Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Xəbərlər MƏKTƏBLİLƏR ÜÇÜN YENİ İL ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-069%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-059Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon Bölməsinin sədri Etibar Heydərovun təşkilatçılığı ilə rayonun təmas xəttində yerləşən Şıxarx-1, Şıxarx-2 və Həsənqaya məktəbliləri üçün BQXK-nın sosial-psixoloji proqram çərçivəsində “Aydın səma altında” əyləncəli yeni il şənliyi təşkil etmişdir.
    Bu əyləncəli proqrama rayon rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılmışdır. Şənlikdə iştirak edən bütün şa-girdlərə yeni il hədiyyələri paylanmışdır. Məktəblilər arasında yarış keçirilmiş, fərqlənən məktəbə BQXK tərəfindən xüsusi hədiyyələr verilmişdir. Həsənqaya kəndi məktəbinə isə yeni il şənliyi üçün hazır yolka bağışlanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Xəbərlər TƏRTƏRLİLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HÜZNLƏ YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-138Tərtər şəhərinin Mərkəzi Meydanında Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-122Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto-stentlərlə tanış oldular. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezdentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər: ,

  • 16Dek
    Xəbərlər “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT” üçün şərhlər bağlıdır

    dsc_1266Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
    Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
    Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 16Dek
    Xəbərlər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    img-20161207-wa0001Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
    Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
    Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər TƏRTƏRDƏ 31 MİNDƏN ÇOX TUT TİNGİ ƏKİLİB üçün şərhlər bağlıdır

    dsc_0983-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-095Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.
    Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.
    Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.
    Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.
    Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

    Teqlər:

  • 16Dek
    Xəbərlər NÖVBƏTİ “ƏMƏK YARMARKASI” üçün şərhlər bağlıdır

    dsc_0016Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzi işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə növbəti “Əmək yarmarkası” keçirdi.
    Tədbiri məşğulluq mərkəzinin direktoru Azər Ağayev açdı. Bildirdi ki, bugünkü “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilat təmsilçiləri ilə birlikdə 150 nəfər iştirak edir.
    “Əmək yarmarkası”na 16 idarə, müəssisə və təşkilatdan 118 boş iş yeri çıxarılmışdır. Həmin boş (vakant) iş yerlərindən 34-ü fəhlə, 84-ü qulluqçu kateqoriyasına daxil olan iş yerləri olmuşdur.
    Keçirilən “Əmək yarmarkası”nda 20 nəfər işaxtaran vətəndaşa işə göndəriş vərəqəsi verilmişdir.

    Mirzə Nəsir

    Teqlər:

  • 06Dek
    Xəbərlər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVA TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    02Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəldİlər.
    Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri04 qoydular. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

    __________________________________________________________________________________

    Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir.
     

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 06Dek
    Xəbərlər DEKABRIN 3-DƏ “TƏRTƏR ŞƏHƏRİNİN İÇMƏLİ SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN YENİDƏN QURULMASI” LAYİHƏSİNİN BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    5decf41dbbb94b68062fbb54b0bc7588Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihəsu-5 haqqında məlumat verdi.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
    Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 200 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Daha ətraflı »

    Teqlər:

  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) TƏRTƏR RAYON TƏŞKİLATININ YENİ İNZİBATİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır

    01Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etdi.
    Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.03Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
    Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir. Daha ətraflı »

    Teqlər:

  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV TƏRTƏRDƏ İNŞA EDİLMİŞ UŞAQ-GƏNCLƏR ŞAHMAT MƏKTƏBİNİN YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır

    0106Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının
    açılışında iştirak etdilər.
    Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
    Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir. Daha ətraflı »

    Teqlər: