Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    Rayonda Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının akt zalında davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları Respublika günü münasibəti ilə təbrik etdi, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar dilədi.
    “Dəyirmi masa”da rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Şahbazi, DSMF-nin Tərtər Rayon Şöbəsinin direktor əvəzi Anar Rüstəmov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev çıxış edərək, 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirdilər.
    Tədbir axşam saatlarında ulu öndərin adını daşıyan parkda konsert proqramı ilə davam edib.

    “Yeni Tərtər”

  • 10İyn
    Tərtər RİH-də KÖNÜLLÜLƏRƏ SERTİFİKATLAR TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllülük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin dövlət rəhbərinin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 2 nəfəri Tərtər Rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər UŞAQLARIN BAYRAMI üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etdilər.
    Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Hər yerdə uşaqlara qayğı göstərilir və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkcə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Daha ətraflı »

  • 10İyn
    Milli-mənəvi dəyərlər İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə Tərtərdə iftar süfrəsi təşkil edib.
    İftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanlar, həmçinin “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
    Mərasimdə çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıblar.
    Bildirilib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar süfrələrinin açılması təqdirəlayiqdir.
    Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli-mənəvi dəyərlər qorunur. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər ŞƏHİDİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Şəhid Vasif Abdullayevin adını daşıyan ümumi orta məktəbdə anım günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Tərtər rayon “Cümə” məscidinin axundu, Azərbaycan Tərtər rayon QMƏVŞAİB-nin sədri və üzvləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak edirdi. Öncə tədbir iştirakçıları Təzəkənd kənd şəhidlərinin fotoguşəsinin qarşısına tər güllər qoyaraq, ehtiramlarını bildirdilər. Mərasimi məktəbin direktoru Azər Həsənov açdı. Dövlət himni səsləndikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyətinin nümayəndəsi Zabil Paşayev dövlət başçısının şəhid ailələrinə Daha ətraflı »

  • 10İyn
    Xəbərlər PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Rayonumuzda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
    Tədbirdə çıxış edənlər meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq, “Meliorator Günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam Daha ətraflı »

  • 10İyn
    Ədəbiyyat TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2019-cu il tarixli Sərəncamı ilə həmyerlimiz Cəfərov Vahid Əziz oğluna(Vahid Əziz) Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adı verilmişdir.
    Bu münasibətlə istedadlı qələm ustadı, əslində çoxdan öz xalqının şairi olan Vahid Əzizi bütün tərtərlilər və Vahidsevərlər adından təbrik edir, ona cansağlığı və yeni-yeni ədəbi uğurlar diləyirik!

    “Yeni Tərtər”

  • 10İyn
    Digər Tərtər rayon qəzeti–85 üçün şərhlər bağlıdır

    TƏRTƏRİN SALNAMƏSİNİ YAZAN QƏZET

    Əziz qardaşımız “Yeni Tərtər”, ilk cümləmizdə 85 illik yubileyinizi təbrik edirik! Hər nömrənizi səbirsizliklə gözləyirik, hər yazınızı diqqətlə oxuyub, şəkillərinizin məqsədinə diqqət yetiririk və görürük ki, cəbhə bölgəsində olsa da Tərtər şəhəri, rayonun kəndləri ilbəil gözəlləşir, donunu dəyişir, qurub–yaradan insanları qoruduqları torpağı əkib-becərir, tarlalarda bol məhsul yetişdirirlər. Qəzet rayondakı hadisələrdən, quruculuq işlərindən müntəzəm yazır, təhsildən, səhiyyənin, mədəniyyətin, idmanın, mənəvi və dini dəyərlərimizin işıqlandırılmasında sözünü deyir. Bir sözlə, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin etibarlı, cəsur sələfi kimi missiyanı layiqincə yerinə yetirirsən. Yarandığın gündən bəri adın dəfələrlə dəyişsə də məqsədindən, məramından dönməmisən.
    Əziz həmkarlarımız, hər nömrənizi oxuyanda sanki, gözəl Tərtərdə–Sizin yanınızdayıq. Onun düşmənlə üz-üzə qalıb şücaət, mətanət, dəyanət, hünər göstərən oğulları ilə həmsöhbətik. Bu gün cəbhəyanı rayonlarımızda insanların yaşam tərzi bunu tələb edir. Sizdən məsafəcə uzaq olsaq da, bütün acılı-şirinli anları biz də yaşayırıq. Ancaq atalar: “çətin günün ömrü az olar”–deyiblər. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı KƏND ƏMƏKÇİLƏRİNƏ DÖVLƏT DƏSTƏYİ üçün şərhlər bağlıdır

