Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Yan
    Milli-mənəvi dəyərlər 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu üçün şərhlər bağlıdır

    1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

    Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi Daha ətraflı »

  • 19Yan
    Milli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”dir üçün şərhlər bağlıdır

                                                             ŞUŞA QARABAĞIN DÖYÜNƏN ÜRƏYİDİR

    Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
    Prezidentimizin ətrafında bir yumruq kimi birləşən xalqımız bu xəbəri necə də səbirsizliklə gözləyirdi!
    Bəlkə də xalqın bu ümumi istəyi, arzusu kömək olmuşdu Şuşaya doğru sıldırım qayalarla dırmaşan hərbçilərimizə? Bu gün onların qəhrəmanlığına bütün dünya heyrandır və bizim 44 günlük müharibəmizin təcrübəsi artıq müxtəlif ölkələrdə diqqət və maraqla öyrənilməkdədir.
    Qələbəmizdən dərhal sonra Şuşa ilə bağlı növbəti mərhələ – bərpa və quruculuq mərhələsi başladı. İlk olaraq Şuşaya aparan yolun – “Zəfər” yolunun tikintisinə başlanıldı. Daha ətraflı »

  • 19Yan
    Milli-mənəvi dəyərlər 20 YANVAR–TARİXİN QÜRUR GÜNÜ üçün şərhlər bağlıdır

                                               MİLLİ RUHUMUZ, QÜRURUMUZ BƏRPA EDİLDİ

    Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
                                                                                                İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    1990-cı il 20 Yanvar hadisələri adətən faciə və hüzn günü kimi qeyd edilir. Ona görə ki, həmin gün dinc insanların qırğını baş vermişdi, günahsız sakinlərin qanı tökülmüşdü. Yanvarın 20-də baş verənlər insanlıq tarixinin dəhşət saçan səhifələrindən biri idi. Ulu Öndər Heydər Əliyev baş vermiş qırğına dərhal reaksiya vermiş, özünün sərt münasibətini bildirərək hadisənin milli qırğın səviyyəsində işıqlandırılmasını təmin etmişdir. Bəlkə də belə olmasaydı, 20 Yanvar hadisələri unudulub tarixin bir küncünə atılacaqdı. Ancaq bu gün arxaya dönüb 32 il əvvələ baxanda nə görürük? 20 Yanvar hadisələri bir xalqın ayaqda durmaq istəyinin nə qədər güclü olduğunu, onun müstəqil yaşamaq haqqını necə müdafiə etdiyini və bütün bunlar üçün əli silahlı quldurun qarşısına çıxaraq şəhid olmağın, həm də ölümsüzlüyün nə qədər uca və şərəfli olduğunu göstərdi. Daha ətraflı »

  • 19Yan
    Milli-mənəvi dəyərlər VƏTƏN ÜÇÜN CANLARINDAN KEÇƏNLƏR UNUDULMUR üçün şərhlər bağlıdır

    20 Yanvar hadisələri baş verəndə, biz paytaxtdan uzaqdaydıq. Ancaq Bakının küçələrində şütüyən tankların səsi, atılan güllələr, insanların fəryadı ürəklərimizdə əks-səda doğururdu. Düzdü, Bakı ilə əlaqəmiz yox idi. Qəzetlər çıxmırdı. Radio və televizya işləmirdi.
    İnsanlar rabitə qovşağına axışaraq orada baş verən hadisələr, Bakıda yaşayan qohumları haqqında telefonla xəbər almağa çalışırdılar. Telefon əlaqəsi yaratmaq da çox çətin idi.
    Həmin günləri həm də milli şüurumuzun oyanışı kimi qəbul etmək lazımdır. Çünki məhz “Qara Yanvar”da vətəndaşlar Sovet hökumətinin azərbaycanlılara qarşı apardığı ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini qaldırdılar. Nə tanklar, nə də Bakı küçələrində atılan yandırıcı güllələr millətin haqq səsini boğa bilmədi. Daha ətraflı »

  • 07Yan
    Milli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”DİR üçün şərhlər bağlıdır

                                                           QARŞIDA BİZİ ŞUŞALI GÜNLƏR GÖZLƏYİR

    Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi nəinki Azərbaycan xalqını, bütün türk dünyasını sevindirdi. Bu xəbər yeni il gecəsinə xüsusi bir əhval-ruhiyyə, Şuşa abu-havası gətirdi.
    Ulu Öndər Heydər Əliyev Şuşa haqqında demişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının da-im qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
    Ümummilli Liderimizin ən layiqli siyasi varisi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin, yorulmaz fəaliyyətinin bəhrəsi olaraq, nəhayət, 28 ildən sonra Şuşa şəhəri işğaldan azad edildi. Ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Sərkərdə sonsuz qürur hissi ilə bu xəbəri xalqa çatdırdı: “Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim Şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
    Mənfur düşmən Azərbaycanın incisi olan Şuşa şəhərini tanınmaz hala salmışdır. Qələbəmizdən ötən bir ildən artıq müddətdə burada bərpa işlərinə başlanılmış, bir sıra mədəni tədbirlər keçirilmiş, qədim şəhər yenidən öz qoynunda minlərlə qonağı, o cümlədən xarici qonaqları qarşılamışdır.
    2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında tarixi Bəyannamə imzalanmışdır. Şuşa Bəyannaməsi geniş geosiyasi məkanda sabitliyin, təhlükəsizliyin, sosial-mədəni və iqtisadi tərəqqinin yeni mərhələyə keçməsini təmin edə biləcək sənəddir.
    Beləliklə də, 2022-ci ildə 270 illiyini qeyd edəcəyimiz Şuşa şəhərinin bərpasının sürətləndirilməsi üçün bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi də daim diqqət mərkəzində olan məsələlərdən biridir və bu da tarixi Şuşa Bəyannaməsində öz əksini tapıb.
    Şuşa haqqıında danışmaqla mövzu bitmir. Nə yaxşı ki, bundan sonra biz daim Şuşalı günlər yaşayacaq, bunun gözəlliyindən zövq alacağıq.

    Svetlana Bağırova

  • 07Yan
    Milli-mənəvi dəyərlər Bugünün uşaqları qalib ölkənin vətəndaşlarıdır üçün şərhlər bağlıdır

    Rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.
    İcra başçısı qeyd edib ki, bugün uşaqlar daha xoş-bəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
    Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib. Daha ətraflı »

  • 29Dek
    Milli-mənəvi dəyərlər 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜDÜR üçün şərhlər bağlıdır

                                                               VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!

    Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
    Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
    Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
    Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Daha ətraflı »

  • 28Dek
    Milli-mənəvi dəyərlər Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti üçün şərhlər bağlıdır

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Daha ətraflı »

  • 20Dek
    Milli-mənəvi dəyərlər AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR BÖYÜK EHTİRAM VƏ SEVGİ İLƏ ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNİ YAD ETDİLƏR

    Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, müharibə veteranları, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
    Burada keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Ölkənin müstəqil, Daha ətraflı »

  • 20Dek
    Milli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN TALEYİNİ HƏLL EDƏN DAHİ ŞƏXSİYYƏTDİR üçün şərhlər bağlıdır

    Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin 12 dekabrında Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. O deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Və məhz o, Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hürr olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
    Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. O, fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər Sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasətçi kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatına layiq görüldü. Onun titullarını sadalamaqla bitməz.
    Tək Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün o, sadəcə fiziki olaraq dünyada yoxdur. Əslində müstəqil Azərbaycanın adı çəkilən bütün beynəlxalq arenalarda ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi. Daha ətraflı »