Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Digər üçün şərhlər bağlıdır

    00000Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Sen
    Digər KƏND HƏYATI üçün şərhlər bağlıdır

    MAMIRLIDA GÖRDÜKLƏRİMİZ

    DSC_4701DSC_4725Rayonumuzun iri inzibati ərazi dairələrindən biri də Mamırlıdır. Bu dairə iki kəndi–Mamırlı və Poladlı kəndlərini əhatə edir. Kəndlərin fermerləri bu il 65 hektar sahədə buğda və 130 hektarda arpa becərmişdilər. Hər iki sahədə aqrotexniki tədbirlər vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığı üçün buğda zəmilərinin hər hektarında məhsuldarlıq 38 sentnerə, arpa sahələrində isə 39 sentnerə yüksəldi. Bu işdə fermerlər Cümşüd Məmmədov, Məhər Allahverdiyev, Namiq Məmmədov və Sərhəd Vəliyev daha çox əmək sərf etmişlər.
    Mamırlı kənd İnzibati Ərazi Darirəsində təsərrüfat işlərinin gedişi ilə yaxından tanış olmaq üçün kənd icra nümayəndəsi Şikar Əliyev, Mamırlı Bələdiyyəsinin sədri Kamal Quliyev və icra nümayəndəsinin müavini Şahid Məmmədovla birlikdə pambıq, tarlalarına, çuğundur plantasiyalarına, yonca sahələrinə baxdıq. Günortanın istisi olmasına baxmayaraq, fermer Elbrus Salahov pambıq tarlasında idi. Burada pambıq kolları yaxşı inkişaf etmişdi. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Digər VƏTƏNPƏRVƏRLİK ƏMƏLLƏ İSBATLANIR üçün şərhlər bağlıdır

    DOQQUZUNCU DALĞA

    Umudluновый-211Xalqımız həmişə vətən, yurd sevərliyi ilə seçilib. Vətənə, yurda bağlılıq onun mental xüsusiyyətlərindəndir.
    Bəs nədən başlanır vətənpərvərlik, vətən sevgisi?
    Bu, hər şeydən əvvəl ana laylası, ana südüylə hopur ruhumuza və varlığımıza. Beşik, doğma od-ocaq, udduğumuz ilk vətən havası yurd anlamını, yurd sevgisini doğurur, cücərdir. Onun hər qarışını tanıyır və sevirsən. Şüurunda bu yurd anlamı, qəlbində bir yurd sevgisi formalaşır. Bu doğma yurddur–kiçik vətəndir.
    Kiçik vətəndən başlanır böyük vətən.
    Yurd sevgisindən başlanır vətən sevgisi, vətən məhəbbəti. Çay bulaqdan, dəniz çaydan başlanan kimi.
    Vətəni seçmirlər. Tanrı töhfəsi kimi qəbul edir, sevir və qoruyurlar Vətəni.
    Anarın Dədə Qorqudun diliylə dediyi kimi: “Torpağı əkməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”.
    Ana Vətən anlamının özəyində Ana Torpaq anlamı durur.
    Biz ondan intişar tapır, ona qayıdırıq. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Digər AŞIQ ƏLƏSGƏR CAVANŞİR QƏZASINDA üçün şərhlər bağlıdır

    240px-Ashig_AlesgerAşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində təxminən 1821-ci ildə anadan olub. Ailənin böyük uşağı olan Ələsgəri atası Alməmməd kişi Kərbalayı Qurbana köməkçi verir. Bir qədərdən sonra Kərbalayı Qurbanın yeganə övladı Səhnəbanu ilə Ələsgər arasında məhəbbət yaranır. Bu məhəbbətin pozulması ömrü boyu Ələsgər yaradıcılığında öz əksini tapır.
    Aşıq Ələsgər çox iti hafizəyə, fit-ri istedada malik olub. Ən nəcib insani kefiyyətləri özündə birləşdirən ustad böyük hörmətlə bir əsrdən artıq ömür sürüb. 1905-ci və 1918-ci illərdə Göycənin ermənilər tərəfindən dağılması mahalda ağır böhran yaradır. Var-dövləti talan edilmiş qoca aşıq isti yuvasından didərgin salınır. Aşıq bu ağır kədəri öz qoşmalarında ifadə edir: Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər MEHRİBAN XANIMI TƏRTƏRDƏ ÇOX SEVİRLƏR üçün şərhlər bağlıdır

