Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen
    Şəhidlər “O, mənim sirdaşım idi, indi isə qürurumdur üçün şərhlər bağlıdır

    Bu sözləri şəhid Ceyhun Hacızadənin anası Qətibə xanım deyir. Ceyhungil ailədə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. O, ikinci övlad idi. Ceyhun valideynlərilə bərabər ailə qayğıları ilə yaşayırdı. Hər işdə anasının kömək-çisiydi. Elə dostlarına, sinif yoldaşlarına da münasibətində yanımcıllıq, doğmalıq vardı.
    Hamıya can yandıran, kömək etməyə çalışan Ceyhun Vətənin çağırışına da birincilər sırasında cavab verdi. Anası ilə görüşəndə onun bir qədər qəmgin olduğunu görüb, demişdi: “Sənin Kəlbəcər həsrətin uşaqlığımdan mənə də keçmişdi, ana. İndi məqamdır. Bu həsrətə son qoyulacaq.”
    Məcburi köçkünlərimizin torpaq həsrətinə son qoyan bu müharibə Vətənini canından çox sevən oğlanların qəhrəmanlığı sayəsində qazanıldı. Belə gənc-lərdən biri də Evoğlu kəndinin sakini Ceyhun Hacızadədir.
    Hacızadə Ceyhun İfrayıl oğlu 1992-ci il avqustun 16-da rayonumuzun Evoğlu kəndində doğulub. Bu kənddə də orta məktəbi bitirmişdi.
    Həqiqi hərbi xidmətini uğurla başa vurmuş, bundan sonra elə kəndlərində işləyərək, valideynlərinə, bacı-qardaşına kömək edirdi. Qardaşı Xaqani və bacısı Sevinc ailəliydilər, Ceyhun isə yenicə ailə qurmağa hazırlaşırdı. Müharibə başlamazdan bir az əvvəl nişanlanmışdı. Daha ətraflı »

  • 12Sen
    Şəhidlər Tərtərdə Vətən müharibəsi  şəhidi Qənbərli Qənbərin ad günü məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlununun doğum günü məzarı önündə qeyd olunub.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

    Qeyd edək ki, N saylı hərbi hissənin zabiti olmuş baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

     

  • 12Sen
    Şəhidlər İcra başçısı şəhid anası ilə birlikdə mülki şəhidlərin məzarını ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qaynaq kəndindən olan mülki şəhid Həsən Məmmədovun Bərdə şəhərində yaşayan anası Xanım Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müracət edərək, onunla birlikdə oğlunun məzarını ziyarət etməyi xahiş edib. İcra başçısı şəhid anası Xanım Məmmədova, Milli Məclisin deputatı Sahib Alıyev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birgə Xoruzlu kənd qəbristanlığında dəfn olunan şəhid Həsən Məmmədovun və 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxunub.

    Qeyd edək ki, rayon rəhbəri mütəmadi olaraq şəhid ailələrinin üzvləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edir, ailələrinin qayğıları və problemləri ilə maraqlanır, onlara lazımı köməklik göstərir.

    Şəhid anası onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 09Sen
    Şəhidlər Şəhid Ayşad Əzizovun ad günü qeyd olunub üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Əskipara kənd sakini Əzizov Ayşad Qaryağdı oğlunun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Sonra Vətən, torpaq yolunda canını qurban verən qəhrəma-nımızın döyüş yolu, onun göstərdiyi igidliklər diqqətə çatdırılıb. Bildirilib ki, qədirbilən xalqımız bunları heç zaman unutmayacaq.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 09Sen
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Sentyabrda doğulan tərtərli
    Vətən müharibəsi şəhidləri

    Məmmədli Sənan Səlim oğlu

    Sənan Məmmədli 1997-ci il sentyabr ayının 4-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədli Sənan ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Qənbərli Qənbər Bəhruz oğlu

    Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib. Daha ətraflı »

  • 10Avq
    Şəhidlər Şəhid ailələrinin problemləri diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.
    Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.
    İcra başçısı Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə kompleksi ilə bağlı şəhid ailələri ilə söhbət aparıb, onların fikirlərini öyrənib.
    Görüşdə rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi Əliyar Qaraşovun bacısı Züleyxa Qara-şovanın yaşadığı evə su xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib, sakinlərə onların Kəbirli kəndinin qəbiristanlığına gedən yolun asfaltlanması üçün etdikləri müraciətləri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən “Azəravtoyol”a müraciət olunacağını bildirib.
    Şəhid ailələrinin üzvləri rayon rəhbəri ilə görüşdən razı qalıblar.

     

  • 10Avq
    Şəhidlər Şəhid Aysənan Abbasovun ailəsi ziyarət olunub üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Seydimli kəndində şəhid Aysənan Abbasovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edib ki, şəhidlərimiz öz canlarını fəda ediblər, heç nəyə baxmadan, qorxmadan ölümə gediblər ki, torpaqlarımız işğaldan azad olunsun. Ona görə də hər kəsin borcudur ki, onların problemləri ilə maraqlanıb, həllinə kömək etsin.
    Qeyd edək ki, şəhid Aysənan Abbasov 1992-ci ilin iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Daha ətraflı »

  • 10Avq
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Qəhrəmanlarımızın, istedadlı insanların həyatı ilə yaxından tanış olduqca görürsən ki, onların əldə etdiklərinin bir qismi gərgin zəhmətin bəhrəsidirsə, digərləri də kökdən, nəsildən gələn fitri qabiliyyətlərin, əsrlərlə qazanılmış milli-mənəvi dəyərlərin qiymətləndirilməsinin, bunların uca tutulmasının nəticəsidir.
    Mənsub olduğu nəslin adını ucadan da uca edən insanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, usta dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevdir. Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya göz açmışdır.
    Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “kalvavəllər” – Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Əliyev Vaqif İsmayıl oğlunun ikinci oğludur.
    Bu, ilahi bir qismətdir, yoxsa alın yazısıdır, deyə bilmərəm, ancaq elə bil həyat özü uşaqlığından onu yüksək şəhidlik məqamına hazırlayırdı. Belə ki, ötən əsrin 80-ci illərində Anarın valideynləri iş yeri ilə əlaqədar keçmiş DQMV-nin Ağdərə rayonunun Həsənqaya Sovetliyinin Göyarx (o zaman ermənilər bura Levonarx deyirdilər) kəndinə köçmüşdülər. Gələcəyin məşhur hərbçisi, düşmənə qan udduran gözəgörünməz kəşfiyyatçı, fitri istedada malik komandir Anar Əliyev 1986-ci ildə ilk dəfə məhz burada, rusdilli məktəbdə erməni uşaqlarla bir partada əyləşərək, elmin sirlərinə yiyələnməyə başlamışdır. Rus dilində təhsilə başlaması müxtəlif xarici dillərin öyrənilməsinə maraq yaratmış, bu isə gələcək həyatında onu pillə-pillə ucaldan səbəblərdən biri olmuşdur. İkincisi, azərbaycanlıların qatı düşmənləri ilə kiçik yaşlarından təmasda olan qəhrəmanımız on-ların hiyləgər xüsusiyyətlərini də öyrənə bilmiş və bunları yaddaşında saxlamışdır. O, 1988-ci ilə qədər təhsilini həmin məktəbdə almışdır. 1988-ci ildə erməni terrorçularının havadarlarının köməyi ilə başladıqları hadisələr nəticəsində Vaqif müəllimin ailəsi məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Daha ətraflı »

  • 10Avq
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Avqustda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Əlizadə Elşən Faiq oğlu

    Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.
    Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəmilov Azər Elyas oğlu

    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşan qəhrəman döyüşçümüz 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
    Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazi-lərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zama-nı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüş-lərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
    Azər Şəmilov oktyabrın 14-də Talış kəndinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər Erməniləri lərzəyə salan döyüşçü üçün şərhlər bağlıdır

    Ermənilər Ruslan Şahbazovun atıcılıq qabiliyyətinə hələ Aprel hadisələrində bələd olmuşdular. Qarşıdakı qələbədən soraq verən o unudulmaz günlərdə Ruslan düşmənin bir neçə tankını məhv edərək, erməniləri lərzəyə salmışdı. Hətta, deyilənə görə, düşmən onun başına pul mükafatı da qoymuşdur.
    Ruslan İsraildə istehsal olunan “Spayk” qurğusunun atıcısıydı. Bu sahə üzrə kursları bitirmişdi. Məşhur atıcı Aslan Hüseynovla bir hissədə xidmət edirdilər. Düşmənin heç bir texnikası onların dəqiq götürdüyü nişandan yayına bilməzdi.
    Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Ələsgərli kəndində anadan olub. 2008-ci ildə bu kənddə orta məktəbi bitirib. Sonra Zaqatalada sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olub. Onun hərbiyə olan marağı, igidliyi elə o vaxtdan komandirlərinin diqqətini cəlb edirdi. Yoldaşları isə öz aralarında bu qoçaq oğlanı “Terminator” deyə çağırırdılar.
    Hərbidən qayıtdıqdan sonra Ruslan bir müddət Bakıda işləyib, ancaq heç bir iş onu qane etmirdi. Hansı işə başlasa, hərbinin nizam-intizamı, qanunları ilə müqayisə edir və anlayırdı ki, onun yeri ancaq ordudadır. Bu fikirlə də 2013-cü ilin sentyabr ayından müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda fəaliyyətə başladı. Daha ətraflı »