Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Xəbərlər QAZİLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə süfrə arxasında əlilliyi təsdiq olunmuş qaziləri qəbul edib, onların müraciətlərini dinləyiblər. Qazilər əlilliyin təyin olunmasında süni surətdə yaradılan maneələr, minik avtomobili, yaşayış evi və həyətyanı sahə ilə, ailə üzvlərinin işlə təmin olunması, icarələrinə torpaq verilməsi, qaçış aparatı ilə təminat, qazilərə tibbi xidmət göstərmək üçün xəstəxana tərəfindən ayrıca ambulansın ayrılması və s. məsələlərlə bağlı müraciət ediblər. Edilən müraciətlər diqqətlə dinlənilib, bəzi məsələlər yerində həll edilib, rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunmayan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edilib. Daha ətraflı »

  • 20İyl
    Kənd Təsərufatı Tərtər rayonunda 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkiləri əkinlərinin yekunları üçün şərhlər bağlıdır

    2022-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 25343.3 hektar olmuş və keçən illə müqayisədə 207.3 hektar və yaxud 0.8 faiz azalmışdır.
    Rayon üzrə əkin sahəsinin 8364.3 hektarını və yaxud 33 faizini dənli və dənli paxlalı bitkilərin, 6088.1 hektarını və yaxud 24 faizini texniki bitkilərin, 1375.5 hektarını və yaxud 5.4 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 9515.4 hektarını və yaxud 37.6 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar Dənli və dənli pax-lalı bitkilərin 3976.7 hektarı (47.5%) buğda, 4126.2 hektarı (49.3%) arpa, 173.5 hektarı (2.1%) dən üçün qarğıdalı, 84.9 hektarı noxud, 2 hektarı lobya, 0.5 hektarı darı və 0.5 hektarı soya əkinlərindən ibarətdir.
    Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əv-vəlki ilə nisbətən 653.4 hektar və yaxud 7.2 faiz, o cümlədən buğda əkini 1318.3 hektar və yaxud 24.9 faiz, dən üçün qarğıda-lı əkini 16 hektar və ya 8.4 faiz azalmış, arpa əkini 621 hektar və ya 17.7 faiz artmışdır. 2022-ci ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (651 hektar), Hüsənli (593 hektar), Bəyim-sarov (535 hektar), Qaraağacı (482 hektar) inzibati ərazi dairələrində əkilmişdir. Daha ətraflı »

  • 19İyl
    Digər Görülən işlər tarixi əhəmiyyət kəsb edir üçün şərhlər bağlıdır

    İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə möhtərəm Prezidentimiz İlham Əliyevin nitqi ölkəmizin hər yerində olduğu kimi, tərtərlilər tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb. Müasir dünyamızda ayrı-ayrı ölkələrin çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın uğurla inkişaf etməsi,  bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi gələcəyimizin daha yaxşı  olacağına inam yaradır.

    Həmçinin ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, bu sahədə görülən işlər həm ölkəmiz, həm də bizimlə əməkdaşlıq edən digər ölkələr üçün  tarixi əhəmiyyət kəsb etdiyini göstərir.

    Dövlətimizin başçısı qeyd edib ki, iqtisadi müstəqillik əsas amillərdən biridir  və  burada da böyük nailiyyətlər var. İqtisadi müstəqillik  siyasi müstəqilliyi təmin edir. Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz.

    Bildirilib ki, iqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində  proqnozdan əlavə 2 milyard pul yığıldı.

    Azərbaycanın enerji imkanları barədə ətraflı məlumat verən cənab İlham Əliyev diqqətə çatdırıb ki, bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda da inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına.

    Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı, ərzaq təhlükəsizliyi, sosial siyasət, kadr hazırlığı ölkə başçısının diqqət yetidiyi əsas məsələlər olub.

    Bütün bunlar hər birimizdə əminlik yaradır ki, Azərbaycan qarşıya qoyulmuş  hədəflərə çatacaq.

                                                                                         Svetlana Bağırova, “Yeni Tərtər”

    qəzetinin redaktoru

  • 19İyl
    Digər İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir üçün şərhlər bağlıdır

    İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

    Dövlətimizn başçısı müşavirədə giriş nitqi söyləyib.

    Dövlətimizin başçısı bildirib ki, cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

    Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.

    Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

    Qeyd olunub ki, Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək – humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.

    Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.

    Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.

    Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır. Daha ətraflı »

  • 18İyl
    Digər Sülh müqaviləsinin imzalanması 10 noyabr 2020 ci il Bəyənnaməsinin tələbidir. üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cənablarının  rəhbərliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə  dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı. Müşavirədə çıxış edən dövlət başçısının xarici siyasət kursu ilə bağlı mesajları ölkəmizin geopolitik mövqeyinin gücləndiyini, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm tərəflərdən birinə çevrildiyini təsdiqlədi.

    Möhtərəm  Prezidentimiz İlham Əliyev cənablarının fikirləri respublikamızın  beynəlxalq güclər üçün əhəmiyyətini tam şəkildə ortaya qoydu.  Azərbaycan liderinin rəsmi İrəvanın hər hansı bir destruktiv mövqeyinə qarşı sərt təpki göstəriləcəyini qətiyyətlə bildirməsi dövlətimizin haqlı mövqeyinin dünya tərəfindən qəbul edildiyinin bariz nümunəsi kimi diqqət çəkdi. Eyni zamanda, ölkə rəhbərinin müşavirədə Ermənistanın Azərbaycanın beş şərti ilə razılaşmasını və sülh sazişinin imzalanmasının mümkünlüyünü elan etməsi çox mühüm bir hadisə idi.

    Müşavirədə  Möhtərəm Prezidentimizin  sülh prosesi ilə bağlı mesajları hərb meydanında öz ərazi bütövlüyünü bərpa edən dövlətimizin qlobal arenada da qalib mövqedə olmasının təsdiqi idi. Dövlət başçısının sülh prosesinə nəyinsə xatirinə getməyəcəyini, məlum 10 noyabr Bəyannaməsinin müddəalarının yerinə yetirilmədiyi təqdirdə Azərbaycanın gücünü düşmənə göstərəcəyini diplomatik dillə ifadə etməsi də mühüm siyasi əhəmiyyət daşıdı. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Mənəvi borcun təzahürü üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial və mənəvi dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır. Şəhid ailələrinə ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğı yüksək mənəvi borcun bir təzahürüdür. Göstərilən nümunədən Tərtər rayonunun yerli dövlət qurumları da bəhrələnərək şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşırlar. Yerli dövlət qurumlarının nümayəndələri tez-tez şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərini yerində həll edir, ailələrə maddi və mənəvi dəstək göstərir, şəhidlərin məzarlarını ziyarət edir, önünə gül-çiçək dəstələri düzürlər.
    Bu günlərdə İcra hakimiyyətinin təşəbbüsü ilə daha bir yeniliyə imza atılıb. Rayondan olan şəhidlərin doğum və anım günlərində mərkəzi meydanda yerləşən monitorda onların qısa, lakin mənalı ömür yolları barədə videoçarxlar nümayiş etdirilir. Daha ətraflı »

  • 07İyl
    Kənd Təsərufatı Rayonumuzda taxıl biçini davam edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunda bu il 8102.9 hektar sahədə taxıl becərilib. Onun 3976.7 hektarı buğda, 4126.2 hektarı dən üçün arpadır. Bu günədək 7097.7 hektarda taxıl sahələrinin 87.6 faizində biçin aparılıb. Biçilmiş sahələrdən 28692.4 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq 40.4 sentnerdir. Arpa biçini başa çatıb. 4126.2 hektar arpa sahəsindən 15891.9 ton məhsul götürülüb. Hər hektar arpa sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.6 sentner artaraq 38.5 sentner olmuşdur. Bu günədək 3976.7 hektar buğda sahəsindən 2971.5 hektarı biçilib. Biçilmiş buğda sahəsindən 12800.5 ton məhsul əldə edilib. Hər hektar buğda sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.2 sentner artaraq 43.1 sentner olmuşdur. Buğda biçini davam edir.

     Tərtər Rayon Statistika İdarəsi

  • 07İyl
    Xəbərlər Polis işçilərinin peşə bayramı günü qeyd edildi üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, öz çıxışında Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan polisi Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, ot, taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən pambığın becərilməsi, barama tədarükünün yekunlaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatı məsələləri müzakirə olunub. Həmçinin vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Həftə ərzində keçirilən görüşlər bəhrəsini verməkdədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Belə görüşlər zamanı sakinlərin problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
    Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
    Nəzərinizə çatdıraq ki, sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proq-nozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər. Daha ətraflı »