Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,316
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Xəbərlər AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ üçün şərhlər bağlıdır

    Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonumuzda tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ədliyyə orqanlarının yaradılmasının 100 illik yubileyi və peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan ətraflı danışıb.
    Tədbirdə Tərtər rayon Məhkəməsinin sədri Nadir Əsgərov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şö-bəsinin rəisi Ülvü Kazımov, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırıblar, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açıblar.
    Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Noy
    Xəbərlər SƏHİYYƏ NAZİRİ OKTAY ŞİRƏLİYEV VƏ KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİBLƏR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
    Bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy və Ağdam rayon sakinlərini qəbul edib.
    Qəbulda ümumilikdə 12 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
    Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

    “Yeni Tərtər” Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Xəbərlər DÖVLƏT BAYRAĞINA OLAN SEVGİ VƏ EHTİRAM üçün şərhlər bağlıdır

    Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.Tərtər Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan–hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Xəbərlər TUR–AKSİYA BAŞLANDI üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.
    Şagirdlər əvvəlcə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının onlara göstərdiyi qayğıdan danışdı. Bildirdi ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır.
    Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilidi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 21Noy
    Xəbərlər KONSTİTUSİYA GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu–Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığından, həmin dövrün tarixi zərurətlərindən danışdı.
    Tədbirdə çıxış edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, mərkəzi xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova Konstitusiyamızda insanların hüquq və azadlıqlarının qorunması, əhalinin sosial təminatı, hər kəsin azad yaşaması və sair vacib sahələrin təsbit olunduğunu bildirdilər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 21Noy
    Xəbərlər “Narkomaniyaya yox deyək” üçün şərhlər bağlıdır

    DOĞMA MƏKTƏBDƏ GÖRÜŞ

    Umudlu kənd tam orta məktəbində narkotiklərlə mübarizə mövzusuna həsr olunmuş tədbirin təşkilatçıları stereotip yığıncaq formasından uzaqlaşaraq, şagirdlərin həm qəlbinə, həm şüuruna daha tez yol tapan bir məzmun seçmişdilər. Bəli, söhbət dünyanı bürüyən “ağ ölüm”dən gedirdi.
    Bu məktəbin məzunu olmuş, hal-hazırda Tərtər rayon Polis Şöbəsinin rəisi işləyən polis polkovniki Elçin Qasımov qeyid etdi ki, hər kəs çalışmalıdır uşaqlar çirkin niyyətli insanların toruna düşməsinlər. Çünki bu yola ilk addım atdıqdan sonra geri qayıtmaq çox çətin, əksər hallarda mümkünsüz olur.
    Tədbirdə iştirak edən mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova öz çıxışında həyəcan doğuran faktları diqqətə çatdırdı.Təəssüflə qeyd etdi ki, narkomanlar arasında tələbə gənclərin sayı artıq 35 faizə çatıb. Bu sırada qadınlar da var. Toksikomanlıq sürətlə yayılmaqdadır. Rayon icra hakimiyyəti aparatının nümayəndəsi Çingiz İsayev bu məsələdə ictimaiyyətin rolundan danışdı. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Xəbərlər İNTELLEKTUAL YARIŞLARIN RAYON TURNİRİ üçün şərhlər bağlıdır

    “Azərbaycanın İntellektual Birincisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
    Turnirin açılışında Tərtər rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib.
    4 intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) ikisində Ağdam, iki-sində isə Tərtər rayonunun gənc intellektualları qalib olublar. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Xəbərlər TƏHSİL NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib.
    Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Xəbərlər UŞAQ HÜQUQLARI AYLIĞI üçün şərhlər bağlıdır

    Rayonumuzdakı Heydər Əliyev Mərkəzində 20 oktyabrdan 20 noyabradək keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbin, 2 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, “Təmas Regional İnkişaf” İctimai Birliyinin fəalları iştirak etdilər. Tədbirdə uşaq hüquqlarının təbliği , qorunması, müdafiəsi önə çəkildi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin “ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” ideyası ölkəmizdə dövlət uşaq siyasətinə yeni forma və məzmun qazandırıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Okt
    Xəbərlər TƏRTƏR RAYONUNUN BÜTÜN YAŞAYIŞ MƏNTƏ-QƏLƏRİNİN QAZLAŞDIRILMASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
    Təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Ra-yon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyi-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Daha ətraflı »

    Teqlər: