Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    Digər üçün şərhlər bağlıdır

    003“…ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.”

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 15Mar
    Digər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır

    Hörmətli Mehriban xanım!
    Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xəbəri tərtərliləri də həddindən çox sevindirdi.
    Desək ki, Sizi Tərtərdə çox sevirlər, bu, azdır, Sizi bütün Azərbaycanda, hər bir ailədə, hətta Azərbaycanın hüdudlarından uzaqlarda da sevirlər. Siz Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi geniş və çoxşaxəli ictimai fəaliyyətinizlə, humanistliyiniz və xeyirxahlığınızla insanların böyük hörmətini qazanmısınız.
    Ulu Öndər Heydər Əliyev ocağının layiqli bir nümayəndəsi kimi, Siz ölkəmizin dünya miqyasında geniş tanınması və yüksək nüfuz sahibi olması üçün yorulmadan çalışırsınız. İndi böyük sevinc hissi ilə qarşılamağa hazırlaşdığımız Novruz bayramı məhz Sizin təşəbbüsünüz əsasında UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil olmuşdur. Xal-qımızın digər milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində də dəyərli işlər görürsünüz. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Digər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır

    Hörmətli Mehriban xanım!
    Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, ölkəmizin daha da çiçəklənməsi naminə xeyirxah və yorulmaz fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayıram.
    Hər bir azərbaycanlı qadın üçün Siz humanistlik, nəciblik, xeyirxahlıq simvolusunuz. Biz Sizinlə fəxr edirik. Ən çətin məqamlarda Siz ümid yerimizsiniz. Təsadüfi deyil ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu indiyədək minlərlə insanın müraciətini həll edərək, onlara sonsuz sevinc bəxş etmişdir. Heydər Əliyev Fondunun xeyirxah layihələri təkcə ölkəmizi əhatə etmir. Odur ki, Sizi Azərbaycanın hüdudlarından kənarda da sevirlər, rəğbət bəsləyirlər.
    Hörmətli Mehriban xanım!
    Hər bir qadının, ananın ən böyük arzusu sülhdür, əmin-amanlıqdır. Əminik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin düsünülmüş siyasəti və Sizin sülhsevər fəaliyyətiniz nəticəsində tezliklə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq, işğal altında olan torpaqlarımız erməni tapdağından tə-mizlənəcək.
    Hörmətlə,

    Fitat Əliyeva,
    Qapanlı kənd tam orta məktəbinin direktoru

    Teqlər:

  • 15Mar
    Digər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Əliyevaya üçün şərhlər bağlıdır

    Hörmətli Mehriban xanım!
    Ölkəmizin inkişafı naminə böyük səylərinizin zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz öz qabiliyyətiniz, mehribanlığınız, humanistliyinizlə Azərbaycan cəmiyyətinin böyük rəğbətini və hörmətini qazanmısınız.
    Tərtər ictimaiyyəti, tərtərli qadınlar əmindirlər ki, Sizin yeni vəzifəyə təyin olunmağınız ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bu qərarına görə bütün tərtərlilər adından möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
    Əziz Mehriban xanım, Prezident İlham Əliyevə və Sizə cansağlığı, xalqımızın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
    Hörmətlə,

    Sofya Həsənova,
    təqaüdçü

    Teqlər:

  • 15Mar
    Digər NOVRUZ BAYRAMINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA CİDDİ ƏMƏL OLUNMALIDIR üçün şərhlər bağlıdır

    Azerbaycan_Resp_FHN_emblemaAparılan təhlillər zamanı aydın olur ki, Novruz bayramı şənliklərinin və tədbirlərinin kecirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Bir cox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün secilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Belə ki, pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xət-lərindən, elektrik və rabitə xətləri cəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımcı tikili-lərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
    Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam sondürülənədək nəzarətdə saxlanılmalıdır. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım sacanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    01Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
    Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının
    Birinci vitse-prezidenti təyin edilsin.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 fevral 2017-ci il

    Teqlər:

  • 07Mar
    Digər RAYONUMUZUN İNKİŞAFINDA TƏRTƏRLİ QADINLARIN ƏMƏYİ BÖYÜKDÜR üçün şərhlər bağlıdır

    5422dae605c53f6e86bad9013cebcf25a2a2Azərbaycan qadınları tarix boyu fədakarlıqları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə seçiliblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərif cinsin nümayəndələri öz istedad və bacarıqlarından daha geniş şə- kildə istifadə etmək imkanı qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmışdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır

    MÜBARİZ İBRAHİMOV:
    BU, ƏFSANƏ DEYİL, HƏQİQƏTDİR

    a_508799fdMübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılıb.
    O, 2007-ci ildə çavuş rütbəsində hərbi xidmətini başa vursa da, mülki işlərdə rahatlıq tapa bilməyib. Məhz ürəyinin istəyi ilə 2009-cu ildə yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra ilə düşmənin silahlarından onların özlərinə qarşı istifadə edərək, 5 saat təkbətək döyüşür. Erməniləri ağır itkilərə məruz qoyur, zəif cinahlarını üzə çıxarır. Cəsur döyüşçü səhər saatlarında qeyri-bərabər vuruşmada qəhrəmancasına şəhid olur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər REDAKSİYAMIZIN SAXALİNDƏN GƏLƏN QONAĞI üçün şərhlər bağlıdır

    0416Изображение 214Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri Nazir Hətəmov Tərtərdə olarkən “Yeni Tərtər” qəzeti redaksiyasına gəlib, qəzetin yaradıcı kollektivi ilə görüşüb. Görüşdə “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Rusiyada yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. O deyib:
    –Rusiya kimi böyük bir dövlətdə siz xalqımızı təmsil edirsiniz. Ona görə də adət-ənənələrimizi qorumalısınız, Azərbaycan həqiqətlərini təbliğ etməlisiniz, həm də qürbətdə bir-birinizə dəstək olmalısınız.
    Nazir Hətəmov ÜAK-ın fəaliyyəti barədə qəzet işçilərinə məlumat verib. Göstərib ki, Ulu Öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranan bu diaspor təşkilatı fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsində, onların vətənlə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan mədəniyyətinin təbliğində çox böyük rol oynayıb.
    O deyib: Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər HƏR BİR UĞURUMUZ NƏNƏLƏRİMİZƏ HƏDİYYƏDİR üçün şərhlər bağlıdır

    4808Biz ailədə üç övladıq: iki bacım və mən. Hər üçümüz çalışırıq ki, öz uğurlarımızla nənəmizi sevindirək. Böyük bacım Solmaz Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır. Ortancıl bacım Nigar VIII, mən isə V sinifdə oxuyuruq. Hər ikimiz dərslərimizdən “əla” və “yaxşı” qiymətlər alırıq. Dəfələrlə məktəblilər arasında keçirilən sınaq yarışlarında diplom və Fəxri Fərmanlara layiq görülmüşük.
    Mən çalışıram ki, təhsildə daim qabaqcıl olum. İstəyirəm ki, Solmaz nənəm mənimlə qürur duysun. O, bizdən ötrü çox əziyyətlərə qatlaşır, əsl fədakar anadır. Yaşının çox olmasına baxmayaraq, ağır işləri görməkdən belə yorulmur.
    O həmişə deyir ki, məni bir polis işçisi kimi görmək istəyir. Mənim də ən böyük arzum gələcəkdə qanunlarımızın keşiyində durmaqdır. Nənəmə uzun ömür və cansağlığı diləyirəm ki, o, arzuladığı günləri görsün və həyatda yaşadığı bütün ağrı-acıları unutsun!
    Nənəmin timsalında bütün Azərbaycan qadınlarını–nənələri, anaları, bacıları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə xoş günlər arzulayıram.

    Məhərrəm Zeynalzadə,
    şəhər 6 saylı tam orta məktəbin şagirdi

    Teqlər: