Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Digər DÖVLƏTÇİLİK TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
    Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edildi. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər 20 İYUN BEYNƏLXALQ QAÇQINLAR GÜNÜDÜR üçün şərhlər bağlıdır

    DOĞMA YERLƏRİN NİSGİLİ GÖYNƏDİR DİDƏRGİNLƏRİ

    UZANIB GEDƏN YOLLAR BİZİ ARZULARIMIZA ÇATDIRACAQ…

    Yollar… yollar!… Hava yolu, su yolu, maşın yolu, piyada yolu, ömür yolu, düz yol, əyri yol… Hər yolun bir sonu, bir dayanacaq nöqtəsi… Bu yolların uzanıb gedəni, mənzil başına çatmaq üçün həm qısa, həm də uzun olanı var. Arzulayaq ki, yollarımız asan keçidlərdən keçsin.
    İndi isə ürəyimdən elə yollardan söz açmaq keçir ki, onlar hamının arzusu, istəyidir. Bunlar, bizi üzü dağlara sarı, doğma yurd yerlərinə aparan yollardır. Üzü yoxuşa doğru uzanan, kol-kos basmış, bu yolların hər döngəsində pusquda yatmış yırtıcıların hiyləsi durur, o əziz yerlərlə görüşümüzü çətinləşdirir.
    Şəhərimizdən dağlara sarı uzanan yolun başlanğıcındayam. Xəyalım yenə pərən-pərən olub. Yaxın keçmişimizlə dərdləşirəm. Gözümün önündə hələ yeni-yetmə çağlarımda gördüyüm cığırlar, sağ tərəfdə meşələr, sıldırım qayalar, sol tərəf də isə zəhmətlə tikilmiş kənd evləri, salınmış bağbağatlar canlanır. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər “BİZ QAÇQIN DEYİLİK, BEHİŞTDƏN QOVULANLARIQ” üçün şərhlər bağlıdır

    1988-ci ildən ermənilər bu behişti cəhənnəmə döndərmişdilər. Şuşalılar var qüvvələri ilə müdafiə olunurdular. Mən həmin vaxt Şuşa polisində çalışırdım. İlk zamanlar özünümüdafiə dəstələri yaradaraq, bizdən qat-qat güclü olan, təpədən dırnağadək silahlanmış düşmənə müqavimət göstərirdik. Amma ruhdan düşmürdük. Çünki hər kəs bilirdi ki, Şuşa alınmaz qaladır.
    Lakin o zamanlar hakimiyyət başında dayananlar xəyanətkar mövqe tutaraq, Azərbaycanın bu dilbər güşəsinin işğalına şərait yaratdılar.
    Biz şuşalılar bundan sonra da mübarizəmizi dayandırmadıq. Mən özüm Ağdərə, Kəlbəcər–Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm.
    Atam rəhmətlik Qurban Quliyev də polis işçisi olub. Uzun müddət Tərtərdə Polis Şöbəsinin rəisi işləyib. Qardaşım, Şuşa Polis Şöbəsinin keçmiş rəisi Eldəniz Quliyev düşmənə qarşı döyüşlərdə həlak olub. Hazırda iki oğlum – Elxan, Orxan Şuşa Polis Şöbəsində xidmət edirlər. Kürəkənim də polis əməkdaşıdır. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər LAÇINSIZ GÜNLƏR üçün şərhlər bağlıdır

    Redaksiyada Laçın qaçqını Əliyev Kamal İbrahim oğlu ilə söhbət edirik. Kamal ixtisasca müəllimdir. Atası İbrahim kişi də uzun müddət yaşadıqları Laçın rayonunun Zerti kəndində müəllim, məktəb direktoru işləyib. Kamal müəllim deyir:
    –Kəndimiz təbiətin gözəl bir guşəsində qərar tutmuşdu. Alt tərəfi düzənlik, üst tərəfi isə dağlar və sıx meşəliklərdən ibarət idi.
    Ailədə 10 nəfər idik. Laçında gözəl şəraitimiz – ev-eşiyimiz, 11 başdan çox mal-qaramız 30-40 xırdabuynuzlu heyvanımız, 100-ə yaxın arı ailəsi vardı. Bir sözlə, dağ şəraitində insana nə lazımdırsa, onun hamısı bizdə vardı.
    Laçın işğal olunanda ailəmizlə birlikdə yaxınlarımız–5 ailə 1 maşına yığılıb çətinliklə də olsa Ağdamın Quzanlı kəndinə gəldik. 3-4 ay orada qalandan sonra həmin ilin avqust ayının sonunda Şıxarx qəsəbəsinə köçdük. Orada atamla birləşib məktəb təşkil etdik. Dörd il orada işləyəndən sonra atam bu dərdə dözməyib elə Laçın deyə-deyə dünyasını dəyişdi. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər KƏLBƏCƏR HƏSRƏTİ üçün şərhlər bağlıdır

    Uca dağlar başında qərar tutan Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
    Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əliyalın dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovularaq didərgin salınıb.
    Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və həmçinin Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Təəssüflər olsun ki, indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
    Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respulikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıb. İşğal nəticəsində Kəlbəcərdən 53 min 340 nəfər adam qovulmuş, 511 nəfər dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər CÜMHURİYYƏTİN 100 İLİ: BU TARİX HƏM DƏ AZƏRBAYCAN ƏDLİYYƏ SİSTEMİNİN 100 YAŞI DEMƏKDİR üçün şərhlər bağlıdır

    Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və bu, hər yerdə yüksək səviyyədə qeyd edilir. Prezidentimizin qərarı, heç şübhəsiz ki, hamılıqla , bütün Azərbaycan xalqının ürəyincə olub. Bu da səbəbsiz deyil.
    Azərbaycan Xalq Cümhuriyyəti özünü Şərqdə ilk demokratik dövlət elan etməklə bəşəri, dünyəvi , hüquqi təməllər üzərində islahatlar həyata keçirməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət, ədalətli cəmiyyət yolunda ilk addımlar atmağı qarşısına məqsəd qoymuşdu. Bu mənada ilk yaranan hökumətin tərkibində ədliyyə nazirliyinin mövcudluğu da təsadüfi hal sayılmamalıdır.
    Cümhuriyyətin 100 ili: bu tarix həm də Azərbaycan Ədliyyə sisteminin 100 ili deməkdir. Bu mənada Azərbaycan ədliyyə sisteminin keşməkeşli yoluna nəzər yetirsək, elə bilirik ki, hamı üçün maraqlı olar.
    Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də–Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Xəlil bəy Xasməmmədov isə ilk Ədliyyə naziri kimi Azərbaycan tarixinə düşüb. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər 18 İYUN AZƏRBAYCANDA MİLLİ İNSAN HÜQUQLARI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azad-lıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub.
    2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub. Daha ətraflı »

    Teqlər:

  • 29May

    Digər üçün şərhlər bağlıdır

    Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır”.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 29May
    Digər KEÇMİŞİMİZƏ EHTİRAM VƏ HÖRMƏT üçün şərhlər bağlıdır

    Bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edildi.
    Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında isə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib və bununla bağlı tədbirlər keçirilməkdədir.

    1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Digər CÜMHURİYYƏT TƏLƏBƏLƏRİ üçün şərhlər bağlıdır

    1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərslik nəşr edilmişdi, ölkənin müxtəlif bölgələrində seminariyalar açılmışdı, Bakı Dövlət Universiteti təsis edilmişdi və Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olunmuşdu. Universitetin açılmasını məhdudlaşdırmadan, ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti, milli kadrlar ha-zırlamaq üçün yollar axtarırdı.
    Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verilmişdi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın nailiyyətlər siyahısını sayanda, qeyd edirdi: “Müxtəlif sahələrdə ali təhsil üçün—memarlıq və etnologiyadan tutmuş təyyarə və gəmiqayırmaçılığa qədər dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbə Avropanın ən yaxşı məktəblərinə göndərilib”. Daha ətraflı »

    Teqlər: