Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Tərtər RİH-də VACİB TAPŞIRIQLAR VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vi-deokonfrans keçirib.
    Videokonfransda icra baş-çısı respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu qeyd etmişdir.
    Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermə-nistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini bildirdiyi halda, Ermənistan yenə öz xəyanətkar mövqeyini sərgiləmişdir. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati binalarda dezinfeksiya işləri aparılıb. Binaların ətrafları, giriş hissələri xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub, vətəndaşlarla COVİD-19-a qarşı mübarizə tədbirləri barədə maarifləndirici söhbətlər aparılıb.

  • 10İyl
    Xəbərlər XÜSUSİ KARANTİN REJİMİNİ POZAN ŞƏXSLƏR CƏRİMƏLƏNİBLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiy-yətinin “Tədbirlər planı”na əsasən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məq-sədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
    Rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

  • 10İyl
    Tərtər RİH-də İCRA BAŞÇISI POLİSLƏRİ TƏBRİK EDİB üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstə-qim Məmmədov Azərbaycan polisi günü münasibəti ilə rayonun polis işçilərini təbrik edib.
    Təbrikdə qeyd olunub ki, Azərbaycan Polisinin ya-ranmasının 102-ci ildönü-müdür. Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respubli-kamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Məhz ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Po-lisi günü kimi qeyd olunur.Bu gün Ulu Öndərin siyasi kursunun layiqli da-vamçısı olan respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki baza-nın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nü-munəsidir. Daha ətraflı »

  • 10İyl
    Digər QADINLARIN ÜZ QARASI üçün şərhlər bağlıdır

    Bir qadın tanıyıram. O əslində qadınların üz qarasıdır. Çünki bu həyada, bu ismətdə qadın görməmişəm. Adam nə qədər utanmaz, nə qədər vicdansız olar?! Qadın nə qədər alçalar, nə qədər mənliksiz olar?! Həyatımızda bir çox xaraktersiz qadınlara rast gəlmişik, amma beləsi olmayıb. 

    Bizim milli mental dəyərlərimiz qadınlara zirvə yüksəkliyindən hörmət və izzətlə yanaşmağımızı, onlara çox həssas və qayğıyla münasibət bəsləməyimizi aşılayır. Müqəddəs kitabımız “Qurani-Kərim” də, peyğəmbərlərimiz də, imamlarımız da qadınlara həmişə xüsusi diqqət, ehtiram və sevgi bəsləməyimizi məsləhət görür. Çünki qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır. Qadın incəliyin, zərifliyin, gözəlliyin, məhəbbətin rəmzidir. Tanrı buyruqlarında da qadına hörmət göstərilməsinə yer ayrılır. Əlbəttə, əsil qadına. Ta Sevinc Kərimova kimi Şeytan xislətli qadına yox! Bəlkə də o, Şeytandan əmələ gəlib?!
    Sevincin üç övladı var. Heyif o uşaqla-ra! Onların nə günahı var ki, anaları simasız bir dələduzdur?! Məncə, bu uşaq-ların hər üçü daxilən analarının xəcaləti ilə yaşayırlar! Daha ətraflı »

  • 10İyl
    Digər DƏLƏDUZ KİMLƏRƏ DEYİLİR? ONLARI HANSI CƏZA GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    Mətbuatda tez-tez rast gəlinən xəbərlərdən biri də dələduzluq yolu ilə törədilmiş cinayətlərlə bağlıdır.
    Dələduzluq nədir? Dələduzları hansı cəza göz-ləyir?
    Dələduzluq–etibardan sui-istifadə edərək və ya aldatma yolu ilə digər şəxsin əmlakını (pulunu, daşınmaz əmlakını və sair) əldə etməkdir. Dələduzluq niyyətləri daha çox işə düzəltmək, asan yollarla gəlir əldə etmək, biznes fəaliyyəti, əmlakın satılması və bir sıra digər adlar altında pərdələnir.
    Dələduzluq yolu ilə ələ keçirilən məbləğ 100 manata qədərdirsə, dələduz inzibati məsuliyyətə cəlb ediləcək və bu əmələ görə barəsində ən ağır cəza kimi 2 ayadək inzibati həbs tətbiq edilə bilər. Daha ətraflı »

  • 10İyl
    Digər FALÇILIQ FIRILDAQÇILIQDIR üçün şərhlər bağlıdır

    Fala baxdırmağın günah olduğunu çoxumuz bilmi-rik. Ona görə də çoxları başına bir iş gələn kimi öz dərdlərinə falçıların əli ilə əncam tapmaq istəyir. Bu bir acı həqiqətdir ki, falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb. Bəli, fala inanmaq da, fala baxdırmaq da, fala baxmaq da günahdır. Qurani-Kərim açıq-aydın bildirir ki, qeyb aləmini Allah-Təaladan başqa kimsə bilə bilməz. Bir an sonra nə baş verəcək, onu Allah-Təaladan başqa kim bilər ki? Əgər diqqət yetirmisinizsə, bəzi falçılar yüksək rütbəli məmurlarla “işlədiklərini”, yəni onların işini “düzəltdiklərini” iddia edirlər.
    Reklamdır da, hansı məmurun hansı falçı ilə hansı işi həll etdiyini bilməsək də bircə onu bilirik ki, getdikcə artan bu fırıldaqçılara “gözün üstə qaşın var” deyən yoxdur. Üstəlik də, fal-çılığa başlayandan az müddət sonra bahalı maşınlarda gəzməyə başlayırlar. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat ALLAHLA “KƏLMƏ KƏSƏN” ŞAİR üçün şərhlər bağlıdır

    Əminəm ki, oxucular bu ifadələri qeyri-səmimi qarşılamayacaqlar. Lakin qınaqlara tuş olmayım deyə kəlmə kəsən sözlərini dırnaq arasında yazıram.
    Bu şair xalqımızın, xüsusilə şeirsevərlərin yaxşı tanıdığı, haqqında dönə-dönə yüksək fikirlər deyilmiş, məqalələr yazılmış, təbriklər söylənmiş, adına çox sayda şeirlər həsr edilmiş, xatirələr danışılmış ölməz xalq şairimiz Məmməd Arazdır.
    Dəyərli hikmətləriylə, gözəl poeziya nümunələriylə, tarkamanda, sazda ruhları oxşayan şirin nəğmələriylə, yaratdığı bütün əsərləriylə qiymətli irs qoymuş Məmməd Araz. “Qayalarda bitən bir çiçəyin” “Vətən daşı” Məmməd Araz.
    Sözü layiq olduğu ucalıqda saxlamağı bacaran, sözə son dərəcə qənaət edən, israfçılığı sözə hörmətsizlik sayan, şairlərdən biri, bəlkə də birincisi olan Məmməd Araz.
    Onun poeziyası oxuculara şeiri ilahi sirr, şairliyi isə möcüzə-İlahi tərəfindən qulağa pıçıldanmış “vergi” kimi andırır. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat MƏMMƏD ARAZIN ÜRƏK ÇIRPINTILARI üçün şərhlər bağlıdır

                                                      ƏLVİDA, DAĞLAR !

    Bəlkə bu yerlərə bir də gəlmədim,

    Duman, salamat qal, dağ, salamat qal!

    Dalımca su səpir yoxsa buludlar?

    Leysan, salamat qal, yağ, salamat qal!

     

    Gəldim, qarşıladı güllər-çiçəklər,

    Gedirəm, əl edir boz biçənəklər.

    Nidamı çaylara dedi küləklər:

    Bulan, salamat qal, ax  salamat qal!

     

    Qıy vuran qartallar yox oldu çəndə,

    Nərgizlər saraldı şehli çəməndə.

    Ey qaragöz pəri, dalımca sən də

    Boylan, salamat qal, bax, salamat qal!

    Dağların pələngi, şiri də sənsən,

    Şairi də sənsən, şeiri də sənsən.

    Varı, bərəkəti, xeyri də sənsən

    Çoban, salamat qal, sağ-salamat qal!

     

  • 10İyl
    Ədəbiyyat DAĞLAR KÜSÜB üçün şərhlər bağlıdır

     

    . Neçə yazdı düşmür yolum,

    Yəqin dağlar küsüb məndən.

    Gedib öpüm, qurban olum,

    Yəqin dağlar küsüb məndən.

    . Sağsağanlar səksəkəli,

    Kim baltalı, kim gülləli?..

    Yarpaq gördüm qan ləkəli,

    Yəqin dağlar küsüb məndən.

     

    Çoxdan dağa-daşa yadam,

    Salmır qonum-qonşu yada.

    Əlim yatmır qoşmaya da,

    Yəqin dağlar küsüb məndən.

     

     

    Düzlərimə şöhrət Araz,

    Harayıma həsrət Araz.

    Gecikmisən, Məmməd Araz,

    Yəqin dağlar küsüb səndən.

     

    Kəklik uçmur çopur daşdan,

    Dağ kəlləri baxmır qaşdan.

    Bulaq tutqun, çay pərişan,

    Yəqin dağlar küsüb səndən.