Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar
    Digər “ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    Изображение 067DSC_6876Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahəti təşkil olunur.
    Tərtər rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup “Lənkəran-Masallı-Astara” marşrutu üzrə yola salınıb.
    Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb.
    Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra respublikamızın cənub bölgəsinə səfər ediblər.
    Tur-aksiya müvəffəqiyyətlə başa çatıb və şagirdlər xoş təəssüratlarla rayonumuza qayıdıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Mar
    Digər DOSTCASINA YAŞAMAQ HƏYAT TƏRZİMİZDİR üçün şərhlər bağlıdır

    b422de4d-86f0-4076-be29-242fa2e9cd21Tərtər şəhərinin özündə və kəndlərində müxtəlif xalqların və milli azlıqların nümayəndələri uzun illərdir ki, dostcasına, mehriban şəraitdə yaşayırlar. Onların arasında ruslar, ukraynalılar, ləzgilər və digərləri vardır. Ölkəmizdə bu insanların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb.
    Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Lakin burada yaşayan bütün dinlərin nümayəndələrinin hüquqları eyni səviyyədə qorunur.
    Müxtəlif xalqların nümayəndələri həyat tərzimizə, adət-ənənələrimizə hörmət bəsləyir, bizimlə birgə bayramlarımızı qeyd edirlər. Onlar yaxşı günlərimizdə də, çətin günlərimizdə də azərbaycanlılarla çiyin-çiyinə olurlar. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRLƏRİ 7,6 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2016-cı ildə Tərtər rayonunda əhalinin gəlirləri 205,6 milyon manat, əhalinin hər nəfərinə düşən gəlirləri 2575,7 manat təşkil etmişdir. 2015-ci ilə nisbətən əhalinin gəlirləri 7,6 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər isə 6,6 faiz və ya 159,8 manat artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 31Mar
    Digər 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    QANLI LƏKƏ

    1301565518_19180Xalqımıza qarşı iki əsr davam edən soyqırım düşünülmüş, genişmiqyaslı qanlı aksiya olub.
    1813-1828-ci illərdə Rusiya-İran müharibəsi Azərbaycanı ikiyə böldü. Türkmənçay və Gülüstan müqavilələri bu bölgüyə öz möhürünü vurdu.
    Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngilanın 75 kəndini viran etmişdi. Həmin dövrdə İrəvan quberniyasında ermənilərin sayı köçürülmə yolu ilə artmış, azərbaycanlıların sayı azalmışdı.
    Birinci dünya müharibəsindən sonra ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail oldular. Bakıdan azərbaycanlıların çıxarılması planını həyata keçirməyə başladılar. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Qubada, Şamaxıda insanları məscidə doldurub od verirdilər. Bu vəhşilik Qarabağda, Zəngəzurda, Naxçı-vanda, Lənkəranda da həyata keçirilirdi. 1918-ci ilin mart-aprel aylarında bu qırğın daha dəhşətli oldu. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər MİLLİ QIRĞIN üçün şərhlər bağlıdır

    1301565465_19187Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər MƏKTƏBLİ QIZIN ŞƏHİD NİCATA VƏ ONUN VALİDEYNLƏRİNƏ MƏKTUBU üçün şərhlər bağlıdır

    nicat1Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
    Əziz həmvətənlim, Sənə Lələ Təpənin qəhrəman oğlu desəm, daha düzgün olar.
    Nicat qardaşım! Sən həmin gün şəhidliyinlə Maya ananın, Bəhruz atanın, bir el gözəlinin gözlərini ağlar qoydun, ancaq Vətən tarixinə öz qanınla qəhrəmanlıq salnaməsi yazdın. Düşünürəm ki, sənin adında da dərin məna var. Çünki işğal altında olan torpağımızın bir parçasının alınması üçün öz köməyini əsirgəmədin, xalqımızın çoxdan gözlədiyi Qələbəyə aparan yola öz qanınla ilk imzanı atdın. Bizləri nicata, arzularımıza çatdırdın. Öz gənclik arzularına son qoydun. Milyonların diləyini göyərtdin. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər 25 İL ƏVVƏL TÖRƏDİLMİŞ FACİƏ üçün şərhlər bağlıdır

    Изображение 183Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
    Dərnək rəhbərləri Nuranə Mahmudova və Sənubər İsmayılova faciə qurbanlarına çevrilmiş uşaqların yerə-göyə sığmayan müsibətindən danışıblar.
    Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
    Tədbirin sonunda “Xocalı faciəsi” haqqında qısametrajlı sənədli film göstərilib.

    Ülviyyə Qənbərova,
    rayon uşaq yaradıcılıq mərkəzinin direktoru

    Teqlər:

  • 31Mar
    Digər “VƏTƏN NAMİNƏ” üçün şərhlər bağlıdır

    Изображение 011Madagiz uğrunda gərgin döyüşlər gedirdi. Bu odun-alovun içinə jurnalistlər də gəlib çıxmışdılar. Vəzir Orucov təkidlə onları uzaqlaşdırmağa çalışsa da, öhdələrindən gələ bilmirdi.
    Operator döyüşü çəkməklə yanaşı, komandirə suallar da verirdi.
    “Ən qocaq döyüşçümüz kimdir?” – sualına Vəzir Orucovun tələsik cavabı belə oldu: “Elə hamısı”. Sonra bığaltı gülümsündü. O, çox ciddi adam idi və yoldaşları təsadüfi hallarda gülümsədiyini görərdilər.
    Əgər aramızdakı ən qoçaq oğlanı axtarırsınızsa, indi ona əmr edərəm, sizi döyüşdən çıxarar, – deyə dilləndi.
    Sonra Rövşən Məmmədovu yanına çağırıb, təcili jurnalistləri döyüş meydanından uzaqlaşdırmağı tapşırdı. Əmr vaxtında verilmişdi. Çünki bundan sonra baş verən hadisələr jurnalistlərin salamat qayıtmalarını mümkünsüz edərdi. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər TEZLİKLƏ QƏLƏBƏ ÇALACAĞIQ üçün şərhlər bağlıdır

    JPEG Image (19332)Изображение 222Azərbaycan! Mən azərbaycanlı olmağımla fəxr edirəm. Doğulub boya-başa çatdığım qəhrəman Tərtərimlə fəxr edirəm.
    Azərbaycan xalqı qonaqpərvər, gözütox və sülhsevərdir. Xalqımız bütün dövlətlərlə dinc şəraitdə yaşamaq istəyir. Heç bir ölkənin torpağında gözümüz olmayıb. Lakin qərbdən bizimlə həmsərhəd olan Ermənistan dövlətinin nankor insanlarının gözləri əsrlər boyu torpaqlarımızda olub. Çörəyimizi yeyib, suyumuzu içib, bol-bərəkətli, sərvətli torpaqlarımızın sonuncu dəfə 20 % -dən çoxunu işğal etdilər. Müharibə zamanı yüzlərlə igid oğul və qızlarımız şəhid oldu.
    Xalqımız müharibə istəmir. Müharibə heç bir dövlətə xeyir vermir. Buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev torpaqlarımızı sülh yol ilə qaytarmaq istəyir.Bu, mümkün oımasa, əlbəttə, müharibə labüddür. Ötən il aprelin 1-dən 2-nə keçən gecə xainlər cəbhəyanı yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutdular. Tərtərdə və kəndləri-mizdə çox dağıntılar oldu. Qəhrəman oğullarımız bu dəfə də erməniləri yerində otuzdura bildilər. Uğur əldə edən əsgərlərimiz strateji əhəmiyyətli əraziləri geri qaytardılar. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər Erməni vandalizmi və onun acı nəticələri üçün şərhlər bağlıdır

    TARİXİN QANLI GERÇƏKLİKLƏRİ

    q1378q12Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
    1828-ci ildən bu yana İran və Türkiyədən gəlmə ermənilər «Böyük Ermənistan İmperiyası» yaratmaq xülyası altında millətimizə qarşı nə qədər qanlı münaqişələr, qətlamlar törətdilər! Bütün bunlara tarix şahiddir. Daha ətraflı »

    Teqlər: ,