Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhid ailələri ilə görüşləri davam etdirir. Bu günlərdə növbəti görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvüləri Azər Ağayev, Kamil Məmmədov və bir qrup fəal YAP üzvləri rayonun İsmayılbəyli kəndindən Şəhid Əlizadə Elşən Faiq oğlunun və Sarıcalı kəndindən Şəhid Məmmədov Mehdi Elçin oğlunun ailələrini ziyarət etdilər. İsmayılbəyli kəndinin Şəhidi Əlizadə Elşən Faiq oğlu və Sarıcalı kəndindən Şəhid Məmmədov Mehdi Elçin oğlu Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişlər.
    Hər iki Şəhid ölümündən sonra göstərdikləri şücaətlərə görə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilmişlər. Şəhid ailələri ilə keçirilən görüşlərdə torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən Daha ətraflı »

  • 19Fev
    Xəbərlər YARANMA GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətin Tərtər rayon şöbəsinin əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətdə fərqlənən Tərtər rayon şöbəsinin bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.

  • 19Fev
    Xəbərlər TƏHSİL NAZİRİ UNİCEF VƏ BQXK NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.
    Xarici tərəfdaşlar dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan barədə ətraflı məlumat verib.
    Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.

  • 19Fev
    Xəbərlər RAYONDA KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇALARI FƏALİYYƏTƏ BAŞLADI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələri fevralın 15-dən fəaliyyətini bərpa edib. Rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezinfeksiya olunub, otaqlarda, mətbəxdə, sanitar qovşaqlarında səliqə-sahman yaradılıb.

  • 10Fev
    Xəbərlər “GƏNCLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqlaGənclər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.
    YAP Tərtər Rayon Təşkilatında davam edən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər Günü münasibəti ilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.Vətən Müharibəsindən də da-nışan rayon rəhbəri bildirib ki, 44 gün davam edən döyüşlər və qazanılan qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya bir daha nümayiş etdirdi.
    Sonda rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

  • 10Fev
    Xəbərlər QAYĞIKEŞLİK üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərin ailələri ilə görüşlər keçirir. Bu günlərdə keçirilən görüşlərdə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Kamil Məmmədov və fəal YAP üzvü Eldar Əsədov rayonun Yenikənd kəndindən şəhid Qasımov Azər Yaqub oğlunun və Hacallı kəndindən şəhid Sabirli Əjdər Xanlar oğlunun ailələrini ziyarət etdilər. Ziyarət zamanı qeyd olunub ki, şəhid Qasımov Azər Yaqub oğlu müddətdən artıq hərbi qulluqçu kimi Aprel 2016-cı il döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. O, rayonun Suqovuşan qəsəbəsinin azad edilməsi zamanı şəhid olub. Azər Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
    Rayonun Hacallı kənd sakini Sabirli Əjdər Xanlar oğlu Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirəsinə ucalıb.

  • 28Yan
    Xəbərlər ŞƏHİDLƏRİN XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
    Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
    Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
    Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

  • 28Yan
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb. Bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.
    Sahib Alıyev deyib:
    –Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
    Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oy-namayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin.

  • 28Yan
    Xəbərlər SUQOVUŞANDA SU ELEKTRİK STANSİYALARINDA TƏMİR İŞLƏRİ üçün şərhlər bağlıdır

    “Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
    Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
    Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

  • 18Yan
    Xəbərlər İşğaldan azad olunmuş yurdlar üçün şərhlər bağlıdır

                        ŞUŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN OLUNDU

    Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir,
    incəsənətdir, tarixdir. Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsini, yenidən yüksəliş mərhələsinə daxil olmasını şərtləndirir. Bu mənada, Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm qərardır.
    Şuşa Azərbaycan xalqı üçün milli simvoldur:
    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan
    Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı.
    Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Daha ətraflı »