Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Digər Molla Nəsrəddinin lətifələri üçün şərhlər bağlıdır

    111.Bir gün Molla Nəsrəddin axşam yatırmış. Birdən çöldən səs gəlir. Üşüməsin deyə belinə yorğan bürür. Molla çölə çıxır, sonra evə qayıdır. Birdən görür ki, yorğan yoxdu. Arvad deyir. Molla, o nə səs idi? Molla dedi:
    –Dava yorğan davasıdır.
    ***
    Bir gün Molla Nəsrəddin itini itirir. Görür ki, qızla oglan söhbət edir.
    –Oğlan:
    –Mən sənin gözlərində dünyanı görürəm.
    Molla:
    –A bala, ordan bax gör mənim itim hardadı.
    ***
    Bir gün Molla Nəsrəddin dükana gedir. Satıcıdan soruşur:
    Bu kartofun qiyməti neçəyədi?
    –Səninçün 4 manat. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Yeni il şənliyi keçirilərkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır üçün şərhlər bağlıdır

     

    Təqvim ilinin dəyişməsi – Yeni il bayramı dünyanın müxtəlif xalqları üçun ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu, yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

    İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı şox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək çox vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər kı, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür! Daha ətraflı »

    Teqlər:

  • 20Dek

    Digər üçün şərhlər bağlıdır

    91_1462395600Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

    Heydər Əliyev

    Teqlər:

  • 20Dek
    Digər KƏND TURİZMİNİN İNKİŞAFI üçün şərhlər bağlıdır

    14708135702929829483_1000x669İnsanların şəhər mühitində yaşanan gərginliklərini və iş mühitinin streslərini aradan qaldırmaq üçün yollardan biri kənd turizmidir. Bu növ xiddmətdən istifadə edənlər öncə kənd mühitində yerli əhalinin evlərində və ya kənd tipli yaşayış məskənlərində yerləşdirmə obyekti (gecələmə) ilə təmin olunurlar.
    Kənddə olan turistlər qidalanmada kənd təsərrüfatı məhsullarından istifadə edirlər. Burda kənd əhalisi əlavə evi varsa, icarəyə verərək əlavə gəlir qazanır, həm-çinin kənd təsərrüfatı ilə məşğul olan əhali məhsul-ları turistə satmaqla gəlir əldə edir.
    Turistlər həmçinin kənd təsərrüfatı işləri ilə əyani tanışlığı sevirlər. Bu da onların zövqünə uyğun olarsa, təmin etmək lazımdır. Həmçinin əyləncə və mənəvi zövq üçün kənd folkloru ilə turistləri tanış etmək olar. Kəndlərin yerləşdiyi əraziyə uyğun olaraq özü-nəməxsus mətbəxi olur və turistləri bu mətbəxlə tanış edərək əlavə gəlir götürmək mümkündür. Bunun üçün əvvəlcədən kənd əhalisi maarifləndirilməlidir. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər MİKROORQANİZMLƏRİN YETİŞDİRİLMƏSİ ÜÇÜN QİDALI MÜHİT TƏKLİF EDİLİR üçün şərhlər bağlıdır

    новый-11“Tibb qəzeti”nin əməkdaşı Ü. Fərzəliyevanın professor Rasim Axundovla söhbətindən.
    * * *
    Məlumdur ki, dünyada mikroorqanizmlərin yetişdirilməsi üçün müxtəlif qidalı mühitlərdən istifadə olunur. İndi ölkəmizdə də ilk dəfə belə mühitin alınması üsulu kəşf edilib.
    Professor Rasim Axundovun bu ixtirası, məhz mikrobiologiya sahəsində istifadə olunan qidalı mühitlərin əsasının alınması üsullarına aiddir. Təklif olunan ixtirada əsas məqsəd mikroorqanizmlərin geniş dairəsinin identifikasiyası və fərqləndirilməsi üçün qidalı mühitin işlənib hazırlanması, onun ucuzlaşdırılması və xammal bazasının genişləndirilməsidir. Qeyd edək ki, indiyədək belə analizlərin aparılması üçün qidalı mühit xaricdən idxal olunurdu. Azərbaycan alimi isə mikroorqanizmlərin yetişdirilməsi üçün ciftdən alınan bulyon əsasında yeni qidalı mühit yaradıb.
    Rasim Axundov qidalı mühitin alınması üsulunun Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 26 aprel 2007-ci il tarixində qeydiyyata alındığını bildirdi: “Mikrob kulturalarının yetişdirilməsi üçün, təklif olunan yeni qidalı mühitin istehsalını təşkil etmək məqsədi ilə onun texniki şərti işlənib hazırlanıb və normativ sənəd kimi 7 aprel 2008-ci il tarixində qeydiyyata alınıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər İSTİRAHƏT VAXTLARINDA üçün şərhlər bağlıdır

    новый-1-7-204x300Həmyerlimiz professor Rasim Axundov “Yeni Tərtər” qəzetinin yaxın dostudur. Bakıda yaşayır. Tez-tez onun üçün çox doğma və əziz məkan olan Tərtəri ziyarət edir. Cəbhə bölgəsi olan rayonumuzda ermənilər tərəfindən törədilən hər bir təxribat onu da narahat edir, hər bir atəş səsi onda da düşmənə qarşı güclü qəzəb doğurur.
    Rasim Axundov hər Tərtərə gələndə mütləq redaksiyamıza baş çəkir, vəziyyətimizlə və qayğılarımızla maraqlanır.
    Professor bu dəfəki gəlişində redaksiyamıza müxtəlif səpkili xeyli yazı təqdim etdi. Biz də o qənaətə gəldik ki, bu maraqlı yazıları qəzetimizdə vaxtaşırı dərc edək.

    Teqlər:

  • 20Dek
    Digər AZƏRBAYCANDA MÜASİR DÖVRDƏ BİTKİLƏRLƏ MÜALİCƏNİN ƏSAS ASPEKTLƏRİ HAQQINDA üçün şərhlər bağlıdır

    Natural Ways To Correct Tuberous BreastsProfessor Rasim Axundov deyir ki, Azərbaycanda Səhiyyə Assambleyasının qətnaməsinə görə bütün dünyada Milli Dərman Siyasətinin əsas prinsipləri yeni dərman vasitələrinin yaradılması,onun istehsalı və əhalinin sağlamlığının qorunması üçün onu düzgün təşkil etməyə yönəltməkdir. Bu prinsiplərə müvafiq olaraq Azərbaycanda da yerli xammal mənbələrindən istifadə edərək yeni dərman preparatlarının alınması, onların yeni texnoloji xüsusiyyətlərini işləyib hazırlamaq və nəticədə yüksək keyfiyyətli fitopreparatların tibbi praktikada tətbiqinə nail olmaq hal-hazırda aktual bir məsələ olaraq qalır.
    Məlum olduğu kimi insanlar çox qədim zamanlardan bitkilərin yarpaq, gövdə, çiçək, kök və s. hissələrindən bu və ya digər tərkibli kimyəvi maddələri ekstraksiya yolu ilə almağı öyrənmişlər. Bu üsulla əsasən dərmən bitkilərindən tibbi praktikada geniş istifadə edilən dərman preparatlarının ekstraktlarını almışlar və bu üsul əczaçılıq sənayesində indi də istifadə edilir. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Əhvalatlar üçün şərhlər bağlıdır

    İKİ DOST

    1111İki nəfər möhkəm dost idi. Vaxt ötür, bunlardan biri yüksək vəzifə sahibi olur. Vəzifəyə çatandan sonra heç kəsi saymır, görməməzliyə vurur. O biri dost onun qəbuluna gəlir. Xəbər göndərir ki, dostunu qəbul etsin. Vəzifə sahibi deyir:
    – Sən kimsən, nə üçün gəlmisən və nə istəyirsən?
    Qəbula gələn dost cavab verir:
    – Ey dost, deyirlər ki, sənin gözlərin kor, qulaqların da kar olub. Heç kəsi eşitmirsən. Gəldim ki, sənə təsəlli verim. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Digər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİB üçün şərhlər bağlıdır

    ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

    15118553803027046108_1000x669AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

    Teqlər:

  • 11Dek
    Digər PREZİDENT İLHAM ƏLİYEV TƏRTƏR TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    15118556972317251113_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
    Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycanın müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

    Teqlər: