər hər bir sahədə Ümummilli Liderin adına və əziz xatirəsinə layiq yaşamağa və əmək uğurları qazanmağa çalışacaqlar.

    “Yeni Tərtər”

  • 09Dek
    Digər Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür üçün şərhlər bağlıdır

    Ulu Öndərin müdrik kəlamları

    .Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz və qiymətli nailiyyətdir, bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub sax-layacağıq.
    .Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
    .Əgər hər hansı bir dövlətin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
    .Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
    .Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır.
    .Həyatda hər kəsin öz mövqeyi olmalıdır– istər yaxşı, istərsə də pis. Ən təhlükəli adam şəxsi mövqeyi olmayandır.
    .Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır.

  • 09Dek
    Digər Heydər Əliyev haqqında demişlər üçün şərhlər bağlıdır

    Heydər Əliyevin zəngin təcrübəsi və müdrikliyi sayəsində əldə edilmiş nəticələr yeni müstəqillik qazanmış digər ölkələr üçün də gözəl nümunədir.

    Alkirdas Brazauskas,
    Litva prezidenti

    Türkiyəlilərin Atatürk kimi bir lideri vardır, azərbaycanlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə də həm türkiyəlilər, həm də azərbaycanlılar öz talelərinə minnətdar olmalıdırlar. Aysel Köksoy,

    Türkiyə Böyük Millət
    Məclisinin millət vəkili

    Prezident Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda yəhudilər üçün yaradılan şərait dünyadakı bütün müsəlmanlar və yəhudilər üçün nümunə olmalıdır.

    Avraam Burq,
    Ümumdünya Yəhudi Agentliyi
    Direktorlar şurasının sədri Daha ətraflı »

  • 09Dek
    Digər Məsuliyyət hissi ilə çalışırlar üçün şərhlər bağlıdır

    Şəhid adları müqəddəsdir. Onları əbədiləşdirmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu istiqamətdə də şəhərimizdə çox işlər görülür. Tərtərin üç böyük küçəsinə 44 günlük Vətən müharibəsi şəhidləri Sənan Məmmədli, Azər Şəmilov və Qəmbər Qəmbərlinin adları verilib.
    Hazırda bu küçələrdə abadlıq işləri görülür, istinad divarları aqlay daşları ilə üzlənir. Bu işi yerinə yetirənlər xüsusi məsuliyyət hissi ilə çalışırlar.
    Biz də bu küçənin sakinləri olaraq öz ömürlərini xalqın xoşbəxtliyi naminə qurban verən oğulların xatirəsini daim ehtiramla anırıq.
    Qəhrəmanların adlarını daşıyan küçədə böyüyən uşaqlar onların həyatı haqqında məlumatlarla tanış olur və torpağımızı, vətənimizi sevməyi şəhidlərimizdən öyrənirlər.

    Mayıl Qarayev,
    Sənan Məmmədli küçəsinin sakini