Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Səhiyyə Bunları bilmək maraqlıdır üçün şərhlər bağlıdır

    Varlıların xəstəliyi

    Noyabr ayında bütün dünya Ümumdünya Diabet Gününü qeyd etdi.
    Bəziləri bunu xəstəlik deyil, həyat tərzi adlandırırlar. Ancaq adı “şirin” olan bu xəstəlik insanlara bir çox ağrı-acılar gətirir. Ona görə də diabetə adi xəstəlik kimi baxmaq düzgün deyil.
    Şəkərli diabet xəstəliyinə rayonumuzun sakinləri arasında da çox rast gəlinir. Onun iki növü – birinci və ikinci tip diabet mövcuddur. Bəzən insanlar özləri şəkər xəstəliyinə tutulmalarını heç bilmirlər və bu, təsadüfi yoxlamalar zamanı üzə çıxır.
    Endokrinoloqlar bildirirlər ki, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir.
    Ümumiyyətlə isə həkimlər bildirirlər ki, bu xəstəliyin yaranma faktorları içərisində birinci yerdə stress, oturaq həyat tərzi və düzgün qidalanmama dayanır. Bunların ha-mısı həyatımızda olduğu üçün, şəkərli diabet sözünü daha çox eşitməyə başlayırıq.
    Xüsusən valideynlər uşaqların həyat tərzinə və vərdişlərinə daha diqqətli olmalıdırlar. Qida rasionundakı həddindən artıq şirniyyat, müxtəlif keyfiyyətsiz ərzaqlar da orqanizmdə təhlükəli “şirin” xəstəliyin yaranmasına səbəb olur.

    “YENİ TƏRTƏR”

  • 07Noy
    Səhiyyə ARXA CƏBHƏNİN QƏHRƏMANLARI üçün şərhlər bağlıdır

    44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ TİBB BACISININ GÖZÜ İLƏ

    Azərbaycan xalqı böyük sevinc hissi ilə Zəfər bayramını qeyd edir. Bu, bizim hər birimiz üçün böyük xoşbəxtlikdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir”.
    Dəfələrlə qeyd olunduğu kimi, Tərtərin hər bir vətəndaşının Qələbədə payı var. Çünki mənfur düşmənin bütün səylərinə baxmayaraq, rayon sakinlərinin 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz məğrurcasına dayanması, yanan işıqlarımız, rayonumuzun abadlaşdırılması onların gözünə ox kimi batıb, bizim gücümüzü göstərib.
    Qələbənin qazanılmasında böyük rolu olanlardan biri də rayon mərkəzi xəstəxanasının kollektividir.
    44 gün ərzində xəstəxanada yaşananlar barədə 44 günün 44-nü də burada keçirən cərrahiyyə şöbəsinin tibb bacısı Səbinə Həsənova ilə söhbət etdik.
    Səbinə xanım 1985-ci ildə Tərtərdə dogulub, şəhər 1 saylı tam orta məktəbin məzunudur. 2008-ci ildə Gəncə Tibb Kollecini feldşer ixtisası üzrə bitirib. Ailəlidir. Fatimə və Zenfira adlı qızları var.
    Ondan müharibənin ilk gününü necə xatırlamasını soruşuram. Deyir:
    – Ağ xələtlərimiz qan qoxuyurdu, ətrafda mərmilər partlayırdı, ancaq biz bunlara fikir vermirdik. Bircə amalımız vardı: Yaralılara əlimizdən gələn köməkliyi göstərmək, onların ağrılarını azaltmaq. Cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov, ətraf rayonlardan – Bərdədən, Göyçaydan gələn həkimlər, siravi tibb personalı, hər kəs bir əsgər kimi öz vəzifəsini yerinə yetirirdi. Daha ətraflı »

  • 31Avq
    Səhiyyə Tərtərdə şəhid və qazi ailələrinin üzvləri,Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev aksiyada çıxış edib. Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı mütəxəssisləri tərəfindən 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsi həyata keçirilib. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə edilib. Daha ətraflı »

  • 22Avq
    Səhiyyə Psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları üçün şərhlər bağlıdır

    Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi Ərazi Bölmələri İdarəetmə (TƏBİB) ilə birgə Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyaları təşkil edib.
    Bildiyimiz kimi, Tərtər rayonu müharibə zonasına çox yaxın bir ərazidə yerləşirdi. Buna görə də həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsi dövründə əhalinin psixologiyası zərər çəkmişdir. Bu müharibələrdən insanların aldığı travmalar bəs etməzmiş kimi, COVİD-19 virusunun da ölkəmizdə yayılması Tərtər camaatının psixologiyasına mənfi təsir göstərmişdir. Məhz bu problemlərə görə Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təskil edilmişdir.
    Kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək ehtiyaclarını öyrənmək, habelə münaqişələrin bitməsindən sonra belə şəxslərin və icmaların psixi sağlamlığını və rifahını artırmaq idi. Eyni zamanda TƏBİB psixoloqları tərəfindən gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və s.), həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq məhdudiyyəti olan uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
    Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi psixi problemləri olan şəxslər üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil edilmişdir.

