Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May
    Təhsil TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI – ŞUŞA üçün şərhlər bağlıdır

    Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
    İgid oğullarımızın şərəflə uğur qazanmaq üçün şəhadət şərbəti içib azadlığa qovuşdurduğu qədim şəhər. Adı çəkilən zaman izahı olmayan qürur bürüyür insanın qəlbini, ruhunu. Necə də gözəl, necə də fərəhlidir azad Şuşadan yazmaq.
    2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərə məktəbimiz də özünəməxsus şəkildə qoşuldu. Fərqli və maraqlı formatda təşkil olunmuş tədbirimizdə Şuşaya – o füsünkar diyara xəyali səyahətə yollandıq. Vacibdir ki, səyahət edəcəyimiz yerin tarixi, iqlimi, mədəniyyəti, mətbəxi, tanınmış şəxsiyyətləri haqqında məlumatlı olaq. Elə bu səbəbdən də məktəbimizin fənn müəllimləri səyahətimizə bələdçilik etdilər. Belə ki, məktəbimizin tarix müəllimi Yavər Abbasova Şuşanın tarixi, yaranması, işğalı və azad edilməsi haqqında tədbir iştirakçılarına əhatəli və dolğun məlumat verdi.
    Bizə bu səyahətdə bələdçilik edən məktəbimizin biologiya müəllimi Raya Əliyeva Şuşanın flora və faunası haqqında geniş və maraqlı məlumatları iştirakçıların diqqətinə çatdırdı. Daha ətraflı »

  • 19Apr
    Təhsil Müəllimlərimin Tərtərə gəlişi məni qürurlandırdı üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
    2018-2019-cu illərdə BDU-nun Fizika fakultəsində “Fizika müəllimliyi” ixtisası üzrə əlavə təhsil aldım.
    Həmin diplomu mənə BDU-nun indiki rektoru Elçin Babayev təqdim etmişdi.
    Hal-hazırda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun “Üzvi birləşmələrin və neft məhsullarının spektral üsullarla tədqiqi” laboratoriyasında elmi işçi vəzifəsində çalışıram. 2021-ci ildə “Neft kimyası” ixtisası üzrə dissertanturaya qəbul olmuşam.
    Mənə elə gəlir ki, BDU-nun çoxhörmətli professor-müəllim heyətinin qəhrəman Tərtərdə keçirdikləri tədbir, Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı oxuduqları mühazirələr neçə-neçə gəncin qəlbində elmə maraq oyadacaq və mənim kimi onların yolu da bu elm məbədindən keçəcək.

    Nərgiz Orucova

  • 28Fev
    Təhsil Məktəb həyatı üçün şərhlər bağlıdır

    Xoş sözlər deyildi, nəğmə və şeir çələngi səsləndirildi

    Şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbdə keçirilən növbəti tədbir “Heydər Əliyev ili”nə həsr edilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
    Öncə Azərbaycanın Dövlət himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Qarabağımız uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra məktəbin tarix müəllimi Kifayət Kərimova Heydər Əliyev fenomenindən və onun Azərbaycanın inkişafındakı rolundan danışdı. Dahi şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz bir insan olduğunu vurğuladı.
    Tədbirdə şəhid valideynləri və qazilər çıxış etdilər. Çıxış edənlər Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə və dövlətimizə öz minnətdarlıqlarını bildirdilər.
    Tədbirə məktəbin şagirdlərinin hazırladıqları şeir və nəğmə çələngi xüsusi rəng verdi. Şagirdlərdən Ayla Quluzadə, Zeynəb Nəsirli və başqaları söylədikləri seirlərlə diqqət çək-dilər.
    Tədbirin hazırlanıb keçirilməsində müəllimlər Lə-man Qasımova və Nigar Sultani xüsusi fəallıq göstəriblər.

    “Yeni Tərtər”

  • 20Fev
    Təhsil TƏLƏBƏLİK HƏYATI üçün şərhlər bağlıdır

    Acılı-şirinli tələbəlik həyatı insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üzərində necə durmağı öyrədən bir mərhələdir. Bəli, mən–Quluyeva Səbinə Elxan qızı, jurnalistika ixtisası üzrə oxuyan, həyatının ən böyük arzusunu reallaşdıran gənc bir tələbəyəm. Tələbəlik həyatı çox gözəldir.
    Gəlin sizə həm bu uğurumdan, həm də tələbəlik həyatımdan bəhs edim. Univer-sitetlə bağlı nəticələrim açıqlandığı vaxt Naxçıvan Dövlət Universitetinə qəbul olduğumu öyrəndim. Sevindim, çünki tələbəçiliklə bağlı gözəl xəyallarım vardı. Amma eyni zamanda da tanımadığım şəhər məni bir az qorxudurdu. Ancaq düşündüyüm kimi olmadı. Burada hər kəs mənə çox doğmalıqla yanaşır. İnsanları çox mehriban və qonaqpərvərdirlər. Bununla da Naxçıvan şəhərini və oxuduğum təhsil ocağını sevdim. Bu şəhəri sevməyimdə və adaptasiya olmağımda universitet mediasının doğmalığı böyük rol oynayır. Jurnalistikada oxuduğum üçün daha böyük uğurlar əldə etməyə çalışıram. Bu sahədə tanınmış jurnalist olmağı mənə universitet mediası öyrədir. Nəinki mənə, əlbəttə ki, öz üzərində səylə çalışan bütün tələbələrə kömək edirlər. Media işçilərinin sayəsində düzgün xəbəri tamaşaçılara çatdırmağı, efir mədəniyyətini öyrənirəm. Bir tələbə ola-raq Naxçıvan şəhərini seçdiyim üçün peşiman deyiləm. Yaxşı ki, bu addımı atdım, o gözəl şəhərdə tələbə olmaq adını qazandım. Düzdür, çətinliklər də olur, amma təbii ki, uğurlar çətinlikləri unutdurur. Bu yolda mənə dəstək olan Universitet və Media müəllimlərimə öz təşəkkürümü bildirirəm. Daha ətraflı »

  • 19Yan
    Təhsil Həmrəyliyimiz birliyimizdir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir”adlı respublika rəsm və əl işləri müsabiqəsində Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzinin dərnək üzvləri Aysu Qasımlı və Minayə Həsənli rəsm və əl işi nomina-siyası üzrə birinci yerə çıxaraq diplomla təltif olunmuşlar.
    Bu münasibətlə rayon təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev Uşaq Gənclər Inkişaf Mərkəzinin direktorunu və qalib gəlmiş dərnək üzvlərini qəbul etdib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    Biz də qalibləri təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik.

    “Yeni Tərtər”

  • 30Noy
    Təhsil Uşaqların maraq və istəklərinə diqqətlə yanaşılmalıdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixoloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti barədə danışıblar. Daha ətraflı »

  • 11Noy
    Təhsil Zəfər Günü ərəfəsində 3 nümunəvi sinfə şəhidlərin adları verildi üçün şərhlər bağlıdır

    Şəhid Adil Həsənov adına Buruc kənd tam orta məktəbində keçirilən tədbir şəhidlər Ruslan Şahbazova, Orxan Şəmilova və Mübariz Nəcəfova həsr olumuşdu. Tədbirin keçirilməsində məqsəd məktəbin ən fəal siniflərinə şəhidlərimizin adlarının verilməsi və əbədiləşdirilməsidir. 3-cü sinfə 44 günlük Vətən Müharibəsi şəhidi Ruslan Şahbazovun, 6-cı sinfə 2008-ci il-də mənfur ermənilərin təxribatı nəticəsində şəhid olmuş Orxan Şəmilovun, 8-ci sinfə isə Birinci Qarabag müharibəsi şəhidi Mübariz Nəcəfovun adları verildi. Hər üç sinifdə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda və erməni vandalizmi nəticəsində şəhid olmuş igidlərin keçdiyi həyat yolunu xatırladan məlumatlar, şəkillər vurulub, xüsusi guşələr yaradılıb. Məktəbin müəllim və şagirdləri əvvəlcə şəhidlərin uyuduğu məzarları ziyarət edib, üstünə gül-çiçəklər düzüb, evlərinə gedərək valideynləri yad ediblər.
    Sonra tədbir məktəbin klubunda geniş proqramla davam etdirildi.
    Məktəbin müəllimləri Tacirə Məmmədli, Şəhanə Hüseynova, Ziyafət Almasova, Nüşabə Misirova qonaqlara şəhidlər haqqında ətraflı məlumatlar verdilər. Daha ətraflı »

  • 05Noy
    Təhsil İcra başçısı Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 420 şagird yerlik Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 31Okt
    Təhsil Rayon Mədəniyyət Mərkəzində şagirdlərlə görüş üçün şərhlər bağlıdır

    Uşaqlar vətənpərvərlik ruhunda böyüməlidirlər

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, qazilər, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
    Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digərləri gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnmələrinin əhəmiyyətini qeyd ediblər. Gənclərimizin diqqətinə yaxşı təhsil almağın vacibliyi çatdırılıb, dərslərində uğurlar arzulayıblar. Daha sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusundan bəhs olunub.
    Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər. Onlar deyiblər ki, bu görüş onların həyat yoluna müsbət təsir göstərəcək və uğur qazanmalarına kömək edəcək.

  • 31Okt
    Təhsil Tərtər rayon Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına şəhidlərin adı verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda  torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Belə tədbirlərin davam olaraq oktyabrın 27-də şəhid Sarvan Quliyev adına Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına Vətən müharibəsi şəhidlərinin adı verilib.  Artıq bu gündən məktəbin 3-cü sinifi Aysənan Abbasovun, 4-cü sinifi Ceyhun Hacızadənin, 5-ci sinifi Şamil İsmayıllının, 6-cı sinifi isə Ələkbər Ələkbərlinin adlarını daşıyacaqdır. Şəhidlərin adını daşıyan sinif otaqlarının qapıları üzərində onların adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.

    Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin həyat və döyüş yollarına nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsələndirilib. Daha ətraflı »