    14890593315818035388_1000x669Mehriban xanım Əliyevanı bütün Azərbaycan sevir. Tərtərdə də ölkənin Birinci vitse-prezidentinə xüsusi doğma münasibət var. Deyirlər ki, əsl doğmalıq çətin gündə bilinir. Ötən ilin aprel hadisələri zamanı biz bunun şahidi olduq. Erməni quldurlarının açdıqları artilleriya atəşləri nəticəsində evləri dağılmış, böyük çətinliklərlə üzləşmiş insanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Tərtərdə öz həyətlərində görəndə, inandılar ki, onlar tək deyillər. Hər bir şey əvvəlkindən də yaxşı olacaq. Prezident İlham Əliyevin və Mehriban xanımın sakinlərlə görüşü zamanı təlaş, həyəcan hissləri sevinclə əvəz olunurdu.
    Həmin unudulmaz gündə qızı Elmira Səfərovanın zəhmət bahasına tikdirdiyi evin qalıqlarının yanında Maya nənə əsl övlad məhəbbəti ilə onu qucaqlayan bu böyük, xeyirxah insanlara demişdi:
    –Düşmənimiz çox qəddar və məkrlidir. Ancaq onlar eşitsinlər ki, evimizi dağıda bilərlər, bizə maddi ziyan vurarlar, lakin ürəyimizdəki inam hissini, dövlətimizə, ölkəmizin başçısına, Mehriban xanıma olan məhəbbəti azaltmaq mümkün deyil. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər İtkinlərimiz üçün şərhlər bağlıdır

    MƏZARI OLMAYAN ŞƏHİD

    новый-2Müharibənin insanlara gətirdiyi ən böyük fəlakətlərdən biri də itkin dərdidir. Belə bir faciə ilə üzləşənlər illər uzunu əzizinin ölümünə inana bilmir, hər addımda, hər an onunla görüşəcəklərini düşünürlər. Rayonumuzun Sarov kəndindən olan Şirinovlar ailəsində də 24 ildən çoxdur oğul yolu gözləyirlər.
    Məzahir Şirinov 1968-ci ildə Sarov kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdi. Orduda olduğu iki il valideynlərinə 20 il qədər uzun gəlmişdi. Qarşıdakı ayrılıqdan xəbəri olmayan ata-ana oğulun qayıtması münasibətilə qurban kəsib paylamışdılar.
    Mingəçevir şəhərində texnikuma daxil olanda, yenə də qurban kəsildi. Qonşular Pakizə anaya gözaydınlığı verib deyirdilər: “Gün o gün olsun, Məzahir məktəbi bitirsin, toyunu eləyəsiniz”.
    Bu zaman artıq ailənin kiçik oğlu Habil Qarabağ uğrunda döyüşlərə qatılmışdı. Qardaşlar vaxt tapıb görüşəndə, söhbət yalnız bu mövzu ətrafında gedirdi. Məzahiri nə illər uzunu can atdığı təhsil, nə də ailə həyatı maraqlandırırdı. O, qardaşının, digər döyüşçülərin yanında olub bu amansız müharibədə vətən qarşısındakı borcunu yerinə yetirməyə can atırdı. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər BİR DOSTLUĞUN TARİXİ üçün şərhlər bağlıdır

    nuvar1964-cü il idi. Həyat yoldaşım Məcid Məmmədov Böyük Vətən müharibəsi əlili, həm də müəllim olduğu üçün ona İstisudakı sanatoriyada dincəlmək üçün putyovka vermişdilər. Biz ailəlikcə getdik və sanatoriyanın yaxınlığında alaçıq qurduq. Qonşuluqdakı alaçıqda İmişli rayonundan olan nənə öz məktəbyaşlı nəvəsi ilə qalırdı. Həmin nəvə ilə mənim böyük oğlum Nizaminin arasında bir-iki yaş fərq vardı.
    Buna baxmayaraq, yoldaşlıq edir, günlərini bir yerdə keçirirdilər.
    Günlərin birində qonşu alaçıqdan səs gəldiyini eşitdim. Bu, Nizaminin dostu Səyyadin səsi idi. O, kömək istəyirdi.
    Kiçikyaşlı qızımı yerə qoyub, qonşulara tərəf qaçdım. Səyyadın nənəsi qızdırmanın içində alışıb yanırdı. Uşaq isə nə edəcəyini bilmir, için-için ağlayırdı.
    Öz alaçığımza keçib, soyuqdəymə zamanı istifadə olunan bütün vasitələrdən gətirdim. Yaşlı qadına lazımi yardım göstərdim. Bir azdan onun hərarəti düşdü və özünə gəldi. Bu xəbər arana çatanda, nənənin oğlanları gəlib çıxdılar. Hamı bizə təşəkkür edirdi. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər BELƏ YERDƏ YAŞAMAĞA DƏYƏR üçün şərhlər bağlıdır

    Изображение 258Hər bir yaşayış məntəqəsində insanların həyat tərzinə güclü təsir göstərən amillərdən biri də yol infrastrukturudur. Əgər yollar yaxşıdırsa, gərginlik azalır, insanlar vaxta qənaət edir, mənzil başına rahat çatırlar.
    Bu baxımdan 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər–Seydimli–Qaradağlı–Sarov avtomobil yolunun tikintisinə başlananda, bu ərazilərdə yaşayanların hamısı çox sevindi. Artıq tikinti işlərinin böyük bir hissəsi görülüb. Həmin yolun 18-ci kilometrində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün tikintisi başa çatıb.
    Yayın isti günlərində hərdən ailəlikcə yola çıxıb, qohum-tanışları yoxlamağa gedəndə, istirahət məkanlarına üz tutanda, bu rahatçılığı bizə yaradan insanlara minnətdar oluruq.
    Qeyd etmək istəyirəm ki, rayonumuzun abadlığı yalnız bu yoldan bilinmir. İndi Tərtərin küçələrinə üz tutsan, görülən quruculuq işlərinin şahidi olarsan. Xüsusən yay aylarında kənar ölkələrdə, şəhərlərdə yaşayan tərtərlilər rayonumuza gəldikdə, dəyişiklikləri heyranlıqla müşahidə edirlər. Son illər yüzlərlə rayon sakini qürbətdən vətənə dönərək, burada münasib bir iş qurub, yaşamağa üstünlük verir. Belə də olmalıdır. Ona görə ki, günü-gündən gözəlləşən, dəyişən Tərtərdə həm də sosial məsələlər həllini tapıb. Əhali 24 saat ərzində elektrik enerjisi və mavi yanacaqla təmin olunur.

    Surxay HÜSEYNOV,
    Bəyimsarov kənd İƏD üzrə icra nümayəndəsi

    Teqlər:

  • 08Sen
    Digər CƏBHƏYANI KƏNDLƏRİMİZ: QAZYAN VƏ YUXARI QAPANLI üçün şərhlər bağlıdır

    ZƏHMƏT VƏ QAYĞI İLƏ DOLU GÜNLƏR

    000jjBu dəfə yolumuz Qazyan və Yuxarı Qapanlı kəndlərinədir.şmənlə təmas xətti boyunca yerləşən bu kəndlərin əhalisi Dağlıq Qarabağ münaqişəsi başlayandan müharibə şəraitində yaşayır. Amma ilk baxışda bu, hiss olunmur. Hər yerdə olduğu kimi, burada da sakinlər əkib-becərir, öz qayğıları ilə yaşayırlar.
    Müsahibimiz Qazyan kənd İƏD üzrə nümayəndə Azər Cabbarovdur. Azər müəllim o insanlardandır ki, onlar haqqında pafos xatirinə yox, sözün həqiqi mənasında deyirlər ki, həyatını doğma kəndinə həsr edib. Müharibənin ağrı – acısını, əzab-əziyyətini həmkəndliləri ilə birgə yaşayıb, xoş günlərində onlarla bir yerdə olub.

    İndi kənddə təsərrüfat işlərinin ən qaynar çağı olduğundan, söhbətimizə də elə bu mövzudan başladıq. Öyrəndik ki, ərazidə, yəni Qaynaq və Yuxarı Qapanlı kəndlərində bu il rekord miqdarda – 458 hektar sahədə pambıq əkilib. Ötən il bu rəqəm cəmi 60 hektar təşkil edirdi. Bundan əlavə, 259 hektarda çuğundur, 14 hektarda sorqo əkilib, 200 hektarda isə yoncalıqlar yerləşir. Arpa və buğda biçini də müvəffəqiyyətlə başa çatıb. 79 hektar arpa zəmisinin hər hektarından 29, 56 hektar buğda sahəsinin hər hektarından isə 34,9 sentner məhsul götürülüb. Daha ətraflı »

    Teqlər:

  • 31Avq

    Digər üçün şərhlər bağlıdır

    ilham_aliyev_main__221216_2Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər: