Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyl
    Xəbərlər POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı münasibətilə təbrik edib. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərildiyini, hazırda bu diqqət və qayğının ulu öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Xəbərlər ŞƏHİD İLQAR HƏSƏNOVUN ADI VERİLMİŞ KÜÇƏNİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, “İgidliyə görə” medalı ilə təltif edilmiş İlqar Həsənovun adı verilən küçənin açılışı olub.
    Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Xəbərlər “HƏR BİR İSTEHLAKÇI ÖZ HÜQUQLARINI BİLMƏLİ VƏ TƏLƏB ETMƏLİDİR” üçün şərhlər bağlıdır

    Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib.
    150-dən çox istehsalçının iştirak etdiyi tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov tədbirin əhəmiyyətindən danışıb.
    Konfransda Dövlət Xidmətinin rəisi və əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda çıxışlar edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. İştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Xəbərlər MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ İCTİMAİ FƏALLIĞIN TƏŞVİQİ üçün şərhlər bağlıdır

    “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində tədbir keçirib.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini Elvin Umudov açaraq rayonda məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verib.
    “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin nümayəndəsi, layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında danışıb. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Xəbərlər “BİR UŞAQ–BİR DÜNYA” üçün şərhlər bağlıdır

    “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq–Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.
    Layihə rəhbəri Anar Yusifzadə bildirib ki, əsas məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltməkdir.
    “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru, təlimçi Günel Səfərova uşaq zorakılığının formaları, zorakılıq vasitələri, zorakılıqdan qorunma mexanizmləri haqqında məlumat verib. İcraçı direktor ailənin müasir dünyada dəyər olduğunu qeyd edib.O bildirib ki, uşaqlar təkcə gələcəyimiz deyil, həm də indimizdir, bunu unutmayaq! Uşaqların təhsil almasının vacibliyini qeyd edən Günel Səfərova Azərbaycanın ailə modelinin nümunə olduğunu da xatırladıb. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər TƏRTƏRLİLƏR MİLLİ QURTULUŞ GÜNÜNÜ TƏNTƏNƏ İLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
    Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi və ulu öndərin Azərbaycan xalqının xilaskarlıq missiyasından danışdı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏN UĞRUNDA!” SƏYYAR TƏŞVİQAT DƏSTƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək əsgər və zabitləri Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edib və Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan danışıb.
    Sonra hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi əsgərlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsində böyük əhəmiyyətə malikdir.
    Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏNİN XİLASI, XALQIN QURTULUŞU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” adlı “Dəyirmi masa” keçirildi. Tədbirdə Laçın rayonunun Nərimaniya kənd ümumi məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
    Əvvəlcə ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoyan ziyarətçilər ekspozisiya zalı ilə tanış oldular, sonra kitab sərgisinə baxdılar. “Dəyirmi masa”da mərkəzin direktoru Səlimə Yusibova Qurtuluş tarixindən ətraflı məruzə etdi.
    İradə Əkbərli, Fərqanə Orucova, Aybəniz Məmmədova, Sevda İsgəndərova, Əli Əhmədov, Aynur Quliyeva çıxış et-dilər.
    Sonda qısametrajlı videoçarx nümayiş etdirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29İyn
    Xəbərlər TALEYÜKLÜ TARİX üçün şərhlər bağlıdır

    Rayonun tarix-diyarşünaslıq muzeyində Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
    Muzeyin bərpaçısı Aybəniz Şahbazi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında MKS-in metodika və biblioqrafya söbəsinin müdiri Ətrabə Süleymanova, Heydər Əliyev Mərkəzinin elmi işçısi İradə Əkbərli və MKS-in Kovdadıq kənd kitabxanasının işçisi Fərqanə Orucova çıxış etdilər.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “SAĞLAM GƏNCLİK VƏ SAĞLAM GƏLƏCƏK” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Region gəncləri arasında müxtəlif idman oyunları vasitəsi ilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində voleybol turniri keçirmişdir.
    Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və bölgələrdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verdi.
    Tədbirdə iştirak edən Tərtər rayon Uşaq-Gənclər, İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışdı.
    Sonda “Lider” komandası birinciliyə layiq görüldü. Bu komandanın üzvləri kubok, hədiyyə və sertifikatlarla təltif olundular.

    Teqlər: