Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy
    Təhsil YENİ MƏKTƏBİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Noyabrın 3-də Təhsil nazirliyi tərəfindən Tərtər rayonuna mediatur təşkil olunub. Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
    Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər.
    Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli məktəbin açılışı olub.
    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və mediatur iştirakçıları iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Məktəb direktoru Ramil Ağayev çıxış edərək məlumat verib ki, 44 günlük Vətən müharibəsi zamanı məktəbin əvvəlki tədris binası Daha ətraflı »

  • 12Noy
    Təhsil “ZƏFƏR GÜNÜM-ŞƏRƏF GÜNÜM” üçün şərhlər bağlıdır

    Sarıcalı kənd tam orta məktəbində keçirilən tədbir “Zəfər günüm-şərəf günüm”adlandırılıb. Burada 44 günlük Vətən müharibəsində şücaət göstərən qazilər, qanından-canından keçən şəhidlərin valideynləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
    Əvəlləcə Birinci Qarabag müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu qəbirləri üzərinə güllər düzüldü. Tədbir məktəbin həyətində davam etirildi. Məktəbin sinif müəllimi Esmira Qəhrəmanovanın təşkil etdiyi proqram əsasında şagirdlərin muxtəlif çıxışları oldu. Vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, nəğmələr, döyüş səhnəcikləri tədbir iştirakçılarının marağına səbəb oldu. “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirildi.
    “Zəfər günüm-şərəf günüm” adlı tədbirdə Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva 44 günlük müharibədə xalqımızın keçdiyi Zəfər yolundan danışdı.
    Sonda qazi Elşad Orucova Vətən müharibəsində göstərdiyi fədakarlığına görə məktəb tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.

  • 12Noy
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                        ƏFSANƏVİ KƏŞFİYYATÇI

     

     

     

     

     

     

     

     

    44 günlük Vətən müharibəsi üç minə yaxın igid oğlumuzun şəhidliyinə səbəb oldu. Elə oğullar ki hərəsi bir evin çırağı, bir elin vuran ürəyi, arxa-dayağı oğullar idi. Bu oğulların arasında həqiqi hərbi xidmət borcunu yerinə yetirən gənc əsgərlərimiz də var, illərlə Vətənin müdafiəsində dayanan zabitlərimiz də var. Ordumuzun tərkibində cəmləşən əsgər və zabitlərimiz 44 gün davam edən müharibədə öz iradə və güçləri ilə ölkəmizin tarixində yeni səhifələr açdılar. Canları-qanları bahasına Vətən torpaqlarımızın bütövlüyünü, şərəf və ləyaqətimiz hesab olunan Qarabağımızı bizə qaytardılar. Sübut etdilər ki, mənfur düşmənin illərlə zəbt etdiyi torpaqları çəmi 44 gündə azad etmək iqtidarında olan ordumuz və onu təmsil edən oğullarımız var. Məlumdur ki, müharibələrdə xalqımıza çoxsaylı zərbələr vuruldu. Şəhərlərimiz, kəndlərimiz raket və toplarla dağıdıldı. Dədə-baba yurdlarımıza ayaq basa bilmədik. Şükür ki, o murdar xislətli düşmənin qarşısına çıxa bilən oğullarımız alnımızın qaçqın-köçkün damğasını silərək bizə şərəf-şan gətirdilər. Bu gün həmin oğullarımız fəxr və qürurla yad edilir. Belə igid oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Naxçıvan Xüsusi Təyinatlı Qoşun briqadasının komandiri, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant, Şəhid Anar Vaqif oğlu Əliyevdir. Daha ətraflı »

  • 12Noy
    Hərbi vətənpərvərlik AXAN GÖZ YAŞLARI… DAĞILAN TİFAQ üçün şərhlər bağlıdır

                                                      İsmayıllı Şamil Kamil oğlu

    İsmayıllı Şamil Kamil oğlu 1992-ci il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində doğulub. Uşaqlığı və yeniyetməliyi doğulduğu kənddə keçib. Orta məktəbi də orada bitirib. Sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Tovuz rayonunun Əlibəyli kəndində çəkib. 2012-ci il-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. Bir neçə ay təsərrüfat işləri ilə məşğul olduqdan sonra yenidən hərbidə xidmət etmək qərarına gəlir və müddətdən artıq hərbi xidmətə yazılıb.
    Şamilgil ailədə 2 övlad olublar. O və bacısı Nərmin. Şamil bacısından böyük idi. Ona görə də ən çox Şamil ailəyə qayğı və kömək göstərirdi. Daha ətraflı »

  • 12Noy
    Ədəbiyyat Duyğuların pıçıltısı üçün şərhlər bağlıdır

                                                      ALLAHSIZ CANAVAR
                                                                                             (Mini hekayə)

    Qobustan rayonunun Sədəfli kəndindən olan “Vətən müharibəsi qəhrəmanı” şəhidimiz Elyar Arif oğlu Vəliyevə həsr edilib.

    Elyar Xüsusi təyinatlı dəstədə vuruşurdu. Hələ 30 yaşı tamam olmamışdı. 29 yaşını cəbhədə keçirəcəkdi. Ona yoldaşları: “Allahsız Canavar”– deyirdilər. Həqiqətən, erməni faşistlərin əliyalın insanlara verdikləri işgəncələr yadına düşdükcə canavara dönürdü. Əsl türk oğlu türk idi. Bircə ay ərzində 40 tapanca təhvil vermişdi. Hər bir tapança bir erməni zabitinin idi. Bu o demək idi ki, əlbəyaxa döyüşlərdə 40 erməni zabitini cəhənnəmə vasil etmişdi.
    Füzuli və Cəbrayıl işğaldan Daha ətraflı »

  • 12Noy
    Ədəbiyyat QAYIT GƏL üçün şərhlər bağlıdır
    Sən gedəndən İsaq-Musaq oxuyur,
    Zülmət gecə hicran, həsrət qoxuyur.
    Dərdli günlər qəm xalısı toxuyur,
    Aydın günüm, ağ səhərim, qayıt gəl!

