Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Noy
    İdman Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş məktəblərarası mini futbol turniri keçirilmişdir üçün şərhlər bağlıdır

    25 oktyabr-2 noyabr 2022-ci il tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin Tərtər Rayon Təhsil sektoru ilə birgə təşkilatçılığı əsasında “8 noyabr-Zəfər Günü”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında mini futbol idman növü üzrə rayon turniri keçirilmişdir.

    Turnirdə ümumilikdə 26 məktəbin komandası iştitak etmişdir. Yarış Olimpiya sistemi(uduzan çıxır) əsasında keçirilmişdir.

    Maraqlı mübarizə şəraitində keçirilən turnirdə Soyulan kənd tam orta məktəbin komandası l yeri, Səhləbad kənd tam orta məktəbin komandası ll yeri, Şəhər 1 saylı tam orta məktəbin komandası isə lll yeri tutaraq kubok və diplomlarla təltif edilmişlər.

     

  • 31Okt
    İdman Məktəblərarası şahmat turniri üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilib.
    Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən danışıblar. 30 illik inkişaf yolu keçən Cənubi Qafqazın güclü partiyası olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək böyük uğurlar əldə etdiyini bildiriblər.
    Sonda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edilərək yarış iştirakçılarına uğurlar arzulanılıb.

     

  • 17Okt
    İdman Tərtərdə YAP-ın 30 illik yubileyinə həsr olunmuş regionlararası mini futbol turnirinə start verilib üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətiylə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 18-30 yaşlılardan ibarət Tərtər, Ağdam, Şuşa, Xocalı, Bərdə və Füzuli rayonlarından olan komandaların iştirakı ilə regionlararası mini futbol turnirinə start verilib.

    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramal anıblar.

    Tərtər Olimpiya İdman Kompleksində davam edən tədbirdə öncə Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin nurlu ideyaların daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsindən, Azərbaycan dövlətinin bu günkü inkişafından, Vətən müharibəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qazanılan şanlı Zəfərdən danışaraq, komandalara yarışda uğur qazanmağı arzulayıb. Daha ətraflı »

  • 10Avq
    İdman TƏRTƏRDƏ İDMANLA MƏŞĞUL OLMAĞA ÇOX GÖZƏL İMKANLAR VAR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Olimpiya İdman Kompleksi 2 il bundan əvvəl, 2020-ci ilin 3 iyun tarixində istifadəyə verilib. Kompleksin açılışında dövlətimizin başçısı İlham Əliyev iştirak edib. Bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Qeyd edək ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kopleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Burada müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, baksketbol və trenajor zalları, tennis kortu inşa edilib. Həmçinin mehmanxana, konfrans zalı, restoran , qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar var. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etməsi üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib. Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev deyib: “Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır”. Kompleksin istifadəyə verildiyindən keçən müddət ərzində Vətən müharibəsi, sonra isə pandemiya dövrü burada işləri bir qədər ləngitmişdi. Cari ilin aprel ayında Emin Dadaşovun Tərtər Olimpiya İdman Kompleksinə direktor təyin edilməsindən sonra burada işlər canlanıb.
    Bu günlərdə Emin Dadaşovu redaksiyamıza dəvət edib, Kompleksin fəaliyyəti ilə bağlı müsahibə almışıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik. Daha ətraflı »

  • 20İyn
    İdman Milli Qurtuluş Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    Mini futbol idman növü üzrə rayon çempionatı

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
    Çempionatda 16 məktəb komandası iştirak edib. Yarışın keçirilməsində məqsəd Heydər Əliyev ideyalarının yaşadılması, 15 iyun – Milli Qurtuluş Gününün rayonda qeyd edilməsi və mini futbolun yeniyetmələr arasında inkişaf etdirilməsidir.
    Yekunda şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, Köçərli kənd tam orta məktəbin komandası isə ll yeri tutaraq, müvafiq diplomlarla təltif edilib.

     

  • 09Apr
    İdman Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar üçün şərhlər bağlıdır

    Azərbaycan millisinin üzvləri ilə görüşən dövlət başçısı bildirib ki,  Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

    Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

    Görüşdə Prezident İlham Əliyev deyib: “Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir”. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

    Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.

    Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Daha ətraflı »

  • 09Apr
    İdman Azərbaycanda idman uğurla inkişaf edir üçün şərhlər bağlıdır

    Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində   idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləngənclər siyasəti, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır.

    Azərbaycanın yunan- Roma güləşi üzrə milli komandası  Macarıstanda   baş  tutan Avropa çempionatında ümumi hesabda 165 xal qazanaraq,  Avropa birincisi olmuşdur. Yığmamız  medal sayında da iştirakçı dövlətlərin  sırasında birinci yeri tutmuşdur.

    Aprelin 8-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini qəbul edərkən bildirib ki, “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları,  həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər”. Daha ətraflı »

  • 28Mar
    İdman Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir üçün şərhlər bağlıdır

    Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.

    Güləşçilərimizin sonuncu uğurunu isə Azərbaycan vətəndaşları böyük qürur hissi ilə qarşıladılar.

    Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında qazanılan qələbə münasibətilə Prezident İlham Əliyev idmançıları qəbul etdi və onlarla görüşdə öz fikirlərini bölüşdü.

    Bildirildi ki, Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür. Ölkənin dövlət himni yeddi dəfə səsləndirildi.

    Bilirsiniz ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Daha ətraflı »

  • 05Mar
    İdman İDMANÇILARLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, məşqçi müəllim Yavər Hüseynov, birinci MDB oyunlarının boks üzrə qalibi Aysu İsmayılova, boks üzrə Azərbaycan çempionu Elnur Abdullazadə, kikboksinq üzrə Azərbaycan çempionları Zaur Yusifov, Murad Qurbanov, Əli Cəfərzadə, Əli Abdullazadə, Telman Şirinov və Məhəmmədəli Quluyev iştirak ediblər.
    Görüşdə çıxış edən Müstəqim Məmmədov əvvəlcə idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Daha ətraflı »

  • 20Dek
    İdman “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU üçün şərhlər bağlıdır

    Rayon təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə, rayonun ümüumtəhsil məktəbləri arasında, Ümummilli Lider Heydər Əlyevin anım gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.
    Yarışda rayonun 16 ümumtəhsil məktəbinin komandası iştirak edib. Şagirdlər öz fəallıqları ilə dahi şəxsiyyətin əbədiyaşar ideyalarına sadiq olduqlarını nümayiş etdiriblər.
    I yerə Qaradağlı, II yerə Seydimli, III yerə Hacıqərvənd kənd tam orta məktəbin komandaları layiq görülüb. Qaliblər rayon gənclər və idman idarəsinin fərqləndirici diplomları ilə tətif ediliblər.
    Umudlu kənd tam orta məktəbinin komandası isə final mərhələsində iştiraka görə həvəsləndirici mükafat alıb.

    “Yeni Tərtər”