Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar
    Xəbərlər İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər şəhərində Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.

    İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

     

     

     

  • 27Mar
    Xəbərlər Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir üçün şərhlər bağlıdır

    Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
    Ölkə başçısı müraciətində bildirib ki, Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.
    İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
    Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir.
    Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı.
    Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
    Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. İşğal edilmiş torpaqları qan tökərək azad etdik. Daha ətraflı »

  • 17Mar
    Xəbərlər Növbəti iməcilik keçirilib üçün şərhlər bağlıdır

    Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.
    Tədbirlər Planına uyğun olaraq Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti iməcilik keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayraq Meydanında keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.
    Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb. Eyni zamanda ərazidə olan fantanlar da yuyularaq təmizlənib.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

    *   *   *                             *   *   *                                *   *    *

    Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında və Bayraq Meydanında 4 mindən artıq gül və çiçək kolları əkilib. Gül və çiçək kolları əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılıb, səliqə-səhman yaradılıb.

  • 17Mar
    Xəbərlər Rayon Maliyyə Şöbəsinin kollektivi Heydər Əliyev Mərkəzində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayon Maliyyə Şöbəsinin kollektivi Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
    Tədbir iştirakçıları öncə Mərkəzdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Ekskursiya zamanı onlar Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə, “Ulu Öndər Tərtərdə” fotostendinə, Mərkəzin “Kitabxana və informasiya texnologiyaları” bölməsinə baxıb, Ümummilli Liderin keçdiyi həyat yolu və iş fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Mərkəzin bələdçisi Müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Liderin keçdiyi həyat yolu və Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi misilsiz xidmətlər haqqında ekskursiyaçılara ətraflı məlumat verib.

     

  • 17Mar
    Xəbərlər “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda dəyirmi masa üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbay-cançılıq məfkurəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra “dəyirmi masa” ətrafına toplanıblar.
    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı “Tədbirlər Planı”nın təsdiq olunması və respublikamızda Ulu Öndərin 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev daima azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir.
    Qeyd olunub ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Daha ətraflı »

  • 17Mar
    Xəbərlər “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin “Heydər Əliyev İli” münasibətilə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 16 pilot məktəbinin şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri keçirilib.
    Əvvəlcə turnirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Turnirdə Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideyasiyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, bütövlükdə müasir Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu münasibətlə də rayonumuzda müxtəlif səpkili tədbirlər həyata keçirilir.
    Yarışda l yeri Umudlu kənd tam orta məktəbin “Volunteers” (3801 xal) , ll yeri Səhlabad kənd tam orta məktəbin “Zəfər” (1199 xal), lll yeri şəhər 2 saylı məktəb-liseyin “Gənclər” (550 xal) və Seydimli kənd tam orta məktəbin “Fatehlər” komandaları (550 xal) tutaraq Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif edilib.

     

  • 17Mar
    Xəbərlər “Fiqan” adlı kitabın təqdimatı olub üçün şərhlər bağlıdır

    Xoruzli kənd tam orta məktəbində məktəbin məzunu, hal-hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 17 yaşlı gənc yazar Əfqan Məmmədovun “Fiqan” adlı kitabının təqdimatı keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti yanında İc-timai Şuranın üzvləri – Svetlana Bağırova, Orxan Mustafazadə, Xoruzlu kənd İƏD üzrə nümayəndə Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər, şəhid valideynləri və qazilər, kənd sakinləri iştirak ediblər.
    Kitab haqqında məlumat verən Orxan Mustafazadə bildirib ki, Əfqan Məmmədovun “Fiqan” kitabında qələmə aldığı hadisələr insanı düşündürür. Gənc yazarın kitaba maraq göstərməsi, həm keçmişin, həm də bugünümüzün reallıqlarına müraciət etməsi təqdirəlayiqdir.
    Sonra şəhid valideynləri Əhliman Hüseynov, Avaz İsmayılova, I Qarabağ müharibəsi qazisi Ayaz Məmmədov, icra nümayəndəsi Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər və başqaları çıxış edərək, gənc müəllifə qədəm qoyduğu çətin və şərəfli yolda uğurlar arzulayıblar. Qeyd olunub ki, hər hansı bir əsəri ərsəyə gətirib, onu oxucuların ixtiyarına vermək böyük məsuliyyət, zəhmətsevərlik və inadkarlıq tələb edir. Əfqan bu işin öhdəsindən gələ bilib. Əlbəttə, gələcəkdə o, öz üzərində daha çox işləməli və daim öyrənməlidir.
    Tədbir müəllifin iştirakçılara kitab təqdim etməsilə yekunlaşıb.

    “Yeni Tərtər”

  • 10Mar
    Xəbərlər Tərtərlilər ağacəkmə aksiyalarına həvəslə qoşulublar üçün şərhlər bağlıdır

    Çıxışlarının birində Ulu Öndər Heydər Əliyev deyib: “İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…”
    Ümumiyyətlə, ekoloji siyasət Ümummilli Liderin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsidir. Hazırda bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    Ulu Öndərin tövsiyələrinə və dövlət başçısının tapşırıqlarına həvəslə əməl edən tərtərlilər son illərdə şəhərimizin prospekt və küçələrində, parklarda magistral və kənd yollarında minlərlə yeni ağac əkmiş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şıxarx qəsəbəsində “Vətən bağı” salmışlar.
    Bu iş elliklə görülür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri ağacəkmə işlərində yaxından iştirak edirlər.
    “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası zamanı şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov küçələrində və Sabir parkında 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
    Rayonun kənd yaşayış məntəqələrində də ağacəkmə aksiyalarına start verilib.
    Paralel olaraq mövcud yaşıllıqlara qulluq işləri həyata keçirilir.

    “YENİ TƏRTƏR”

     

  • 10Mar
    Xəbərlər Şəhid ailələri və qazilər üçün tibbi müayinə keçirilib üçün şərhlər bağlıdır

    “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqrımı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB-in, Tərtər Rayon İcra Hakimiyyətinin, “Servier” dərman şirkətinin dəstəyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Ağdam rayonlarından olan şəhid ailələrinə və qazilərə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən kardioloji, endokrinoloji və nevroloji xidmətlər göstərilib.
    Aksiya çərçivəsində Tərtər, Bərdə, Ağdam rayonlarından olan 200-dən artıq şəhid ailəsi, qazi və müharibə iştirakçısı tibbi müayinədən keçirilib, onlara müvafiq təyinatlar verilib.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova, kardioloq həkimlər Təranə Cabbarova, Mədinə Əzimova, Təvəkkül Yusifov, Rafiq Yusifli, Lətafət Eyvazova, Elmira Həsənova, Aytən Quliyeva, nevropatoloqlar Sürəyya Qasımova, Fatma Osmanova, Fəridə Yaqubova, EXOKQ həkimləri Nigar Qabiyeva, Fidan Əzizova, Şahzadə Abdullayeva və müayinəyə gələn şəhid ailələri, qazilərlə görüşüb. Onlarla səmimi söhbət zamanı icra başçısı müstəqil Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçmiş şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə, müharibə veteranlarına mütəmadi surətdə dövlət tərəfindən, Daha ətraflı »

  • 10Mar
    Xəbərlər Narkomaniya və erkən nikahla bağlı maarifləndirici tədbirlər davam edir üçün şərhlər bağlıdır

    “Ağ ölüm” sərhəd tanımır

    Növbəti tədbir Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində keçirilib. Tədbirdə rayon polis şöbəsinin rəisi polis polkovniki Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, narkoloq həkim Rima Axundova və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova iştirak ediblər.
    Əvvəlcə qonaqlar məktəbin həyətində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
    Qeyd edək ki, Umudlu məktəbinin kollektivi uzun illər doğma kənddən uzaq düşsə də, burada Umudlunun ənənələri yaşadılır. Bunu şagirdlərin təhsildə qazandıqları uğurlar da sübut edir. Belə ki onlar nəinki rayon miqyasında, həm də respublika səviyyəli müxtəlif müsabiqələrdə, yarışmalarda uğur qazanırlar.
    Bununla belə, həyatda heç kim xoşagəlməyən hadisələrdən sığortalanmayıb. Xüsusilə “ağ ölüm” adlanan bəla sərhəd tanımır. Onu yaxın buraxmamaq üçün isə maariflənmək, məlumatlı olmaq lazımdır.
    Polis rəisi Elçin Qasımov öz məruzəsində şagirdlərə narkomaniya və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək, onları ayıq-sayıq olmağa çağırdı, rastlaşdıqları mənfi hallarla bağlı polis əməkdaşlarına müraciət etməyi tövsiyə etdi.
    Tədbir iştirakçıları digər çıxışçıların da məsləhətlərini diqqətlə dinlədilər. Belə nəticəyə gəlindi ki, “Narkotiklərə yox!” demək üçün birgə mübarizə aparmaq lazımdır. Burada valideynlərin, məktəbin və şagirdlərin özlərinin üzərinə böyük məsuliyyət düşür.
    Tədbirdə Rima həkim erkən nikahla bağlı valideyn məsuliyyətinin vacibliyini önə çəkdi. Çünki hər şey ailədən başlayır. Uşaqların taleyi ilə bağlı sonrakı peşimançılıq fayda vermir.
    Sonda qonaqlar müzakirə olunan mövzularla bağlı şagirdlərin suallarını cavablandırdılar. Narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

    “Yeni Tərtər”