Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Digər Şanlı qələbədən 1 il ötür üçün şərhlər bağlıdır

                                                                                 8 NOYABR-ZƏFƏR GÜNÜ

    Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük müharibə nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Prezidentimiz, Ali Baş Ko-mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
    8 noyabr. Bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Zəfər Günümüzdür! Çünki, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi-nin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından-canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Daha ətraflı »

  • 29Okt
    Digər XALQIN QÜRUR TARİXİ üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsi xalqımızın böyük sevinclə xatırlayacağı, qürurlu bir gündür. Həmin günlər insanlar müharibənin tələblərinə uyğunlaşmış və hərə müsəlləh bir əsgər olmuşdur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi çoxəsrlik tarixə malik Azərbaycan dövləti bugünkü kimi heçvaxt güclü olmamışdır. Məhz bu günlərin ən bariz nümunəsi ordu və xalqın birliyi, vəhdəti olmuşdur. Ön cəbhə ilə arxa cəbhə inanılmaz birlik göstərərək babalarımızdan bizə əmanət olan torpaqlarımızı “qara donlu kafirlər”dən təmizləmişdilər. Ölümün gözünə dik baxan mərd oğullar 30 illik işğala son qoyub, Azərbaycan xalqının gücünü və qüdrətini bütün dünyaya bəyan etdilər. Sübuta yetirdilər ki, qəsbkar düşmənin arxasında nə qədər güclər, qüvvələr olursa-olsun, yenə də polad iradəli xalqın qarşısında duruş gətirə bilməzlər. Xalqımıza bu gücü verən torpağa bağlılıq, vətənə sevgi və düşmənə isə nifrət hissi oldu. Vətən sevgisinin qarşısında beton sədlər duruş gətirə bilmədi. Daha ətraflı »

  • 29Okt
    Digər NARKOMANİYAYA “YOX” DEYƏK! üçün şərhlər bağlıdır

    Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsr-də də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Daha ətraflı »

  • 29Okt
    Digər ŞUŞADA VƏ ZƏNGİLANDA RƏSMİ MƏRASİMLƏRİN KEÇİRİLMƏSİ, TÜRKİYƏ VƏ AZƏRBAYCANIN DÖVLƏT HİMNİLƏRİNİN SƏSLƏNMƏSİ TARİXİ HADİSƏLƏRDİR üçün şərhlər bağlıdır

    Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur.

    Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur.

    Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır.

    Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu.

    Türkiyə öz dəstəyini heç zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir

     

     

  • 23Okt
    Digər ORDUMUZUN UĞURLU ƏMƏLİYYATLARI MƏHZ FÜZULİ RAYONUNDAN BAŞLAMIŞDIR üçün şərhlər bağlıdır

    Vətən müharibəsi Azərbaycan tarixi üçün bir oyanış oldu. Bu oyanış tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bir il bundan əvvəl Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətlə apardığı mübarizə Qarabağda yenidən həyatın başlanmasının əsasını qoydu.

    Prizedentimiz İlham Əliyevin 2021-ci il 17 oktyabr tarixində Füzuli rayonuna səfəri bu regionun strateji əhmiyyətə malik olduğuna əyani sübutdur. Burada onun Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və regionun ziyalıları ilə apardığı söhbət, verdiyi tövsiyələr Qarabağın gələcək perespektivlərinin daha böyük olacağından xəbər verirdi. Onun məhz 2021-ci il 17 oktyabrda yəni, Füzulinin bir il bundan əvvəl işğaldan azad olunduğu gündə səfər etməsi də böyük siyasi əhəmiyyət daşıyırdı. Füzuli rayonunda aparılacaq yenidənqurma işləri barədə edilən təqdimatlar Prezidentin bu şəhərə gələcəkdə də xüsusi diqqət ayıracağından xəbər verirdi.

    Niyə məhz Füzuli?! Çünki bu şəhər təkcə Daha ətraflı »

  • 23Okt
    Digər QUBADLININ İŞĞALDAN AZAD EDİLMƏSİ TARİXİ HADİSƏDİR. üçün şərhlər bağlıdır

    Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub və işğaldan azad olunan ərazilərimizin ildönümləri qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

    Azərbaycanın gözəl güşələrindən biri də işğaldan azad olunmuş Qubadlı rayonudur.

    Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

    Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır ki, bu da münbit torpaqlardan hesab olunur. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır, kənd təsərrüfatı üçün əlverişlidir. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

    Rayonun zənginliyi torpaq və meşə fondu ilə bitmir. Faydalı qazıntıların çoxluğu da Qubadlıya xas olan əlamətdir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bütün bu sadalananlar bir daha onu göstərir ki, mənfur düşmən ölkəmizin ən qiymətli bölgələrini neçə il işğal altında saxlamışdır. Daha ətraflı »

  • 21Okt
    Digər AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN PRİORİTETİ QONŞU ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏRDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə həmişə olduğu kimi böyük marağa səbəb olub. Prezident qəzet əməkdaşının Ermənistanla münaqişə, işğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu, İtaliyanın quruculuq işlərinə cəlb edilməsi, enerji məsələləri və digər məsələlərlə bağlı suallarına ətraflı cavab verib. Həmişə olduğu kimi Prezident bu dəfə də öz tutarlı cavabları ilə diqqət çəkib.

    Məlum olduğu kimi, Qarabağda Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması ilə başa çatıb.

    Razılaşmaya əsasən, Rusiyanın Daha ətraflı »

  • 21Okt
    Digər AZƏRBAYCAN QALİB ÖLKƏ KİMİ MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAĞA HAZIRDIR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində videokonfrans formatında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir.
    Prezident bir daha Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bildirmişdir. Bütövlükdə postmünaqişə dövrünün sakit keçməsi qeyd olunmuşdur.

    Cənab İlham Əliyev iclas iştirakçılarına erməni cinayətlərindən bəhs edərək azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binaların və tarixi abidələrin dağıdıldığını söyləmişdir. Qarabağ bölgəsində mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Daha ətraflı »

  • 20Okt
    Digər ŞƏHİD QIZININ XEYİRXAH ƏMƏLLƏRİ üçün şərhlər bağlıdır

    Hələ 2 il öncə atası Şəhid Qabil Əliyev haqqında yazanda Əsmərin barəsində yazacağımı qərarlaşdırdım. Şəhid atanın dörd qız övladının kiçiyi idi Əsmər. O vaxt atası barədə söhbət edəndə anası Kəklik xala: “Təkcə atasına oxşayan Əsmərdi”– demişdi. Özü isə demişdi: “Elə bil atam şəhid olanda ailəsinin bütün qayğılarını mənim çiyinlərimə ötürmüşdü”. Yer əkib-becərmək, ot tayası yığmaq, bağ-bağçanı suvarmaq, evin işığını düzəltmək – ailədəki görüləcək kişi işləri hamısı Əsmərin əlindən keçirdi. Ana Əsməri ailənin böyüyü, həm də kişisi kimi tanıdırdı.
    Əsmər heç zaman kimdənsə kömək gözləməyib, həmişə çörəyini öz zəhməti ilə qazanıb. O, 9 ildən çoxdur ki, fermerliklə məşğul olur. Özünün mülkiyyətində əkin sahəsi az olsa da icarəyə torpaq götürərək pambıq, taxıl əkib-becərib. Bu il isə özünə məxsus olan 2,5 hektar torpaq sahəsində taxıl əkib, oradan 12 tondan çox məhsul götürüb. Gələcəkdə isə məqsədi əkin sahələrini genişləndirməkdir.
    Bu gün Əsmər haqqında təkcə qoçaqlığından söz açmaq istəmirəm. O, həm də kənddə xeyriyəçi bir qadın kimi tanınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci Qarabağ müharibəsində şəhid ailələrinin varislərinə verilən on bir min manat pulu ata-sının qəbirinə sərf edəndə bu qızın hansı ürəyə sahib olduğunu bildirmişdim. Hətta yaşlı anasına, anadangəlmə əlil qardaşı Loğmana da o puldan 1 manat sərf etmədiyini bildirdi. Daha ətraflı »

  • 20Okt
    Digər UMUD HƏKİM üçün şərhlər bağlıdır

    “Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək”
                                                                     Bəxtiyar Vahabzadə

    Atalar deyib: “Hər şeyin təzəsi dostun köhnəsi”
    Bizim tanışlığımız 1960-cı illərin sonlarından başlayıb. Onda mən və Umud həkim ailəsi ilə birlikdə Tərtər şəhərinin Vaqif küçəsinidəki 1№-li evdə (Firəngiz xalanın evində) kirayədə ayrı-ayrı otaqlarda yaşayırdıq və o vaxtlardan da Umud Quliyevlə ünsiyyətimiz tutmuşdu. Həmişə üzündə xoş bir təbəssüm olardı. Amma elə bir münasibət bəsləyirdi ki, Daha ətraflı »