Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May
    Milli-mənəvi dəyərlər DİNİ VƏ MİLLİ TOLERANTLIQ, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYAYA NÜMUNƏDİR

    …Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    HƏMRƏYLİK
    Bu il aprelin 11-də rayonumuzda adi günlərdən tamamilə fərqli, gözəl bir bayram günü yaşandı. Səhər saatlarından başlayaraq seçki məntəqələrinə yüzlərlə insan axışıb gəlirdi. Onların arasında azərbaycanlılarla yanaşı ruslar, ukraynalılar, beloruslar, yəhudilər və ləzgilər də vardı. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtərdə də onlar mehribançılıq şəraitində yaşayırlar. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Milli-mənəvi dəyərlər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    AİLƏ CƏMİYYƏTİN ƏSAS ÖZƏYİDİR

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxla-yan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Milli-mənəvi dəyərlər BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    KEÇMİŞİMİZİ QORUYAN MƏBƏDLƏR

    Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
    “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, mümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.
    Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar–sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-Roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Digər BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ üçün şərhlər bağlıdır

    SÖZ DƏ AZADLIQ SEVİR

    3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Söz azadlığı istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, prezident İlham Əliyev də KİV-in inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi yönündə bir sıra mühüm addımlar atıb. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.

    Teqlər:

  • 29May
    Digər EKOLOGİYA İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    SAĞLAM HƏYATIN TƏMİNATI

    Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Son illərdə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülmüş, ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Digər UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ üçün şərhlər bağlıdır

    UŞAQLARIN SEVİNCİ DÜNYANIN SEVİNCİDİR

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.
    Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

    Teqlər:

  • 18May
    Tərtər RİH-də ÜMUMXALQ MƏHƏBBƏTİ üçün şərhlər bağlıdır

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.
    Mayın 10-da səhər saatlarında minlərlə tərtərli rayonun mərkəzi meydanında ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.
    Sonra tədbir iştirakçıları meydanda rayon məktəblilərinin hazırladıqları ulu öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisinə baxıblar.

    Teqlər:

  • 18May
    Tərtər RİH-də HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS üçün şərhlər bağlıdır

    Rayon mədəniyyət mərkəzində keçirilən konfransda əvvəlcə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
    Magistral avtomobil yollarının ətrafında, Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, ulu öndərin adını daşıyan parkda, məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə 1000-dən çox Eldar şamı, 2000 gül və təkgöz kolu, 3000-dən çox müxtəlif növ dekorativ çiçəklər əkilib.
    Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb.

    Teqlər:

  • 18May
    Mədəniyyət KONSERT PROQRAMI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə konsert təşkil olunub.
    Tərtər şəhərində Ulu Öndərin adını daşıyan parkda təşkil olunan konserti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və minlərlə rayon sakini izləyib.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünü ziyarət edib, onun həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olublar.
    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

    Teqlər: