Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May
    Xəbərlər Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib.
    İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı, Sərəncamla bağlı rayon icra hakimiyyətində Korrupsiyaya qarşı mübarizə komissiyasının yaradıldığı, komissiyanın Tədbirlər Planının təsdiq olunması barədə məlumat verib.
    Rayon rəhbəri bildirib ki, korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlib, korrupsiyaya qarşı mübarizənin aparılmasında rayon icra hakimiyyətinin də üzərinə düşən vəzifələr və məsuliyyət artıb. Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı ciddi mübarizə aparmaq vəzifə borcumuzdur. Daha ətraflı »

  • 06May
    Xəbərlər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid atası Yaşar Abbasovun evində olub, onun qayğıları ilə maraqlanıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovu xəstəliyi ilə əlaqədar əməliyyat olunub evinə döndükdən sonra ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Ramazan Bayramı münasibəti ilə ailəyə bayram sovqatı aparıblar.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Rayon rəhbərinin Mamırlı kəndində səyyar qəbul-görüşü olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Mamırlı kəndində səyyar qəbul- görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Mamırlı İnzibati Ərazi Dairəsi 2 kəndi əhatə edir: Mamırlı və Poladlı kəndləri. Daha ətraflı »

  • 06May
    Xəbərlər Şagirdlərin tərbiyəsində həm müəllimlər, həm də valideynlər diqqətli olmalıdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri və Milli Məclisin deputatı tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə ediblər. Siniflərdə şagirdlərlə səmimi görüşərək, dərslərində onlara uğurlar arzulayıblar.

     

  • 06May
    Xəbərlər Şəhid ailəsi ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.
    Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
    Ötən il Tərtər rayonunda 13,6 ton barama istehsal edilib. Bu il isə 14 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 330 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.

     

  • 06May
    Xəbərlər Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan mədəniyyətinə misilsiz töhfələr bəxş edən sənətkar

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
    Qeyd edək ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Respublikanın xalq artisti, professor, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı Zakir Əsədov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər Fikrət Əmirov adına musiqi məktəbinin direktoru Aidə Əmrahova, Ağdam musiqi kollecinin müəllimi Ülviyyə Ələkbərova, Bərdə, Tərtər rayonlarından və Mingəçevir, Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, rayon ictimaiyyəti və musiqisevərlər iştirak ediblər. Daha ətraflı »

  • 06May
    Xəbərlər NARKOMANİYA BÖYÜK FACİƏDİR üçün şərhlər bağlıdır

    Bu xəstəliyə qurşanmaqdan çəkinin!

    Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.

    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.”
    Elə bu günlərdə rayon polis şöbəsi əməkdaşlarının, təhsil, səhiyyə, rayon qəzeti işçilərinin iştirakı ilə şəhər 2 saylı məktəb-liseydə şagird və müəllim kollektivi, valideynlərlə keçirilən görüşün məqsədi də məhz böyüyən nəsli maarifləndirmək, müəllim və valideynlərin qarşısında duran vəzifələrin məsuliyyətindən bəhs etmək olmuşdur.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov hərtərəfli və geniş çıxışında ölkəmizdə bu bəlanın yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat verməklə yanaşı, sadə, anlaşıqlı dildə şagirdləri diqqətli olmağa, özlərinin və ailələrinin gələcək xoşbəxtliyini qorumağa çağırmışdır. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər XALQA XİDMƏT AMALININ PARLAQ NÜMUNƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova və Tərtər Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər İCRA BAŞÇISININ QARADAĞLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı onları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Rayon rəhbəri Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı barədə də sakinlərə məlumat verib, ölkə rəhbərinin “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət ki-mi yaşayacaq!” fikrini vurğulayıb. Qeyd olunub ki, respublika Prezidenti Qarabağda, azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını “Zəfər Qurultayı” adlandırıb. Daha ətraflı »