Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Xəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    Şəhərimizin Elman Səfərov küçəsində inşası sürətlə və keyfiyyətlə davam edən 100 yerlik körpələr evi-usaq bağçasında işlər başa çatmaq üzrədir. Hər gün tikintidə 14-15 nəfər işçi çalışır. Tikintinin sifarişli təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER” MMC-dir. Layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar mühəndis”i Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.

    Teqlər:

  • 30Avq
    Xəbərlər TƏRTƏRDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurban kəsiləcək dini ənənələrə uyğun qurban mərasimi başladı.
    Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payı verildi.
    Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

    Teqlər:

  • 30Avq
    Xəbərlər KÜÇƏYƏ ŞƏHİDİN BARALYEFİ VURULACAQ üçün şərhlər bağlıdır

    Şəhid adlarının əbədiləşdirilməsi rayonumuzda ənənə halını alıb. Küçələrə, təhsil müəssisələrinə, bulaqlara şəhidlərin adları verilir, şəhərimizdə və kəndlərimizdə onların heykəlləri və büstləri ucaldılır, baralyefləri qoyulur. Son bir neçə ildə bu xeyirxah iş daha geniş vüsət alıb. Vəzir Orucov, Mübariz İbrahimov, Mehrac Mahmudov, Nicat İsgəndərov, İlqar Həsənov kimi şəhidlərimizin adları məhz son zamanlarda əbədiləşdirilib və həmin küçələrin girişində onların baralyefləri vurulub.
    Bu günlərdə şəhid Ədalət Paşayevin adını daşıyan küçə də tam əsaslı təmir olunub və asfaltlanıb. Həmin küçədə Ədalət Paşayevin baralyefinin vurulması üçün son hazırlıq işləri görülür.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Avq
    Xəbərlər TƏRTƏR RAYONUNDA İMTİYAZLI VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihəni davam etdirir. İctimai birliyin sədri Tahir Xudiyev, təşkilatın hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyətinin üzvü Məlahət Abdullayeva Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.
    Görüşdən əvvəl Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov, şöbə müdirinin müavini Elvin Umudovla keçirilən görüşdə layihənin vacibliyindən danışılıb. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Xəbərlər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır

    Vətən, torpaq, xalq uğrunda şəhid olanları fərəhlə yad etmək vacibdir. Onlar buna layiqdirlər. Canlarını qurban veriblər ki, sonra gələnlər xoşbəxt yaşasınlar.
    Həzrəti Əli
    Belə şəhidlərimizdən biri də Kərimov Aslan İsmayıl oğlu-dur. Aslan 1954-cü ildə Tərtər rayonunda ziyalı, sayılıb-seçilən bir ailədə–İsmayıl Kərimovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini şəhər 1 saylı tam orta məktəbində almışdır. Bakı Kooperativ İnstitutunu bitirmişdi. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Xəbərlər ABŞ-ın TANINMIŞ MEDİA TƏMSİLÇİLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    QƏLƏBƏ ÜMİDİ

    Tarix-Diyarşünaslıq muzeyində Ağdamın erməni faşistləri tərəfindən işğal edilməsinə həsr olunmuş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Aybəniz xanım tariximizin ağrılı günləri barədə məruzə söyləyib. Muzeyin elmi işçisi Xuraman Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova mərkəzin işçisi Ülviyyə Süleymanlı və mərkəzi kitabxanada uşaq şöbəsinin işçisi Cəmilə Səfərova çıxış ediblər. Onlar bildiriblər ki, hər bir azərbaycanlı, eləcə də ağdamlılar qələbə ümidi ilə yaşayırlar.
    Sonda tədbir iştirakçıları muzeylə yaxından tanış olublar.
    “Yeni Tərtər”

    Teqlər:

  • 30İyl
    Xəbərlər MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİ İLƏ REDAKSİYADA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzeti redaksiyasında keçirilən bayram yığıncağını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. O, qəzetin kollektivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib, cansağlığı və işlərində uğurlar arzulayıb.
    Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı.
    Bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsi-nə çalışır. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Xəbərlər İKİGÜNLÜK SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini yekunlaşdırıb.
    Müəllimlər, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Tərtər RİH-də TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tərtər rayonuna səfər edib.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
    Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
    Səfər çərçivəsində nümayəndələr rayonun inkişaf etmiş təsərrüfat subyektlərində və BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində görüşlər keçiriblər.

    Teqlər: ,