Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl
    Digər ÖLKƏDƏ İSLAHATLAR DAHA DA DƏRİNLƏŞƏCƏK üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda giriş və yekun nitqləri söyləyib.
    Ölkə başçısı deyib: “Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq”. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər “İLAN OCAĞI” üçün şərhlər bağlıdır

    Bu dünyanın Dərələyəz adlı bir mahalı vardı. Azərbaycan adlarının soyqırımında onun da adı dəyişdirildi, yurdları-yuvaları param-parça oldu insanlarının ürəyi kimi. Yuğmalandı dağları, dərələri, təpələri, düzləri, çayları, bulaqları, gölləri, meşələri. Soyları və soyadları qondarma, xislətləri vəhşiliyə və qəddarlığa yuva olan, qan içməyə həris, içləri zığla-zımrığla dolu, varlıqları bəşər övladına nifrət və kindən yoğrulmuş bu naqis canlılar neçə dəfə darmadağın etdi o doğma yerlərimizi, o tarixi diyarımızı! Qocaya, cavana, uşağa rəhm etmədən tikə-tikə doğradılar, diri-diri yandırdılar, basdırdılar, zülüm-zillət verdilər insanlara, gözlər çıxarıldı, başlar kəsildi, bədənlər qol-bud olundu, sağ-sağ sümüklər şaqqıltıyla qırıqlandı, əzalar kəsildi, damarlara neft yeridildi… Bu məşəqqətlərə sanki Allah da göz yumdu, onların layiq olduqları cəzanı vermədi. Qudurmuş itlər bu cəzasızlıqdan daha da qızışdılar, namuslar ləkələndi, ismətlər ayaqlar altında tapdalandı, qeyrətlər boynuburuq qaldı, dillər lal, qulaqlarsa kar oldu. Çünki dillənənin dilini, eşidənin qulaqlarını kəsdilər. Çoxları özlərini lallığa və karlığa qoydu. “İt itin ayağını basmaz”–deyib ərənlər. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər BİLMƏK MARAQLIDIR üçün şərhlər bağlıdır

    Müqəddəs tellər
    Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir Hacıbəyovu Müslüm Maqomayevlə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Nəhayət, tale onları qohumluq telləri ilə də birləşdirmişdir. Hər iki bəstəkar Terequlova bacıları ilə–Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə həyatı qurmuşlar.
    * * *
    Məhkəmənin qərarı ilə toy şənliyi (1810-1856)
    Görkəmli alman bəstəkarı Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər REAL FAKTLAR üçün şərhlər bağlıdır

    İnsan gün ərzində orta hesabla 20 min, il ərzində 7 milyon, 70 il ərzində təxminən 500 milyon addım atır. Bu, o deməkdir ki, insan öz həyatı boyu yer kürəsindən Aya qədər olan məsafə qət edir və ya yer kürəsini ekvator boyu 9 dəfə dolanır.
    * * *
    1922-ci il 13 sentyabr tarixində dünyada ən yüksək temperatur +57,8 dərəcə selsi Əl-Əziyiyyə bölgəsində (Liviyada) qeydə alınmışdır. 2003-cü ildə hava praqnozları üzrə ekspert Kristofer Bertə görə dünyada ən yüksək temperatur +71 dərəcə selsi Səudiyyə Ərəbistanında qeydə alınmışdır.
    * * *
    ABŞ-da hər 26 dəqiqə-dən bir adam öldürmə, hər 6 dəqiqədən bir zorakılıq, 6 saniyədən bir isə oğurluq hadisəsi baş verir.
    * * *
    Avropa ərazisində XVII əsrdə 44, XVIII əsrdə 37, XIX əsrdə 36, XX əsrdə isə 7 müharibə baş vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl

    Digər üçün şərhlər bağlıdır

    …Bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20İyl
    Digər PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİNDƏN üçün şərhlər bağlıdır

    Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
    Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.
    Xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerdədir.
    Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər İyulun 22-si Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır

    “ƏKİNÇİ”-XALQI MAARİFLƏNMƏYƏ, TƏRƏQQİYƏ SƏSLƏYƏN QƏZET

    Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi Moskva Dövlət Universitetini bitirmişdi. Müxtəlif elmlərə dəqiq yiyələnmiş bir ziyalı idi. Onun bu xüsusiyyətləri nəzərə alınaraq hətta Moskva Dövlət Universitetində qalıb işləmək təklif olunmuşdu. Lakin o, bütün cəlbedici təkliflərdən imtina edərək doğma Vətəninə qayıtmışdır. Məqsədi xalqının maarifləndirilməsi idi.
    Lakin çar Rusiyasının buxovları ilə hərtərəfli əhatə olunmuş bir xalqı tərəqqi yoluna necə çıxarmalı–Həsən bəy Zərdabi bunu qəzet vasitəsilə həyata keçirməyi qərara aldı. Bu sahədə onun müəyyən təcrübəsi vardı və qəzet sözünün güclü təsirə malik oldu-ğunu yaxşı bilirdi. Çünki Moskvada təhsil aldığı illərdə universitetin mətbu orqanı olan “Moskovskiye vedomosti” qəzeti ilə tanış idi, digər mətbuatı da yaxından mütaliə edirdi. Ən böyük arzusu xalqını cəhalətdən, sa-vadsızlıqdan çıxararaq insanlara daim yeniləşən dünyanın mütərəqqi ideyalarını çatdırmaq idi. Bu missiyanı müəllimlik fəaliyyəti ilə də yerinə yetirirdi. O, Bakı Realnı məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Lakin qəzet daha geniş auditoriyanı əhatə edirdi. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər GƏNCƏ HADİSƏLƏRİ üçün şərhlər bağlıdır

    Son günlər radikal dini yönümlü şəxslərin Gəncə şəhərində törətdikləri cinayətlər, asayişi pozmaq cəhdləri tərtərliləri də ciddi şəkildə narahat edir. Asayişi pozmağa, ölkədə xaos yaratmağa yönələn bu cür hadisələr təxribatdır və bunlar ölkəmizin inkişafını gözügötürməyənlər tərəfindən törədilir.

    CİNAYƏTKARLARI LƏNƏTLƏYİRİK

    Əziz həmvətənlər! Gəncə şəhərində son günlər baş verən hadisələri bir din adamı olaraq çox urək ağrısı ilə qarşıladıq. Özləri dindar olmayıb, bəzi radikal qüvvələrə qoşulmuş din adından danışan təxribatçıları qınayırıq.
    Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə sui-qəsd törədən Yunus Səfərov kimi cinayətkarı Milli Qəhrəman kimi qələmə verirlər. Bu da dinimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərinə hörmətsizlikdir.
    Qəhrəman o şəxsdir ki, vətənimizin dar günündə vətəninə, dövlətinə öz sədaqətini göstərir. Necə ki, Gəncədəki növbəti təxribat zamanı iki polis əməkdaşı–polis polkovniki İlqar Balakişiyev və polis polkovnik leytenantı Səməd Abbasov xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    ÜÇ RƏFİQƏ–NİGAR, ŞƏHANƏ, AYSEL

    Onlar kollektivin gənc üzvləridirlər. Həm də bu rəfiqələr yazılarımızın ilk oxucularıdır: Nigar, Şəhanə, Aysel.
    Nigar baş redaktorun köməkçisi, Şəhanə ilə Aysel kompüterçi kimi çalışırlar. Hər üçü redaksiyanın bütün işlərini kompüterdə görmək bacarığına malikdirlər. Biri çətinə düşəndə, o biriləri köməyə çatır. Materialların çapdan çıxması, qəzetin səhifələnməsi, mühasibat sənədlərinin düzgün yazılması, “Yeni Tərtər” qəzetinin elektron saytının vaxtında və dəqiq işlənməsi, ümumiyyətlə redaksiyadakı bütün iş proseslərinin kompüter vasitəsi ilə görülməsi məhz bu rəfiqələrin zəhmətinin bəhrəsidir. Öhdələrinə düşən işi layiqincə görüb başa çatdırmayanadək kompüterlərdən ayrılmazlar. Baş redaktorun verdiyi bütün tapşırıqlar vaxtında yerinə yetirilir. Kollektivdə hər birinin xətir-hörməti və nüfuzu vardır. Biri işdə olmayanda digər ikisi səbr və təmkinlə yoldaşlarını əvəz edərlər ki, narahatçılıq yaranmasın. Onlar etibarlı rəfiqədirlər: Nigar, Şəhanə, Aysel. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır

    103 YAŞLI SARAN NƏNƏ

    Bu dəfə sizi rayonumuzun Seydimli kəndində yaşayan 103 yaşlı Saran nənə ilə tanış edəcəyəm. Onun bir əsrdən çox yaşı olduğu barədə məlumatımız vardı. Seydimli kənd icra nümayəndəsi Nərmin Vəliyeva və kənd bələdiyyəsinin sədri Mədinə İmanova ilə zəngləsib, yaşlı nənə ilə görüşmək istədiyimizi bildirdik. Birlikdə nənənin evinə getdik. Həyətə çatanda məhlədə bir neçə adamın təsərrüfat işləri ilə məşğul olduğunu gördük. Mədinə xanım çevik, qıvraq addımlarla bizə doğru gələn qadını göstərib, dedi:
    –Bax, bu da Saran nənə.
    Onunla söhbət elədik. Öyrəndik ki, yaşından xeyli cavan görünən nənə 1915-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Qaraiman kəndində anadan olub. Yetkinlik yaşına çatanda həmkəndlisi, kəndin sayılıb, seçilən cavanlarından olan Seyfəli Həsənovla ailə qurub. 1953-cü ildə növbəti dəfə mənfur ermənilərin məkrli siyasətinə dözməyib, Göyçə mahalından Tərtərin Seydimli kəndinə köçüblər. 7 övladları olub. 4 qız, 3 oğlan. Qızların 2-si dünyasını dəyişib. Daha ətraflı »

    Teqlər: