Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq
    Digər, Xəbərlər “YENİ TƏRTƏR”ÇİLƏR DÜNƏN VƏ BU GÜN üçün şərhlər bağlıdır

       

  • 30İyl
    Xəbərlər REDAKSİYADA YUBİLEY TƏDBİRİ üçün şərhlər bağlıdır

    Pandemiya ilə əlaqədar karantin rejiminin bütün tələbləri gözlənilməklə “Yeni Tərtər” qəzeti redaksiyasında Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
    “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı əhatəli məruzə etmişdi. Məruzədə 1875-ci ilin iyul ayının 22-də Həsən bəy Zər-dabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatının kecdiyi tarixi və şərəfli yoldan ətraflı bəhs edildi.
    Məruzəçi Tərtər rayon qəzetinin 86 illik ömür yolundan da geniş danışdı. Bu gün “Yeni Tərtər” adı ilə nəşr olunan rayon qəzetinin və onun elektron səhifəsinin oxucular tərəfindən maraqla qarşılandığını xüsusi qeyd etdi.
    Məruzə ətrafında “Yeni Tərtər” qəzetinin əməkdaşlarından Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Ülviyyə Quluyeva və Günel Sarızadə çıxış edərək Milli Mətbuatın 145 il-də keçdiyi inkişaf yolundan və rayon qəzetinin həyatından bəhs etdilər.
                                                                                                      “Yeni Tərtər”

  • 30İyl
    Xəbərlər TƏXİRƏSALINMAZ DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus
    infeksiyasının qarşısının alınması məqsədilə rayonun Heydər Əliyev prospekti və Heydər Əliyev parkında dezinfeksiya işləri aparılmışdır.

  • 20İyl
    Xəbərlər NÖVBƏTİ REYD KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş ka-rantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.  Daha ətraflı »

  • 10İyl
    Xəbərlər REYD TƏŞKİL OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin əməkdaşlarının, mobil qrupların üzvlərinin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Tərtər rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirib. Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, ictimaiiaşə obyektləri və ictimai nəqliyyat va sitələrini əhatə edib.
    Rayon rəhbəri əhali ilə söhbət zamanı Prezident İlham Əliyevin şəxsi nəzarəti altında koronavirus pande-miyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlərdən danışıb. Vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunmasına, onları gigiyenik qaydalara riayət etməyə, qoruyucu vasitələrdən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla sosial məsafə gözləməyə çağırıb. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati binalarda dezinfeksiya işləri aparılıb. Binaların ətrafları, giriş hissələri xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub, vətəndaşlarla COVİD-19-a qarşı mübarizə tədbirləri barədə maarifləndirici söhbətlər aparılıb.

  • 10İyl
    Xəbərlər XÜSUSİ KARANTİN REJİMİNİ POZAN ŞƏXSLƏR CƏRİMƏLƏNİBLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiy-yətinin “Tədbirlər planı”na əsasən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məq-sədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
    Rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

  • 29İyn
    Xəbərlər PREZİDENT İLHAM ƏLİYEVİN BMT BAŞ ASSAMBLEYASININ COVİD-19-A HƏSR OLUNAN XÜSUSİ SESSİYASI: DÜNYA DÖVLƏTLƏRİNİN AZƏRBAYCANA OLAN BÖYÜK ETİMADI VƏ HÖRMƏTİ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.

    Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyd edir ki, COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.

    Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi. Daha ətraflı »

  • 19İyn
    Xəbərlər İCRA BAŞÇISI MƏZUNLARI ONLAYIN QAYDADA TƏBRİK ETDİ üçün şərhlər bağlıdır

    Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərə iyunun 3-də etdiyi səfərdən ətraflı danışdı. Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümum-təhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
    Sonra icra başçısı bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir. Daha ətraflı »

  • 19İyn
    Xəbərlər MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI VİDEOKONFRANS üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayın videokonfrans keçirib.
    Konfransda inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilib.
    Tədbiri açan rayon rəhbəri Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından və müstəqil dövlətçilik ənənələrinin bərpa edilib qorunmasından ətraflı danısıb. 1993-cü ildə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranmışdı.
    Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Həmin gün Qurtuluş günü kimi tarixə düşdü. Daha ətraflı »