Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Okt
    Şəhidlər Şəhid Məftun Əhmədzadənin qırx mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər veteranlar, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
    Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azər-baycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu 12-13 sentyabr 2022-ci il ta-rixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
    Allahdan bütün şəhidləri-mizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 31Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 19 yaşlı  44 günlük Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim  oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

    Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.

    Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Rayon rəhbəri şəhidin valideynlərinə Elgiz Hüseynzadə kimi igid övlad böyütdükləri üçün öz minnətdarlığını bildirib və onun mənalı ömür yolunun gənclərin vətənpərvərlik tərbiyyəsində bir örnək olduğunu deyib.

    Elgiz Hüseynzadənin boya-başa çatdığı kəntdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 31Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun rayonun Yenikənd kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

    Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.  Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub. Şəhidin 4 övladı yadigar qalıb.

    Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları təltif olunub.

    Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşaa edilib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

     

  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədov Elşən Dağıstan oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

      Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini  ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə  maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Məmmədov Elşən Dağıstan oğlu 1996-ci ilin fevral ayının 6-da  Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub, 44 günlük Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Ölümündən sonra Azərbaycan Respyblikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid  İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə  maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

    İsmayıllı Şamil Kamil oğlu 1993-cu il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Ordusunda qulluq edib, aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubleyi medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və  oktyabrın 20-də doğulub boya-başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız balası yadigar qalıb.

    Ölümündən sonra həmyerlimiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub, valideynləri Sənanla bağlı xatirələrini bölüşüblər.

    Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub.  8-ci  sinfi bitirdikdən sonra  təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

    Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

    Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Habil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il  noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda  Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.

    25 yaşlı  Fuad ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin 2-ci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Şəhidin ailə üzvləri şəhid və  qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

     

  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə  rayonun Kəngərli kəndindən olan şəhid Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsinə baş çəkib, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Mənsimli İntiqam 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun  Kəngərli kəndində dəfn olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri onlara göstərilən  diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 17Okt
    Şəhidlər Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun xatirəsinə inşa edilmiş abidənin açılışı olub üçün şərhlər bağlıdır
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Ağsaqqallar Şurasının sədiri Faiq Məmmədov, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidin qısa, lakin şərəfli və örnək olan həyat yolundan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə  Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.

    Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Nurlan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Daha ətraflı »

  • 17Okt
    Şəhidlər Rayon rəhbəri mülki şəhid Zamanov Şakir Xasay oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Erməni terrorçularının Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər yaralanmışdır. Cəbhədə məğlubiyyətləri ilə barışmaq istəməyən erməni vandalları dəfn zamanı şəhər qəbristanlığını artilleriya atəşinə tutmuş, nəticədə 4 nəfər tərtərli şəhid olmuş, 6 nəfər isə yaralanmışdır. Həmin şəhidlərdən biri də Zamanov Şakir Xasay oğludur.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri ilə birlikdə şəhidin ikinci ildönümü ilə əlaqədar onun ailəsində olub, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Rayon rəhbəri Vətən müharibəsində Tərtər şəhərini və kənd yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində rayonun infrastrukturuna dəyən ziyandan, mülki əhalinin həlak olması və yaralanmasından, ermənilər tərəfindən törədilən terror hadisələrinin dünya ölkələri tərəfindən düzgün qiymətləndirilməsindən söhbət açıb, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!