Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Xəbərlər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAYONDA SƏFƏRDƏ OLAN DİNİ KONFESSİYALARIN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
    Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini ayinlər icra olu-nub, bayram duaları oxunub.
    Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub. Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti-nin başçısı Müstəqim Məmmədov dini konfessiyaların nümayəndələri ilə görüşərək onlara rayon haqqında və Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub. Daha ətraflı »

  • 08May
    Xəbərlər Şəhid ailələri övladları ilə birlikdə “Bilimdən Zəfərə” layihəsində iştirak ediblər üçün şərhlər bağlıdır

    Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
    Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib.
    Tərtər rayonundan olan 8 şəhid ailəsi və övladları rayon icra hakimiyyəti tərəfində ayrılmış xüsusi avtobus ilə Mingəcevir şəhərinə yola salınıb. Onların qarşılanma mərasimi Mingəçevir şəhərində “Asan Xidmət” Mərkəzinin qarşısında keçirilib.
    İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib. Daha ətraflı »

  • 08May
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB

    Tərtər şəhərinin Heydər Əliyev prospektində yerləşən Ana abidəsində və Bayraq meydanında növbəti iməcilik keçirilib.
    İməcilikdə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
    İməcilik çərçivəsində əvvəlcə ərazidə təmizlik işləri aparılıb, qazon hissələr biçilərək təmizlənib, ağaclar və gül kolları mövsümə uyğun olaraq budanıb formaya salınıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb.
    İməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

     

     

  • 02May
    Xəbərlər Media sahəsində islahatlar üçün şərhlər bağlıdır

    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140, 145  illik yubileylərinin dövlət səviyəsində qeyd olunması, bu münasibətlə media nümayəndələrinin təltif edilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi dövlətimiz tərəfindən jurnalistlərin əməyinə verilən yüksək qiymətdir. Daha ətraflı »

  • 02May
    Xəbərlər  “Yeni Tərtər” qəzeti haqqında xatirələrim üçün şərhlər bağlıdır

    1934-cü ildən fəaliyyətə başlayan, qayğısız, xoşbəxt uşaqlıq illərimdən xatirimdə “Qızıl Bayraq” adı ilə qalan doğma qəzetimiz!

    Düz 90 ildir ki, bu çətin, çətin olduğu qədər də məsuliyyətli və şərəfli bir missiyanı yerinə yetirən doğma qəzetimizin işıq üzü görməsində, ərsəyə gəlməsində və bugünkü inkişafı səviyyəsində əziyyəti olan hər kəsə dərin hörmət və ehtiramımı bildirirəm.

    Bu gün aramızda olmayan və qəzetin inkişafında xüsusi zəhməti olan mətbuat işçilərimizi də hörmətlə anır və Ulu Tanrıdan onların hər birinə rəhmət diləyirəm!

    Uşaq yaşlarımdan “Qızıl Bayraq”  qəzetini atam sevdirmişdi mənə. Atamın şeirləri, təhsillə bağlı yazıları ”Qızıl Bayraq”,  sonralar isə “Tərtər” qəzetində tez-tez dərc olunardı və qəzetin bütün nüsxələri bizim evə göndərilirdi. Daha ətraflı »

  • 02May
    Xəbərlər Jurnalist yolunda inamla addımlayın üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 90  illiyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy Sizin qələminiz həmişə qələbə ruhlu xəbərləri işıqlandırsın! Gözəl tarixdir. Bu tarix bütün nəsillərdən olan jurnalistlərin vətənpərvərliyindən xəbər verir. Fəxr edirəm ki, mənim taleyim də Tərtər rayonunun taleyi ilə bağlıdır. Yazın,  ürəyinizin işığını insanlara  çatdırın.  Öz çörəyinizi bölüşün. İşinizi sevin, axı, o, hamı üçündür. Həmişə qorxmaz və  sizə ən çox ehtiyac olan yerdə olun! Bütün kollektivə və baş redaktora müvəffəqiyyətlər və çətin yolunuzda inamla addımlamağı arzulayıram. Jurnalist yolunda!

    Böyük hörmətlə:

    Hərbi jurnalist,

    Riçardas Lapaytis

    Vilnüs-Litva

  • 02May
    Xəbərlər Mehriban və zəhmətkeş kollektiv üçün şərhlər bağlıdır

    Bismillahir Rahmənir Rahim.

    Mehriban və bağışlayan Allahın adı ilə.

    Salam əmin-amanlıq diləyidir, salam gözəl bir duadır, dinimizin bir göstəricisidir. Müqəddəs kitabınızda belə, salamlaşmaq bizə əmr olunur. Odur ki, hörmətli “Yeni Tərtər” qəzetinin gözəl və mehriban kollektivi. Allahın salamı, xeyir-duası sizinlə olsun. Mən sizin redaksiyaya ilk gəldiyim gündən orada bir gözəllik, mehribanlıq gördüm. Bir məclisdə hörmətli Svetlana xanımla (Əzizova) həmsöhbət olduq və o xanım bir mütəxəssis kimi fikirlərimi çox bəyəndi. Mənə məsləhət gördü ki, bu düşüncələri, fikirləri kağıza köçürüm və redaksiyaya gətirdim. Dediyi kimi də etdim və beləcə neçə illərdir ki, redaksiyaya tez-tez getməyə başladım. Daha ətraflı »

  • 02May
    Xəbərlər Tərtərlilərin qəhrəmanlıq mübarizəsini səhifələrində əks etdirən qəzet üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasına

    90 illik yubileyinizi təbrik edirəm. 90 il mətbuat salnaməsində özünə yer tutmaq böyük uğurdur. Tərtər rayonunun 90 illik dövrü qəzetin səhifələrində tarixin yaddaşında qorunub saxlanılır. Əvvəllər “Qızıl Bayraq” adlanan qəzetin 1981-ci ildə çap olunmuş nömrələrindən birində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin sonuncu kursunda oxuyanda mənim haqqımda “Qartal zirvədə uçar” başlıqlı böyük bir yazı çap olunmuşdu.O vaxtdan qəzetin daimi oxucularından biri oldum. Daha ətraflı »

  • 01May
    Xəbərlər Beynəlxalq Avrasiya Mətbuat Fondu “Yeni Tərtər” qəzetinin heyətini təltif edib üçün şərhlər bağlıdır

    Mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Umud Mirzəyev ispaniyalı fotoqraf Qervasio Sançez Fernandezlə “Yeni Tərtər” qəzetinin redaksiyasını ziyarət edib. 

    Ednews xəbər verir ki, onlar “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi münasibəti ilə qəzetin baş redaktoru Svetlana Bağırova və qəzetin kollektivini region mətbuatının inkişafında göstərdikləri xidmətə görə təltif edib. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.

    Qeyd olunub ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.

    Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq.

    Bildirilib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

    Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

    Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.

    Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Daha ətraflı »