    Keçmiş zamanlardan insanların ən qədim məşğul olduğu peşə heyvandarlıq və əkinçilik olub. “Torpaq islahatı haqqında” qanun qəbul edildikdən sonra torpaq əsl sahiblərinə, kəndlilərə qaytarıldı. Lakin kəndlinin sahib olduğu torpağı əkib-becərməyə nə texnikası nə də vəsaiti çatmırdı. Dövlətimizin başçısı kəndlinin çörəyinin, bol ruzisinin torpaqla bağlı olduğuna görə onlara çox böyük dəstək göstərir. Milli Məclisdə bununla bağlı “Aqrar islahatların əsasları haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Taxılçılıq haqqında”, “Balıqçılıq haqqında” və digər qanunlar qəbul edilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı İli” elan edilib.
    Kənd təsərrüfatı əhalini zəruri ərzaq məhsulları ilə təmin edən vacib bir sahədir.
    Dövlətimiz son illər yerli bazarlarımızda özümüzün istehsal etdiyimiz məhsullara daha çox yer verir. Çünki məhsullarımızın keyfiyyəti və bolluğu buna şərait yaradır. Dünya bazarında fındıq, xurma, pomidor, nar və digər məhsullara tələbat yüksəkdir.
    Bu il ölkə başçısının tapşırığına əsasən həvəsləndirmək məqsədi ilə məcburi köçkünlərə və aztəminatlı ailələrə iribuynuzlu və xırdabuynuzlu heyvanlar verməklə bu insanların da gələcəkdə təsərrüfatlarını daha da genişləndirib, gəlirlərinin artmasına şərait yaradır. Dövlət qayğısının nəticəsidir ki, kənd təsərrüfatında çalışanların gəlirləri hər il daha da çoxalır, bununla da insanların maddi-rifah halı və güzəranı yaxşılaşır. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı TƏRTƏRDƏ ARIÇILIĞIN İNKİŞAFINA TƏKAN VERİLİR üçün şərhlər bağlıdır

    Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Arıçılar Assosiasiyası ilk dəfə Ədliyyə Nazirliyinin qeydiyyatından 30 oktyabr 2016-cı ildə keçmişdir. Həmin gündən digər regionların arıçıları kimi biz Tərtər rayonunun arıçıları da assosiasiyanın mənəvi dəstəyindən həmişə bəhrələnmişik. 15 dekabr 2017-ci il tarixdə Respublika Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov idarə heyyəti ilə birlikdə bizim qəhrəman Tərtərimizdə qonaq olmuşdular, rayonun inkişafından çox məmnun qalmışdılar, onlar ermənilərin Qarabağa “qonaq” gəldiklərini təsdiq edən “Marağa–150” memorialını ziyarət etmişdilər. Sonra 45 nəfərdən ibarət sahibkar arıçılar səsvermə yolu ilə məni Respublika Arıçılar Assosiasiyasının Tərtər rayonu üzrə sədri seçdilər.
    Respublikamızın Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin mart ayında verdiyi sərəncama uyğun olaraq hər bir arı ailəsinə 10 manat məbləğində subsidiyanın verilməsi xəbəri biz arıçıları daha da ruhlandırdı. Vaxtında verilmiş bu sərəncama görə 507 nəfərlik arıçı adından Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Bu sərəncam 270 min arı ailəsini əhatə edir.
    Bu gün Tərtər rayonundakı 507 nəfərdə 6687 arı ailəsi mövcuddur.
    Hazırda Məmmədova Əskinaz Qasım qızının rəhbərliyi altında 32 nəfərlik qadın arıçılar birliyi fəaliyyət göstərir. Bu birlik əsasən arı satışı ilə məşğuldur, öz təcrübələrini arıçılarla bölüşür və yüksək nəticələr əldə edir.
    Rayonumuzda 165 nəfərdən ibarət gənc arıçılar birliyi fəaliyyət göstərir və onların ümdə məramı yaşlı nəsil arıçılara kömək göstərməklə təcrübə toplamaqdır.
    2018-ci il Tərtər arıçıları üçün uğurlu sayılır. Belə ki, hər bir arı ailəsindən 18-25 kq bal, ümumilikdə rayon üzrə 30 kq çiçək tozu, 25 kq güləm, 50 kq vərəmum (propolis), 700 qram ana südü, 50 ton bal məhsulu əldə edilmişdir. Daha ətraflı »