Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Milli-mənəvi dəyərlər İSLAM DİNİ VƏ NOVRUZ üçün şərhlər bağlıdır

    -İslam dini gəldikdən sonra, Novruz bayramına baxış təbii ki, xeyli dəyişib. Necə ki, Zərdüştilik bu bayrama öz adətlərini daxil edə bilmişdi. İslam dövründə yeni gün bayramının məzmununda da böyük fərqlər meydana gəldi. Bu günü yeni gün bayramı adlandırmadılar. Onu Novruz və ya Əli bayramı adlandırdılar.
    Tarixdən məlumdur ki, Qəzvin hökmdarı Mahmudun Ayaz adlı sevimli gənc dostu, Koroğlunun Eyvaz adlı sevimli gənc dəlisi, oğulluğu olduğu kimi, Həzrəti Əlinin də Novruz adlı bir gənc dostunun olduğunu nəql edirlər. Əli bayramı günü Novruz başdan-ayağa qıpqırmızı paltar geymişdi. Həzrəti Əli yeni gündə, yəni bayram günündə öz gənc dostu Novruzu öz taxtında əyləşdirib və hamıya deyib:
    -Siz bu günü Əli bayramı adlandırsanız da, bu gün Novruzun bayramıdır. Bax, görürsünüzmü, hərə bir cür paltar geyinib, Novruz isə qıpqırmızı, bayram libası. Geniş mənada, yeni gün, ilin başlanğıcı, Əli bayramı adlansa da, o, Həzrət Əlinin sözü ilə müsəlman folklorunda Novruz bayramı kimi xatırlanır.

     

  • 18Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ FALLARI üçün şərhlər bağlıdır

                                                                                     Duzlu kökə yemək.
    Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.
                                                               Qulaq falı.
    İlaxır çərşənbədə qulaq falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur.Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək.
                                                              Sevgilinin adı.
    Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq. Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ TAPMACALARI üçün şərhlər bağlıdır

    Kəmərim qırmızı,
    Yaşıl köynəyəm. Novruz bayramında,
    Hər bir evdəyəm. (Səməni)
    Harayçıyam, hayçıyam,
    Bahar sözlü payçıyam,
    Sinəm ağ, belim qara Quy-ruqdan da qayçıyam. (Qaranquş)

    Qab-qacağım, yarağım,
    Başımda da darağım.
    Uzaq yerlerden uçub, Mən özümü yetirrəm.
    Baharın xəbərini, Elə müjdə gətirrem. (Şanapipik) Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər KOSA VƏ KEÇƏL üçün şərhlər bağlıdır

    Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı, hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.
    Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obraz-ardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Daha ətraflı »

  • 11Mar
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                                   BÖYÜK GÜNAHLAR

                                                                      (İmam Sadiqin (ə) hədisindən)

    İmam Kazim (əleyhis-salam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu: «Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
    O dedi: Quranda bu günahların sayını bilmək is-təyirəm. İmam buyurdu: Bəli, ey Əmr (eşit):
    1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur: «Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72.
    2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
    Necə ki, Allah-təala buyurmuşdur:
    «Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78)
    3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Quranda buyurur: Daha ətraflı »

  • 26Fev
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                                               DİN VƏ YALAN

    Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s.
    Yalançı insan qarşısında-kını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.
    Yalanın növləri:
    – Ciddi deyilən yalan haramdır.
    – Zarafatla deyilən yalan iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Daha ətraflı »

  • 19Fev
    Milli-mənəvi dəyərlər ÇƏRŞƏNBƏLƏR üçün şərhlər bağlıdır

    Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır.

                                                                                          Su çərşənbəsi:
    İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Qızlar bulaqlardan sərin, şirin su gətirərlər, evin ətrafına çiləyər, üzlərini yuyarlar. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər NƏ ÜÇÜN “18+” üçün şərhlər bağlıdır

    Bu yaxınlarda televiziyada bir veriliş gedirdi. Verilişin aparıcısı çıxış edən ziyalıdan nə üçün bəzi fikirlərini “18+” yazıb paylaşdığını soruşdu. Çavab hər kəsi düşündürməlidi: “18+”a yazmasam, heç kəs oxumur”.
    Çox utancverici haldır. Yəni hardasa bizim dünyagörüşümüzdə, tərbiyəmizdə bir əngəl var. Ən dəyərli, gözəl, ziyalı sözü olan yazının da, “18+”da verilən yazıların da oxucu sayına baxsaq, bunu aydın görərik.
    “Dunya beş günlükdür”– deyib yüngül həyat tərzi keçirənlərinmi sayı artıb, efirə çıxıb mədəniyyəti olmayan mədəniyyətdən, 2-3 dəfə ailə quran ailə nümunəsindən, tərbiyəsiz olan tərbiyədən danışanlarmı bizi bu günə qoyub?!
    Bəlkə, doğrudan da, böyükləri düşündürən, samballı fikirləri, yazıları paylaşaq “18+”– da? Görən bu yolda tərbiyəsində səhvə yol verdiyimiz övladlarımızı düzgün yola qaytara bilərik?!
                                                                                                              Svetlana ƏZİZOVA

  • 18Dek
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                                                  MİLLİ KİMLİK

    Günümüzdə Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dün-yada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq ola-raq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
    Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil Daha ətraflı »

  • 18Dek
    Milli-mənəvi dəyərlər DƏYƏRLƏRİMİZ VƏ MÜASİRLİK üçün şərhlər bağlıdır

    Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
    Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Daha ətraflı »