Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

     

     

     

     

    Diplomatik korpusun nümayəndələri “Marağa-150” abidəsinin qalıqları ilə tanış olur, abidənin tarixi ilə bağlı məlumatları nəzərdən keçirirlər. Nümayəndə heyyətinin üzvləri Tərtər rayonunun Şıxarx qəsəbəsində xatirə olaraq şam ağacları əkiblər. Qonaqlar Tərtərdə Sahib İsmayılovun “Smerc” raketi ilə dağıdılmış və dövlət tərəfindən yeni tikilmiş  evlərinə baxdılar.
  • 29Okt
    Xəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ üçün şərhlər bağlıdır

    Tərtərdə Vətən müharibəsi şəhidləri Məmmədov Mehdi Elçin oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Şəmilov Azər Elyas oğlunun, Əlizadə Elşən Faiq oğlunun, Quluzadə Elmin Şəmsi oğlunun, Mənsimli İntiqam Rövşən oğlunun, İsaxlı Anar Rəsul oğlunun, İsmayıllı şamil Kamil oğlunun, Məhərrəmli Fuad Habil oğlunun, Məmmədli Sənan Səlim oğlunun Məmmədov Elşən Dağıstan oğlunun, mülki şəhidlər Orucov Pərviz Novruz oğlunun, Əmirov İsgəndər Yelmar oğlunun, Rüstəmov Vasif Bahadur oğlunun, Zamanov Şakir Xasay oğlunun, Quliyev Anar Tofiq oğlunun, Axundov Ədalət Zahid oğlunun il mərasimləri keçirilib.
    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Mərasimlərdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

  • 29Okt
    Xəbərlər ŞƏHİD ABİDƏSİNİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Küçələrə şəhid adları verilir, abidələri ucaldılır, xatirə bulaqları tikilir. Bu günlərdə rayonumuzun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
    Mərasimdə çıxış edənlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirib ki, Daha ətraflı »

  • 29Okt
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    Rayonumuzda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Daha ətraflı »

  • 29Okt
    Xəbərlər SEMİNAR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
    Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
    Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda Daha ətraflı »

  • 08Okt
    Xəbərlər MEDİA NÜMAYƏNDƏLƏRİ RAYONUMUZDA üçün şərhlər bağlıdır

    İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak edib.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
    Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Daha ətraflı »

  • 08Okt
    Xəbərlər BMTİP-in REZİDENT NÜMAYƏNDƏSİ TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
    Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
    Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi Daha ətraflı »

  • 08Okt
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı-Şəhidlər” parkında ağacəkmə aksiyası keçirilib.
    İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb.
    Aksiya çərçivəsində yeni salınmış parkda 3000 ədəd müxtəlif növ meyvə ağacı, 750 ədəd Eldar şamı və 200 ədəd sərv ağacı əkilib.

     

  • 08Okt
    Xəbərlər MÜBARİZ İBRAHİMOV KÜÇƏSİNİN TƏMİRDƏN SONRA AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunda qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Mübariz İbrahimovun qəhrəmanlığı haqqında ətraflı danışıb.
    Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
    Sonra şəhidin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
    Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Tədbir şəhidin adını daşıyan küçədə ağacəkmə aksiyası ilə davam edib. Aksiya çərçivəsində küçəyə 235 ədəd Eldar şamı və 50 min ədəd təkgöz kolu əkilib.

     

  • 08Okt
    Xəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    44 gün davam edən Vətən müharibəsi müddətində Tərtərlilərdən də şəhidlik zirvəsinə ucalanlar az olmamışdı. Onların arasında həm hərbi, həm də mülki şəhidlər olmuşdu.
    Bu günlərdə rayonumuzun hərbi şəhidlərindən Məhərzadə Taleh Oqtay oğlunun, Hacıyev Qubad Cəmil oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, Əliyev Elməddin İlqar oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun və mülki şəhidər Əliyev Mehman Sovet oğlunun, Abbasov Xaliq Asif oğlunun, Abbasov Elşən Asif oğlunun il mərasimləri keçirilmişdir.
    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.