     

    Əlvan rənglər sənsiz solub-saralıb,
    Təbiətin hər nizamı pozulub.
    Günəşin də hərarəti azalıb,
    Tək günəşim, tək ülkərim, qayıt gəl!
    Sənsiz ürək bir qırılmış ney olub,
    Adamlar da hissiz olub, key olub.
    Həyat sönüb, bir mənasız şey olub,
    Ömrüm – günüm, xallı Pərim, qayıt gəl!
                             

                              Zabil Süleymanoğlu

  • 12Noy
    Ədəbiyyat VƏTƏN üçün şərhlər bağlıdır
    “Vətən, Vətən!” -deyib, öyünmək üçün,
    Bu ana torpağa səpiləm gərək. Sinəsində bitib, min nemət kimi,
    Elin süfrəsinə töküləm gərək.
    Mavi Xəzər olam, alam qoynuma,
    Kür olam, dolanam Vətən boynuna.
    İgid Qazan xanın qalib soyuna Nəğmələr söyləyib seçiləm gərək.
    Nubaram, yetirib ilk bahar məni,
    Qorxutmur nə boran, nə də qar məni.
    Vətənsiz göynədər intizar məni,
    Elimin oduna büküləm gərək.
                                         

                                          Nubar Mədətli

  • 12Noy
    Ədəbiyyat GÜNDÜR üçün şərhlər bağlıdır
    On yeddi yaşımın ilk baharında,
    Yarla ilk görüşə çıxdığım gündür.
    Titrək əllərini tutub ilk dəfə,
    Kövrək dodağıma sıxdığım gündür.
    Meh əsdi, üzümə dəydikcə telin,
    Ətrin qarışırdı ətrinə gülün
    Məhəbbət deyilən o coşqun selin
    Düşüb ağuşuna axdığım gündür.
     

    “Sevirəm!”- demişdim, dil əsə-əsə,
    İlk “hə” pıçıltısı…ilk şirin busə…
    Dayanıb üz-üzə, nəfəs-nəfəsə,
    Xumar gözlərinə baxdığım gündür.

     

    Yenə xatirələr oyandı bu gün,
    Gəncliyim qarşımda dayandı bu gün.
    Qəlbimdə bir həsrət boylandı bu gün,
    Özümü ilk oda yaxdığım gündür.

     

    Bir şehli çəmənin qoynuna girib,
    Seyrinə dalmışıq baş-başa verib,
    İlk hədiyyə kimi bir çiçək dərib,
    İpək saçlarına taxdığım gündür.

     

    Həzin xatirəyə dönən o bir gün,
    Qəlbimi sızladır, göynədir hər gün.
    Asif, nə biləydim o bəxtəvər gün
    Könlümün evini yıxdığım gündür…
    Bu gün ilk görüşə çıxdığım gündür…
                                                                          Asif Talıboğlu

  • 12Noy
    Ədəbiyyat ZƏMANƏNİN “MAHMUDLARI VƏ KƏRƏMLƏRİ” üçün şərhlər bağlıdır

    Ey xoşbəxtlər xoşbəxti Qeys! Ey bəxtiyarlar bəxtiyarı Mahmud! Mən də vaxtı ilə başqaları kimi sizləri nakam hesab eləyib, uğursuz taleyinizə acıyırdım.
    İndi isə həyatda rast gəldiyim yaşananları gördükcə taleləri real dərk edə bilmədiyimə, xarakterlərə həddinən artıq sadəlövh yanaşmağıma görə özümü qınayıram.
    Yəqin ruhunuza agah olmamış deyil ki, bu gün sizlərə qibtə eləyən, az qala həsəd aparan neçə-neçə “Qeyslər”, “Mahmudlar” mövcudur.
    Biləsiniz ki, müasir “Leylilər” Qeysləri Məcnuna yox, yazıqlar-yazığına, “Əslilər” Mahmudları Kərəmə yox, milli düşmən obrazına çevirirlər.
    Xoşbəxt Məcnun, sən ona görə xoşbəxtsən ki, səni biyabana salan müqəddəs bir eşq, ülvi bir sevgi idi. Bu dövrün “Qeysləri” əndazədən çıxan iddialar, tələblər, ehtiyaclar, hətda iftiralar üzünnən Daha ətraflı »

  • 12Noy
    Digər QLOBAL BAKI FORUMU QLOBAL SİYASƏTƏ AİD TƏXİRƏSALINMAZ VƏ VACİB MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ BAXIMINDAN APARICI PLATFORMALARDAN BİRİNƏ ÇEVRİLİB üçün şərhlər bağlıdır

    Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilmişdir.

    Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış etmişdir. Çıxışında bildirmişdir ki, son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Bu günlər inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı.

    Bildirdi ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib. Mərkəz beynəlxalq münasibətlər sistemində mühüm rola malikdir.

    Həmçinin, ölkəmiz beynəlxalq arenada öz təşəbbüsləri ilə müsbət imic formalaşdırıb. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Azərbaycan hər zaman bu sahədə özünün ədalətli mövqeyini ortaya qoyub. Daha ətraflı »