    “Yeni Tərtər”

     

     

     

  • 20İyn
    Səhiyyə “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və səhiyyə işçiləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərdbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 17 iyun –Tibb İşçiləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi və əhalinin sağlamlığı uğrunda şərəfli fəaliyyətlərində uğurlar diləyib. Daha ətraflı »

  • 30Yan
    Səhiyyə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev    Ulu Öndərin  hakimiyyəti illərində gənclərin təhsilinə, milli mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunmasına  göstərilən diqqət və qaygıdan, Azərbaycan gəncliyinə  verdiyi yüksək dəyərdən də söhbət açıb.

    Qeyd olunub ki, Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə  dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Daha ətraflı »

  • 21Yan
    Səhiyyə Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Yanında yetginlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov iştirak edib.

    ​Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

    ​Dəyirmi masanı giriş sözü ilə açan Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev ​ 20 yanvar faciəsinin​ xalqımızın qəhrəmanlıq tarixində​ mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib. Daha ətraflı »

  • 19Yan
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    Kəskin respirator xəstəlikləri və bunların profilaktikası

    Kəskin respirator virusu infeksiyası yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişası zədələnir. Yaz, payız, qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəb isə soyuğun təsirindən tənəffüz yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu qrup xəstəliklərə qrip, paraqrip, ade-novirus, rinovirus və respitator-sinsital virusların törətdiyi xəstəliklər aiddir.
    Kəskin respirator virus infeksiyası yer üzərində ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 faizi uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnmə səbəbləri, onların uşaq kollektivinə – məktəb və bağçalara getməsi ilə əlaqədardır.
    Bütün respirator virusların doğurduğu xəstəliyin ilkin əlamətləri, demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəliklərinin) kəskinləşməsi baş verə bilər. Daha ətraflı »

  • 19Dek
    Səhiyyə Tərtərdə “2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

      Tərtər Rayon Gənclər Mərkəzində “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı və “Pasient Təşkilatları İttifaqı”-nın tərəfdaşlığı ilə 2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində görüş keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi sədri Rauf Zeyni, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloq, professor Könül İsmayılova və şəkərli diabet xəstələri iştirak ediblər.

    Tədbirdə Vətən uğurunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, giriş sözü Tərtər RİHB-nin əməkdaşı Rəqsanə Məmmədli açaraq, iştirakçıları salamlayıb.  Daha sonra İctimai Birliyin sədri Rauf Zeyni layihə haqqında məlumat verdikdən sonra, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloqu, professor Könül İsmayılova iştirakçılarla xəstəyə özünə nəzarət qaydalarını öyrətmək, hipoqlikemiyanın ola bilməsi haqqında xəbərdarlıq etmək və onu aradan götürmək yollarını öyrətmək, diyetoterapiyanın qaydalarına yenidən baxmaq və.s kimi mövzularda söhbət aparmışdır. Daha ətraflı »

  • 09Sen
    Səhiyyə Qaydalara əməl etmək vacibdir üçün şərhlər bağlıdır

    Dərs ilinin başlanmasına sayılı günlər qalıb. İndi şəhərimizin küçələrində, alış-veriş məkanlarında, fotoatelyelərdə xüsusi bir qələbəlik var. Tələbələr qəbul olduqları universitetlərə getməyə hazırlaşır, valideynlər məktəblilər üçün şagird geyimləri, dərs ləvazimatları alırlar.
    Belə bir vəziyyətdə covid infeksiyasının mövcudluğunu unutmaq lazım deyil. Xüsusilə gigiyenik qaydalara ciddi əməl etmək, insanların sıx toplaşdıqları yerlərdən uzaq olmaq lazımdır. Diqqətli olmalıyıq ki, yeni dərs ili hər bir ailəyə sevinc gətirsin.

    “Yeni Tərtər”